İlahi, gözlərimdə çən- duman gəlir, hədər yatır,
Divar hörür hilal qaşım, çəkəndə kirpiyim çəpər, yatır.

Darıxdıranda həsrətinlə oynamır sevən könül,
Nə qədri iztirabımın içində qəm, kədər yatır.

Gözüm səmayə zillənir, dilim duvasın eyləyir,
Çəkir sükunətin şalın, yer üstə köy, şəhər yatır.

Külək əsəndə dalğalar sığallayır qum örpəyin,
Beşik qayıqda ninnilər mızıldayır, Xəzər yatır.

Cəmalı görsədəndə Gün, şəfəqlər öz saçın hörür,
Xəyali- yarı tərpədib oyatmasam, səhər yatır.

Könül məlalı, dilbərim, sıxanda qəlbim ağrıyır,
Ürəkdə duyğum, istəyim oyansa birtəhər yatır.

Nəfəs- nəfəs yaxınlaşan bir eşqə talib olmuşam,
Perik düşəndə arzular, içində bar- bəhər yatır.

Külün tozunda gizlənən bir atəş axtarır bu can,
Damarda təzyiq oynayır, ürəkdə " bəxtəvər" yatır.

Həyatı keşməkeşlidir, qələmlə yoldaş olsa da
Kitabdır ömrü Lilparın, yazılmayan əsər yatır.

Son xəbərlər

Sabah su kəsiləcək - Bu ərazilərdə

Uşaqları niyə peyvənd etdirməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR

Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur

Azərbaycanda yeni mexanizm yaradılır - Borcu olanların diqqətinə!

Sənubər Səhər : Qəlbimizlə vuruşuruq...

Qaranlıqda televizora baxmaq zərərlidir - XƏBƏRDARLIQ

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək? - Ötən illə müqayisədə...

Adı 2 qadın həmkarı ilə hallanırdı - Boşanma xəbərləri yayıldı

Kommunal xidmətlərə görə 2 milyondan çox borcu yaranıb

Payıza qoşulub getmə, amandır! - FOTO

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib

Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb

Çin lideri: Hörmüz boğazı açıq qalmalıdır

Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar

Yasamalın bir hissəsində qaz kəsilib

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Ucarda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb

Sabah Azərbaycanda yağış yağacaq

Pezeşkian: Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir

Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir

"Azərpoçt"un rəhbəri işdən çıxıb

Demensiya nədir, əlamətləri, səbəbləri və müalicəsi

Anlatmağı necə bacarırıq?

İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

Bakının bir sıra yollarında tıxac yaranıb

ABŞ ordusu İran bayrağı altında üzən yük gəmisini vurub

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930