Hicran Əhmədli

Mən səni anam, atam bilib, onların boş qalan yerinə qoymuşdum, qardaşım. Hər səsin gələndə, hər dəfə mənə bacı deyəndə daxilən böyüdüyümü, yenilməz, daha güclü oldüğumu hiss edirdim. Bir də, bir də özümü sənin kimi qardaşın bacısı olduğuma görə xoşbəxt, şanslı hiss edirdim. Bəli, tale bu xoşbəxtliyi bizə 39 il bəxş etdi.Biz sevgini, dəyəri, qarşılıqlı hörməti və ən əsası da kompromisə getməyi ata-anamızdan öyrəndik. Heç zaman "zəhrimar" sözünü belə istifadə etmədik. Çünki buna lüzum da yox idi. Sadə amma fərqli və ciddi ailədə böyüdük. Lakin parlaq taleylərin yolunun dəyişən fələk bizdən də yan ötmədi.Öz qara əllərini bizim də boğazımıza keçirtdi.Bacı-qardaş arasında seçilən qardaşımızı qəfil əlimizdən aldı. Uzun müddət ailəliklə bu qara günün depresiyadından çıxa bilmədik... Düz iki əvvəl bizə layiqli böyüklük edən qardaşım Fuadı əlimizdən aldı... O, elə bir qardaş idi ki, həyatda yaşadığı qısa ömründə ata-anamın yoxluğunu hiss etmədim.
Son zamanlar mənə sənin qardaşın kim idi sualı verirlər. Üzü dönmüş fələyin sayəsində daha bu suala cavab verə bilmirəm. Çünki onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağırdır. Axı mənim qardaşım ölməyib, o, əbədi olaraq ürəyimə köçüb! Nə qədər mən varam, nə qədər biz və onun balaları var, Fuad da var!

Mən tez-tez əfsus olsun ki, ətrafda bir-biri ilə yola getməyən, sözləri bir-birinin boğazından keçməyən bacı-qardaşlara rast gəlirəm. Amma bizi tanıyanlar da bilir ki, bu bizim ailəyə zidd bir tərbiyə növü idi.
Tərbiyə, bəli tərbiyə! Çünki hər şey ailədən gəlir. Evdə övladlar arasında qoyulan ayrı-seçkilik, bir-birindən artıq fərqləndirmə təbii ki, gec-gec öz sıyıq xəmirini yoğuracaq. Burada insanın tərbiyəsi ilə yanaşı öz mənəvi aləmi də mühüm rol oynayır.

QAPIMI DÖYƏN SƏS

Axşamın son saatı,
Bir səs döydü qapımı.
Yenə, yenə məni
Bu səs gəlib tapıbmı?!
İçəri daxil oldu
Qapqara, sonsuz kədər
Dedi:"Gətirdim sənə
Öz dünyandan bəd xəbər."
Mən kədərin üstünə
Yüyürdüm dəli kimi.
Dedim:"Burax əlimi,
Yenə verdin hökümü?!"
Dedi:"Gördüm gözünün
Daha sildin yaşını
Göz yaşı sənsiz qalsın?
Kimə atsın daşını?!"
Mən bu səsə qoşulub
Tələsik evdən çıxdım,
Gedib çatdım dərdimə...
Yandım, yandım, yaxıldım!
Balaca, dar otaqda
Dünya boyda dərd vardı.
Vahiməli bir sükut
Məni özünə sardı...
İnanmadım gözümə
Yapışdım əllərindən.
Dedim:"Yorğunmu düşdün
Yapyalnız illərindən?"
Dedim:"Ay son ümidim,
Buraxma əllərimi
Axı sənsiz mən necə
Çəkərəm dərdlərimi?"
Gecənin zülməti də
Hayqırtıma qarışdı.
Göz yaşım dar otaqda
Hayqırtımla yarışdı.
Tez əllərindən tutub,
Sığal çəkdim saçına.
Axı bu yaraşmayır
Sənin cavan yaşına...
Bəs atam, anam kim olar?
Kim qanadına alar?
Bu evin böyüklüyün
Yükün bəs kim qaldırar?
Cavab vermədi mənə
Səssiz olan harayım.
Bilmədim necə onun
Mən dərdinə yarayım.
Pəncərədən əsirdi
Qara, hüzünlü sükut.
Sanki cavab verirdi:
"Xoş günü daha unut..."
O an bürüdü məni
Təklik, tənhalıq hissi.
Əllərimi od aldı
Bu idi dərdin pisi.
Ölmədi təkcə Fuad,
Öldüm mən də onunla.
Sanki dünya boşaldı
Son da gəldi sonuyla.
İçimdə qopdu fəryad,
Qanım dondu damarda.
Ruhumdan ürəyimə
Sonsuz acı damar da.
İmdadım yol almışdı
Yerdən ta göyə qədər.
Səssizliyə bürünüb
Susqun səma ahh...Hədər.
Gecənin uğultusu
Dil açmışdı o anda
Qulağıma deyirdi:
"Bu da son...Di yan da!"
Ürəyim qan ağladı,
Söküldu nur, işıltı.
Çadar-çadar dodaqdan
Qopdu acı pıçıltı.
Gah Tanrıya üz tutum,
Gah da qara yazıya.
Ancaq çarə qalıbdır
Təkcə qələm, yazıya.

Son xəbərlər

“Zəfər rəqsi” bədii filminin bu ilki beynəlxalq zəfərləri

Dövlət Xidməti beynəlxalq mükafata layiq görüldü

İtaliyada 1 avroya evlər satılır

Sabah su kəsiləcək - Bu ərazilərdə

Uşaqları niyə peyvənd etdirməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR

Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur

Azərbaycanda yeni mexanizm yaradılır - Borcu olanların diqqətinə!

Sənubər Səhər : Qəlbimizlə vuruşuruq...

Qaranlıqda televizora baxmaq zərərlidir - XƏBƏRDARLIQ

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək? - Ötən illə müqayisədə...

Adı 2 qadın həmkarı ilə hallanırdı - Boşanma xəbərləri yayıldı

Kommunal xidmətlərə görə 2 milyondan çox borcu yaranıb

Payıza qoşulub getmə, amandır! - FOTO

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib

Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb

Çin lideri: Hörmüz boğazı açıq qalmalıdır

Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar

Yasamalın bir hissəsində qaz kəsilib

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Ucarda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb

Sabah Azərbaycanda yağış yağacaq

Pezeşkian: Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir

Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir

"Azərpoçt"un rəhbəri işdən çıxıb

Demensiya nədir, əlamətləri, səbəbləri və müalicəsi

Anlatmağı necə bacarırıq?

İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930