Xəbərlər
4.03.2026, 00:32
Gülnarə Məhəmmədqızı : Zaman Evi - FOTO
Bu dünya zaman evi, fanilərin məkanı,
Qapısı daim açıq, gedəni geri dönməz.
Yaşanan köz tək yanar, hopar ömrün canına,
Od-su dolu qəlbimiz, nə isinər, nə donmaz.
Həyat bir dairədir, fırlanıb sona çatar,
Sevgi xəyal qoşa yol, ümid ondan ayrılmaz.
Qiymətli kəlamlardan ölümsüz həyat doğar,
Əbədiyyət yüklü söz, məna içər doyulmaz.
Gah həqiqət, gah yalan – bu aləmdə hökm sürər,
Bu dünya iç üzləri göstərən bir güzgüdür.
Zahirinə aldanma, insan ruhla görünər,
Saf olan nur tək yanar, haqq yolunda göz odur.
Hey adı çox çəkilən, bu dünyada insanlıq,
Dildə uca səslənir, ürəkdə yer verilmir.
Əslində məna budur, insanlıq yaşar daim,
Mərdlik, hünər, qeyrət də kökdən gəlir, silinmir.
Gah da fikirlərimiz zaman ilə dəyişər,
Ayrılıb sahibindən yad kimi uzaqlaşar.
Xatirələr sığınar körpə tək sinəmizə,
Gah böyüyər, qocalar, gah yenə uşaqlaşar.