Sənə inanırdım yerlə göy qədər,
Qəlbimdə sevginin yox idi sonu.
Eşq ilə doğurdu günəş hər səhər,
Təbiət geymişdi gözəllik donu.

Gecə gözlərimdən yuxu qaçırdı,
Həmsöhbət olurdum ulduzlar ilə.
Günəş şəfəqini şövqlə saçırdı,
Duyğular dinirdi kaman, tar ilə.

Adına bağlıydı bütün arzular,
Sən idin ünvanı xoş diləklərin.
Gen dünya olurdu sənsiz boş məzar,
Əsiri olurdum dəqiqələrin.

Mənasız olurdu özü həyatın,
Həsrət gözlərimə zülmət çökürdü.
İntizar xoş keçən günün, saatın,
Üstünə iztirab külü tökürdü.

Elə inanmışdım mən bu sevgiyə,
Deyirdim ölüncə biz ayrılmarıq.
Yoxsa gözə gəldi eşqimiz, niyə,
Ayrıldıq, ölmədik, hələ də varıq?

Axı eşq nəğməli dünya bizimdi,
Ayrılıq kəlməsi bizə yad idi.
Nə yaxşı dözürük biz ayrı indi,
Yoxsa ki, sevginin dəyəri itdi?

Səni bilmirəm, mən həmənki mənəm,
Məhəbbət həyatın anlamı olub.
Sevginin dəyərin bilməyən, sənəm,
Dünyanın ən bədbəxt adamı olub.

03.03.2026 23:55 II gün

Son xəbərlər

DYP-nin şöbə rəisi: Ölümlə nəticələnən yol qəzalarının yarısı piyadavurma hallarıdır

Fərhad Əsgərov: işıqsız hücrələrdə təlaşla çırpınan dürüst insan - FOTO

Müəllifi: Natella Nur - İLAXIR ÇƏRŞƏNBƏSİ - FOTO

QIZBƏS QƏBƏLƏ : SƏKSƏKƏ - ALLAH BU YUXUNU XEYİRƏ CALA - FOTO

Sabah 17 dərəcə isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : YURDUMA BAHAR GƏLİR - FOTO

Qadın hərbçilər üçün MAXE müddətinin 3 ildən 6 ayadək azaldılması son oxunuşda qəbul edilib

Milli Məclisin növbəti plenar iclası başlayıb

Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var

DİN və FHN Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

Bakının bir sıra yollarında tıxac yaranıb

ABŞ İranla müharibəyə nə qədər pul xərcləyib?

İran bu Avropa ölkəsinə xəbərdarlıq etdi

İran Hörmüzü bu şərtlərlə açacaq

Dediklərinizə diqqət edin - Dinləyirlər

Tramp Starmeri müşavirlərindən həddən artıq asılı olmaqda tənqid edib

Berlin hava limanında bütün uçuşlar ləğv edilir

"Putin ABŞ-dən və ordumdan qorxur" - Tramp

Xameneinin səhhəti ilə bağlı rəsmi açıqlama

Bu gün ilaxır çərşənbə – Torpaq çərşənbəsidir

Adı kimi əziz və hörmətli rəfiqəmə ad günü təbriki... - FOTOLAR

Yeni işi bəlli oldu

Sonuncu Qədr gecəsidir

Litva Ukrayna Dəstək Fonduna 10 milyon avro ianə edəcək

“Hazırda biz “kağız pələng”lə məşğuluq” - Tramp

Mobil telefonlar sağlamlıq üçün zərərlidirmi, xərçənglə əlaqəsi varmı?

İnsanların çoxu liftdə bunu hər gün edir - təhlükəli səhvlər

Bakının bu prospektində yenilik - Yaxın günlərdə...

Bütün xəbərlər
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031