Səddam Hüseynlə bağlı 20 İLLİK SİRRİN üstü açıldı - FOTO
İkinci Körfəz Müharibəsindən sonra itkin düşən və bir müddət ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən axtarılan Səddam Hüseyni əsir götürən əsgər sükutu pozub. ABŞ əsgərinin açıqlaması ilə 20 illik sirr deşifrə edilib...

İraq lideri Səddam Hüseynin 2003-cü ildə ələ keçirildiyi əməliyyatla bağlı yeni məlumatlar ortaya çıxıb.
Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri paytaxt Bağdada girdikdən sonra yoxa çıxan Səddam Hüseyni tutan əsgər diqqətçəkən açıqlamalar verib.
Kevin Hollandın açıqlamaları ilə 20 ilin sirrin üstü açılıb.
Səddam Hüseynlə bağlı 20 İLLİK SİRRİN üstü açıldı - FOTO

Holland gələn xəbərdarlıqdan sonra bölgəyə getdiklərini və əməliyyatla bağlı bilinməyənləri açıqlayıb. Səddamı gizləndiyi yerdən Texas əsgərinin çıxardığını bildirən Holland devrilmiş lideri yanında silah olması ehtimalını nəzərə alaraq saxladıqlarını bildirib.
“Səddamı sonradan bağladıq və dedik ki, prezident Buş sizə salamlarını göndərir. Səddam bizə ingiliscə danışıqlara açıq olduğunu söylədi, biz isə artıq gec olduğunu bildirdik” - əsgər deyib.
Çəkdikləri görüntülərin ABŞ mətbuatında dərc olunduğunu bildirən Holland devrilmiş liderin bu qədər müddət bir çuxurda necə sağ qaldığı sualına cavab verib: "O, orada çox qalmadı və bölgədə iki mühafizəçisi var idi”.
Səddam Hüseynlə bağlı 20 İLLİK SİRRİN üstü açıldı - FOTO

1937-ci ildə Tikritdə anadan olan Səddamın siyasətlə ilk tanışlığı gənclik illərinə təsadüf edir. Həmin günlərdə ərəb dünyasına hakim olan millətçi-azadlıq və anti-imperialist küləyinə özünü qapdıran Səddam gənc yaşlarında Baas Partiyasına qoşulub. Onun 1956-cı ildə çevriliş cəhdi uğursuz olub. Monarxiyaya son qoyulmasından sonra baş nazir Əbdül Kərim Hassamı öldürmək üçün yaradılmış sui-qəsd təşkilatında mühüm rol oynayıb. Lakin bu hadisənin üstü açıldığı üçün Səddam ölkədən qaçmağa məcbur olub, 1963-cü ildə Baas Partiyası hakimiyyətə gəldikdən sonra ölkəsinə qayıdıb. Bu arada əmisi qızı Sacide ilə ailə qurub, ikisi oğlan, üçü qız olmaqla beş övladı dünyaya gəlib. Lakin illər keçdikcə onunla Baas Partiyası arasında fikir ayrılıqları dərinləşməyə başlayıb, münaqişələr şiddətləndikdə Səddam həbs olunub.
1968-ci il çevrilişi Səddamı həbsdən xilas edib. Partiyada sürətlə yüksələn Səddam barışmaz qətiyyəti və möhkəmliyi sayəsində Baas-in ən mühüm strukturlarından biri olan İnqilab Şurasına daxil olub. Zamanla o öz mövqeyini möhkəmləndirib və prezident Əhməd Həsən Bəkrinin hakimiyyətinin arxasındakı əsas güc mənbəyinə çevrilib. 1979-cu ildə o, dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirib. İlk növbədə o, rəqiblərinə qarşı amansız “məhv” kampaniyasına başlayıb.
O vaxtdan Səddam öz iqtidarını güclü kəşfiyyat şəbəkəsinə əsaslanan repressiv metodlar üzərində qurur. O, səsini qaldıranları öldürməkdən çəkinməyib.
Səddam Hüseynlə bağlı 20 İLLİK SİRRİN üstü açıldı - FOTO

