Smartfon ekranlarından, notbuklardan və digər qadcetlərdən yayılan mavi işıq dərinin qocalma prosesini sürətləndirir. Bu təsir əsasən oksidləşdirici stresin artması və kollagenin parçalanması ilə əlaqələndirilir.

Fəlsəfə doktoru, dermatoveneroloq Natalya Mixaylova bu barədə Rusiya mətbuatına açıqlama verib.

Onun sözlərinə görə, mavi işıq ultrabənövşəyi şüalardan daha dərinə - dərinin dərin qatı olan dermaya qədər nüfuz edir və sərbəst radikalların yaranmasını artırır. "Bu proses oksidləşdirici stresin güclənməsinə, kollagenin daha sürətlə parçalanmasına və nəticə etibarilə dərinin vaxtından əvvəl qocalmasına səbəb olur", - deyə həkim bildirib.

Mütəxəssis qeyd edib ki, qadcetlər yalnız birbaşa zərərli radiasiya ilə deyil, eyni zamanda mikrosirkulyasiyanın pozulması, üz əzələlərinin - xüsusilə göz ətrafı nahiyənin - gərginləşməsi və dərinin quruması ilə də mənfi təsir göstərir. Bundan əlavə, cihazların yaydığı istilik və onlarla daimi əl təması dəridə çirklərin, o cümlədən sebum və toz mikrohissəciklərinin toplanmasına səbəb olur. Bu amillər tez-tez iltihabi proseslərə yol açır, dərini daha həssas edir və qocalma prosesini sürətləndirir.

Qadcetlərin dəriyə vurduğu zərəri minimuma endirmək üçün dermatoloq mavi işığın təsirini azaldan qoruyucu ekranlardan istifadə etməyi, həmçinin antioksidantlarla zəngin dəriyə qulluq vasitələrinə üstünlük verməyi tövsiyə edir. Xüsusilə C və E vitaminləri olan kremlər və serumlar, eləcə də bitki ekstraktları və yaşıl çay tərkibli məhsulların faydalı olduğu vurğulanır.

Son xəbərlər

Dövlət Xidməti beynəlxalq mükafata layiq görüldü

İtaliyada 1 avroya evlər satılır

Sabah su kəsiləcək - Bu ərazilərdə

Uşaqları niyə peyvənd etdirməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR

Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur

Azərbaycanda yeni mexanizm yaradılır - Borcu olanların diqqətinə!

Sənubər Səhər : Qəlbimizlə vuruşuruq...

Qaranlıqda televizora baxmaq zərərlidir - XƏBƏRDARLIQ

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək? - Ötən illə müqayisədə...

Adı 2 qadın həmkarı ilə hallanırdı - Boşanma xəbərləri yayıldı

Kommunal xidmətlərə görə 2 milyondan çox borcu yaranıb

Payıza qoşulub getmə, amandır! - FOTO

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib

Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb

Çin lideri: Hörmüz boğazı açıq qalmalıdır

Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar

Yasamalın bir hissəsində qaz kəsilib

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Ucarda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb

Sabah Azərbaycanda yağış yağacaq

Pezeşkian: Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir

Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir

"Azərpoçt"un rəhbəri işdən çıxıb

Demensiya nədir, əlamətləri, səbəbləri və müalicəsi

Anlatmağı necə bacarırıq?

İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930