İctimai nəqliyyata qoyulan şənbə-bazar məhdudiyyəti götürüləcək? - AÇIQLAMA

COVID-19 virusu ilə bağlı Azərbaycanda tətbiq edilən sərt karantin rejiminin yumşaldılması ilə bir çox sahələrində fəaliyyət bərpa olunub. İctimai nəqliyyatadakı şənbə-bazar məhdudiyyəti isə hələ ki qalır. Bu məhdudiyyət şənbə günləri çalışan kommunal idarələrin əməkdaşları, bəzi dövlət müəssisələrinin işçiləri, həmçinin repetitor yanına gedən uşaqlar üçün əlavə problem yaradır.

Sosial şəbəkələrdə şənbə-bazar günləri üçün də qadağanın aradan qalxacağı ilə bağlı məlumatlar müzakirə edilir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a bildirib ki, şənbə-bazar günləri ictimai nəqliyyata tətbiq edilən məhdudiyyətin aradan qaldırılması epidemioloji vəziyyətdən asılıdır:

“Faktiki olaraq, etap-etap bütün məhdudiyyətləri aradan qaldırmışıq. Məhdudiyyətlər nəqliyyat sahəsini, həmçinin toy və yas mərasimlərini də əhatə edir. Biz oktyabr-noyabr aylarında sanitar-epidemioloji vəziyyəti müşahidə etdikdən sonra bu məhdudiyyətin aradan qaldırılması barədə qərar verə bilərik. Əgər qarşıdakı iki ay ərzində yoluxmada kəskin pisləşmə olmasa, şənbə-bazar günü ictimai nəqliyyata tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq mümkündür. Amma istisna deyil ki, oktyabr ayında vəziyyət pisləşərsə, biz yenidən sərt karantin rejiminə qayıda bilərik. Ona görə də bu məhdudiyyətlərin aradan qaldırılması tezdir. Elə etməliyik ki, əldə edilmiş nəticələr puç olmasın”.

Elə bu məsələyə cavab almaq üçün “Hazırda şənbə və bazar günlərində ictimai nəqliyyata tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması müzakirə edilirmi” sualı ilə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədova müraciət etdik. İ.Məmmədov Modern.az-a bildirdi ki, bu məsələ ilə bağlı hər hansı inforomasiyaya malik deyil:

“Bunu qərar veriləndə bilmək mümkündür. Əgər belə qərar olarsa, ictimaiyyət məlumatlandırılacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyuldan etibarən şənbə-bazar günləri ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb. Vətəndaşlar həmin günlərdə yalnız şəxsi avtomobildən və taksi xidmətindən istifadə edə bilirlər.

Son xəbərlər

Pentaqon Çinə qarşı təxminən 12 milyard dollar ayırmağı planlaşdırır

Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı

SEPAH həmin ölkələri hədələdi

Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb

Qorbaçov və Reyqanın görüşdüyü villa milyonlarla dollara satıldı (FOTO)

“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb

Sezon finalı tarixi açıqlandı

Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb

700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub

ABŞ-nin Vitse-prezidentinin Pakistana səfəri ləğv edilib

Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir

“Bu qədər futbolçunun haqqını yedi”

Türkiyəli güləşçi Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub

Çağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək

Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək

Maliyyə Nazirliyi 157 nəzarət obyektində pozuntular aşkarlayıb

Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatının ilk gününü 2 medalla bitiriblər

Kallas: Azərbaycan enerji və bağlantı sahəsində mühüm tərəfdaş olaraq qalır

İran Trampın 8 qadınla bağlı iddiasını təkzib etdi

"Oskar" mükafatlı rejissor vəfat etdi

O da "Fatih"in serialında rol alacaq

Dünyanın ən gözəl qadını... - FOTOLAR

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Meqanla şəkil çəkdirmək üçün bu qədər pul ödədilər

Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib

Nazir minimum əməkhaqqının artırılması üçün görülən işlərdən danışıb

Livan Prezidenti: İsraillə danışıqlar zəiflik əlaməti deyil

Çağrı Mərkəzi olmayan qurumların çağrı xidmətləri "108" Çağrı Mərkəzi ilə göstəriləcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930