1980-ci ildə Səddam onu ərəb dünyasının liderliyinə daşıyacaq və Qərbin gözündə əvəzolunmaz edəcək bir fürsətlə qarşılaşdığını düşünürdü. İranda İslam İnqilabı tam sürətlə gedirdi. Xomeyni rejiminin Qərblə, xüsusən də ABŞ-la münasibətləri getdikcə pisləşirdi və İran "inqilab ixracı siyasəti" ilə bütün region üçün təhlükə kimi qəbul edilirdi. Buna əsaslanaraq Səddam İrana müharibə elan etdi. Onun hesablamaları bu müharibədə Qərbin dəstəyini asanlıqla alacağına və təlatümlü günlər keçirən İranın çox müqavimət göstərə bilməyəcəyinə əsaslanırdı. Müharibənin ilk günlərində İraq qoşunları mühüm su ərazisi olan Şatt əl-Ərəbi ələ keçirdilər. Lakin İran Səddamın gözlədiyindən daha güclü idi. 8 illik müharibə yüz minlərlə insanın ölümü ilə nəticələndi. Hər iki ölkənin iqtisadiyyatı da məhv oldu.
Neftin gücünü çox yaxşı bilən Səddam Hüseyn İran müharibəsindən ümid etdiyi gəliri əldə edə bilməyəndə diqqətini Küveytə çevirdi. 1990-cı il avqustun 2-də Səddamın qoşunları Küveyti işğal etdi. Küveytin işğalından təşvişə düşən digər Körfəz ölkələri Qərblə yaxınlaşdı. Səudiyyə Ərəbistanı ərazisi çoxmillətli gücə açıldı. Səddamı geri çəkilməyə çalışmaq cəhdləri nəticəsiz qaldı və yanvarın 17-də müharibə başladı. Səddam müharibəni “bütün müharibələrin anası” adlandırdı, lakin beynəlxalq qüvvələr qarşısında geri çəkilməli oldu və İraqda embarqoların kölgəsi altında bir həyat başladı.
Səddam Hüseynlə bağlı 20 İLLİK SİRRİN üstü açıldı - FOTO

Embarqo illərində Səddam və ətrafındakılar rahat həyatlarını davam etdirdiyi halda, İraq xalqı aclıq və səfalət içində qaldı.
İkinci Körfəz Müharibəsindən sonra Səddam, ailəsi və ən yaxın adamları yoxa çıxdı. Səddamın kadrları bir-bir ələ keçirildi, qəddarlığı ilə ad çıxaran oğulları Uday və Qusay öldürüldü. Koalisiya qüvvələri Səddamın doğulduğu Tikrit və ətrafında axtarışları gücləndirdi.
Səddam 2008-ci ildə asılaraq edam edilib.turaztv.az

Son xəbərlər

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 6 il ötür

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür

Müstəqil Azərbaycan 35 yaşında!

İran da Məkkə Sazişinə qoşulur?

Bu serial da final edir

Bu məhəllədə hamının soyadı eynidir

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

İNSANLARIN BƏZİLƏRİNƏ NİYƏ İNAM YOXDUR? YAXUD ONLARDA İNAMSIZLIQ HARADAN QAYNAQLANIR?

Atlaz Rzayi : Getmək istəsən - FOTO

AY QARDAŞIM BU GÜN SƏNİN DOĞUM GÜNÜNDÜR... - FOTO

20 dəqiqəyə ölüm hökmü verilən məşhur alim – “Bizim küçələr”

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Hicran Fuad Əhmədlinin "Qapımı döyən səs" adlı şeir kitabının və "Zülmətdən işığa doğru", "Qan qoxu" adlı hekayə kitablarının təqdimat mərasimi keçirildi - FOTOLAR

Pərvanə Zalamlı : Mənə sadiq yol yoldaşı ol ,ömrüm! - FOTO

Günel Bədəlova Federasiyanın vitse-prezidenti seçildi

Ərindən sonra qızını da itirdi - FOTOLAR

Eyni serialda baş rolu oynayacaqlar

AYDIN MEHRƏLİYEV – 80

Qızbəs QƏBƏLƏ : VAĞZALLAR ( Hekayə)

Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031