XXI əsrdə yaşayanlar minilliklər və yüzilliklər boyu gedən müqəddəs prosesin gedişatını və mahiyyətini dəyişmək iqtidarında deyillər!
Cəmiyyətimizdə sağlam düşüncəli, savadlı, doğru təhlil aparmağı bacaran xeyli sayda insan var. Ancaq bəzən bəzi məsələlərdə heç bir əsası olmayan, sonu əhəmiyyətsiz mübahisəyə aparan müzakirələr və söhbətlərlə rastlaşıram. Bunların içərisində milliyət, din və bayramlar daha geniş yer alır. Belə ki, dinimizi öyrənənlər, onun qayda-qanunlarını təbliğ edərək insanları haqq yoluna dəvət edənlər, ancaq təssüf ki, bunu həddindən çox edənlər milliyət və etnik kimlik mövzusunda hər hansı əsası olmayan iddialar ilə çıxış edir, özlərini sübut etməyə çalışır, milliyət məfhumu və etnik mənsubiyyəti inkar edirlər.
Əziz dostlar mən islam dinini inkar etmirəm. Dinimiz çox gözəl dindir. Bu din orta əsrlərdə qədim tarixi köklərə malik olan şərq mədəniyyətinə yeni bir nəfəs verdi, onu inkişaf etdirdi və daha da təkmilləşdirdi. Ərəb xilafəti süqut etdikdən sonra islamın dayağı türklər oldu. İslam yeni yaranan vaxtlarda da dini ilk qəbul edənlər məhz türklər idilər. Bunun da səbəbləri var idi. Belə ki, heç bir tarixi dövrdə türk xalqlarında bütə inam olmayıb. Onlar vahid göy tanrısına - Tenqriyə sitayiş ediblər. İslamda da tək Allahlıq olduğu üçün türklərin bu dini qəbul etməsi daha asan olmuşdur. Ancaq bəzən tarixi təfəkkürü olmayan, islam dindən əvvəlki Azərbaycanın tarxindən, eyni zamanda qədim türklərin keçmişindən xəbəri olmayanlar islamı təbliğ etmək, insanları Quran'i Kərimin qayda-qanunlarına dəvət etmək adı altında böyük səhvlərə yol verir, bilmədən ölkəmizdəki dini sabitliyi pozur və hətta dinin şəffaflığına, həmvətənlər arasındakı münasibətlərə xələl gətirirlər.
Hörmətli insanlar! Bizim islamdan əvvəl böyük və şərəfli tariximiz, mədəniyyətimiz, milli dəyərlərimiz mövcud olmuşdur. Əgər etnik mənsubiyyətimizi bilməsəydik (ermənilər kimi) o, zaman qədim tariximizdən, etnik kökümüzdən danışmağa mənəvi haqqımız olmazdı. Ancaq islam dini VII əsrdə meydana gəldiyi halda türk xalqlarının, onların mədəniyyətinin, milli dəyərlərinin, bayramlarının tarixi islamdan bir neçə min il əvvəlki tarixə təsadüf edir. Belə olan halda bizim etnik mənsubiyyətimizi, milliyətimizi, milli bayramlarımızı aşağılayıb ancaq "İslam", "İslam", "İslam" deməyimiz mənə elə gəlir ki, uca yaradana da xoş getməz.
İslam dinində göstərilən bütün bayramlar bütün müsəlmanlar, həmçinin Azərbaycanlılar tərəfindən qeyd edilir. Ancaq milli bayramların həyata keçirilməsində bəzi "din" adamları bəlkə özləri də bilmədən problemlər yaradırlar və buna heç bir əhəmiyyəti olmayan arqumentlər gətirirlər. Belə bayramlardan biri də islamdan çox-çox əvvəl formalaşan, türk xalqlarının adət-ənənəsini, mədəniyyətini, milli və mental dəyərlərini bütövlükdə özündə birləşdirən Novruz bayramıdır. Bu bayramın keçirilməsinə həmişə müəyyən şəxslər və qruplar tərəfindən etirazlar səsləndirilir. Ancaq mən bunların hamısını əhəmiyyətsiz səs-küydən, naşı intellektin məhsulundan başqa nəsə hesab etmirəm.
Uzun sözün qısası! Milli dəyərlər, etnik mənsubiyyət, adət-ənənə mənim üçün ən ali dəyərlərdir. Bunların formalaşmasında və inkişafında islamın rolu danılmazdır. Odur ki, hər birinizdən xahiş edirəm dinimizi alətə çevirməyin. İslamla etnik kökümüzü, milliyətimizi, mədəniyyətimizi, adət-ənənəmizi qarşı-qarşıya qoymayın. Sonda uduzan siz olacaqsınız. Çünki, onlar qarşılıqlı olaraq inkişaf etmiş və bu günki vəziyyətlərini almışlar. XXI əsrdə yaşayanlar minilliklər və yüzilliklər boyu gedən müqəddəs prosesin gedişatını və mahiyyətini dəyişmək iqtidarında deyillər! Sayğılarımla!

Anar Salehoğlu

Son xəbərlər

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib

FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib

Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq

Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930