Xəbərlər
28.03.2026, 00:32
QƏŞƏM NƏCƏFZADƏ : Elə qarşılaşmışkən dedik ki, ən son yazdığımız şeirlərdən oxuyaq - FOTO
Bu gün Qəşəm müəllimlə qarşılaşdıq. Elə qarşılaşmışkən dedik ki, ən son yazdığımız şeirlərdən oxuyaq.Elə siz də oxuyun.Səbinə Xosiyeva sözə belə başladı ))
✍️

✍️
Göy üzü buludlanıb, sanma ki, tək şəbnəm var,
Hər damlanın içində dəniz boyda bir qəm var.
İllər yuyub aparmaz ruhundakı naxışı,
Yadlaşan cild içində tanış olan məhrəm var .
Zərrə-zərrə yaratmış tanrı bütün aləmi,
Hər aləm zərrəsinin içində bir aləm var.
Hicranın qapısında boynu bükük dayanmış,
Hər susan xatirədə qan ağlayan matəm var.
Boşuna dərman gəzib, yorma, təbib, özünü,
Dərd var ki nə çarəsi, nədə ona məlhəm var.
Dodaqlar kəlmə kəsməz, ruhlarsa pıçıldaşar,
Bu dilsiz nəğmələrdə inləyən bir zil-bəm var.
Unutma ki, Səbinə, şeytan da bir mələkdir,
Hər insanın içində yanılmış bir "Adəm" var.

Və Qəşəm Nəcəfzadə sözə başladı )
Hardasan?
De hansı şəhərdə, hansı kənddəsən,
De, hansı ağacın yarpağındasan?
De hansı yarpaqda sarısan, göysən?
Yoxsa şüşədəsən, pəncərədəsən,
Bəlkə yerdə deyil, təyyarədəsən?
Saat birdəsənmi, ikidəsənmi?
Bu gündə, sabahda, dünəndəsənmi?
Bakıda, Gəncədə, Şəkidəsənmi?
Metroda,, küçədə, səkidəsənmi?
De hansı yağışın damlasındasan,
De hansı qəbirdə, hansı paltoda,
De hansı barmağın ucundasan de,
Yeddimdə, qırxımda, üçümdəsən, de?
Bəlkə yüz il əvvəl burda olmusan,
Bəlkə bu gün səhər çıxıb getmisən.
Bəlkə kim üçünsə sən tapılmısan,
Bəlkə kim üçünsə qəfil itmisən.
De, hansı ağacın yarpağındasan?
De hansı yarpaqda sarısan, göysən?
Yoxsa şüşədəsən, pəncərədəsən,
Bəlkə yerdə deyil, təyyarədəsən?
Saat birdəsənmi, ikidəsənmi?
Bu gündə, sabahda, dünəndəsənmi?
Bakıda, Gəncədə, Şəkidəsənmi?
Metroda,, küçədə, səkidəsənmi?
De hansı yağışın damlasındasan,
De hansı qəbirdə, hansı paltoda,
De hansı barmağın ucundasan de,
Yeddimdə, qırxımda, üçümdəsən, de?
Bəlkə yüz il əvvəl burda olmusan,
Bəlkə bu gün səhər çıxıb getmisən.
Bəlkə kim üçünsə sən tapılmısan,
Bəlkə kim üçünsə qəfil itmisən.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay