Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər - AÇIQLAMA


Azərbaycana idxal edilən malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması idxal olunan məhsulların qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Gömrük Məcəlləsinə edilən dəyişikliklərin əsas istiqamətlərindən biri idxal edilən məhsulların gömrük dəyərinin daha qısa müddətdə müəyyənləşdirilməsindən ibarətdir.

“Əvvəlki dövrlərdə malların gömrük dəyərinin müəyyənləşdirilməsi bir neçə gün çəkirdi və nəticədə sahibkarlar məhsul idxal edən zaman bir neçə gün gömrük məntəqələrində qalmaq məcburiyyətində qalırdılar. Bu isə öz növbəsində əlavə xərclərin yaranmasına səbəb olurdu, bəzi hallarda isə qida məhsulların keyfiyyətinə təsir göstərirdi.

Gömrük Məcəlləsinə dəyişiklikdən sonra məhsulların gömrük dəyəri ən geci 24 saat ərzində müəyyənləşdiriləcək və sahibkarlara bununla bağlı məlumat veriləcək. Nəticədə idxalla məşğul olan sahibkarın xərclərində azalmalar olacaq.

Digər bir dəyişikliyə əsasən isə gömrük bəyannamələrinin, eləcə də bildirişlərinin yalnız kağız formada deyil, həmçinin elektron qaydada təqdim edilməsi ilə bağlıdır. Bu da sahibkarların xərclərinin azalmasına təsir edəcək. Çünki əvvəlki dövrdə kağız formada sənədin alınması üçün sahibkar gömrük orqanına getməli, növbədə dayanmalı idi, ancaq indi elektron formada həmin sənədləri ala biləcək. bütün bu dəyişikliklər sahibkarların xərclərinin azalmasına səbəb olacaq və bu da gözlənilir ki, idxal edilən məhsulların qiymətlərinə təsir göstərsin.

Yəni xərclərin azalması həmin məhsulların qiymətlərinin də ucuzlaşmasına imkan yaradacaq. Ancaq bunun bazarda qiymətlərə necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Təəssüf ki, bəzi hallarda sahibkarların xərcləri azalsa da onlar qiymət azalmalarına getmirlər. ancaq bütün hallarda xərclər azaldığı üçün sahibkarlar tərəfindən idxal edilən məhsulların qiymətlərində endirimlər ola bilər”, - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclis dekabrın 27-də keçirilən plenar iclasında Gömrük Məcəlləsində dəyişikliyi üçüncü oxunuşda qəbul edib. Dəyişikliyə əsasən, malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması təklif olunur. Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində müraciətçiyə təqdim etməlidir. Qanun layihəsi malların gömrük sərhəd buraxılış məntəqələrindən buraxılışının, xüsusilə gömrük dəyərinin müəyyən edilməsi zərurəti ilə əlaqədar buraxılışının təkmilləşdirilməsi, bu sahədə gömrük orqanlarının öhdəliklərinin gücləndirilməsi, nəticədə malların daha sürətli keçidinin təmin edilməsi məqsədilə hazırlanıb.

Son xəbərlər

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31