Xəbərlər
17.03.2026, 00:00
Adı kimi əziz və hörmətli rəfiqəmə ad günü təbriki... - FOTOLAR
ƏZİZƏ XANIM
Göyçə torpağıydı ünvanım, adım,
Qovuldu yurdundan yaxınım, yadım,
Həmdəm soraqladım, dost harayladım,
Hamıdan baş gəldin, Əzizə xanım.
Şirindi, doğmadı qəlbə köçün də,
Şükür, yanılmadım belə seçimdə.
Axtarıb tapmışam ümman içində,
Dərində bir ləldin, Əzizə xanım.
Saflığın bulaqda, axarın çayda,
Hüsnünə heyrandı Günəş də, Ay da.
Hər gün əməlinlə bir buğda boyda,
Gözümdə yüksəldin, Əzizə xanım.
Sevdayam, sevdiyim haqqa yönündü,
Ruhuma iz salan səsin, ünündü.
Doğulan günündü, əziz günündü,
Dünyaya xoş gəldin, Əzizə xanım!
Qovuldu yurdundan yaxınım, yadım,
Həmdəm soraqladım, dost harayladım,
Hamıdan baş gəldin, Əzizə xanım.
Şirindi, doğmadı qəlbə köçün də,
Şükür, yanılmadım belə seçimdə.
Axtarıb tapmışam ümman içində,
Dərində bir ləldin, Əzizə xanım.
Saflığın bulaqda, axarın çayda,
Hüsnünə heyrandı Günəş də, Ay da.
Hər gün əməlinlə bir buğda boyda,
Gözümdə yüksəldin, Əzizə xanım.
Sevdayam, sevdiyim haqqa yönündü,
Ruhuma iz salan səsin, ünündü.
Doğulan günündü, əziz günündü,
Dünyaya xoş gəldin, Əzizə xanım!
Sevda Zeynalova
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay























