Xəbərlər
17.03.2026, 12:35
QIZBƏS QƏBƏLƏ : SƏKSƏKƏ - ALLAH BU YUXUNU XEYİRƏ CALA - FOTO
Nədir qəlbimdəki coşqun təlatüm,
Məni əldən salan bunca səksəkə ?
İlantək qıvrılıb o büküm- büküm,
Canıma salıbdır təşviş, mərəkə...
Diksinir körpələr beşiklərində,
Amandır, durdurun müharibəni !
Qorxu böyüyəcək ürəklərində,
Həyəcan öldürür a dostlar, məni.
Yer tapa bilmirəm özümə nədən ?
Düşünüb dururam hey - axşam səhər.
Dünyanın düşdüyü bu qəziyyədən,
Olubdu elə bil ömür - gün zəhər.
Ötür səksəkəylə hər gün, hər saat,
Kim saldı dünyanı görən bu hala ?
Qorxulu yuxudur, qapqara, qat - qat,
Allah, bu yuxumu xeyirə cala !
Məni əldən salan bunca səksəkə ?
İlantək qıvrılıb o büküm- büküm,
Canıma salıbdır təşviş, mərəkə...
Diksinir körpələr beşiklərində,
Amandır, durdurun müharibəni !
Qorxu böyüyəcək ürəklərində,
Həyəcan öldürür a dostlar, məni.
Yer tapa bilmirəm özümə nədən ?
Düşünüb dururam hey - axşam səhər.
Dünyanın düşdüyü bu qəziyyədən,
Olubdu elə bil ömür - gün zəhər.
Ötür səksəkəylə hər gün, hər saat,
Kim saldı dünyanı görən bu hala ?
Qorxulu yuxudur, qapqara, qat - qat,
Allah, bu yuxumu xeyirə cala !
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














