Son həftələr beynəlxalq medianın diqqəti yalnız siyasi bəyanatların mətninə deyil, həm də Cənubi Qafqazda baş verən proseslərin coğrafiyasına və formatına yönəlib. Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın Əbu-Dabiyə səfəri və “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində birgə iştirakı diqqətlə hesablanmış siyasi-diplomatik siqnal kimi qiymətləndirilir.

Bu səfərin rəmzi mənası mükafatın özündən heç də az əhəmiyyət daşımır. Liderlərin BƏƏ paytaxtında birlikdə görünməsi regionun gələcəyinin təzyiq, bloklaşma və xarici himayə məntiqindən kənar müzakirəsinə hazır olduqlarının nümayişi kimi dəyərləndirilir. Əbu-Dabi daha çox “sakit diplomatiya” məkanı kimi tanınır və burada əsas diqqət açıq bəyanatlardan çox, strateji etimad mühitinin formalaşdırılmasına yönəlir.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın xarakteri də xüsusi qeyd olunmalıdır. Beynəlxalq müşahidəçilər bu mükafatı barışıq proseslərinin “yumşaq legitimləşdirilməsi” üçün mühüm alət kimi qiymətləndirirlər. Nəşrlərdə vurğulanır ki, bu cür formatlar konkret nəticədən daha çox çərçivə rolunu oynayır. Onlar deeskalasiya istiqamətində siyasi iradəni möhkəmləndirir və diqqəti keçmiş münaqişələrdən gələcək əməkdaşlıq modelinə yönəldir. Bu baxımdan Əbu-Dabiyə səfər daha geniş diplomatik arxitekturanın tərkib hissəsi kimi qəbul olunur. Burada məkan, zaman və mükafat vahid strateji mesaj formalaşdıraraq regionda yeni siyasi reallıqların təşəkkülünə işarə edir.

AZƏRTAC siyasi elmlər doktoru (PhD), Birləşmiş Ərəb Əmirlikdən olan politoloq, beynəlxalq münasibətlər və regional təhlükəsizlik üzrə ekspert Salem Alketbi ilə eksklüziv müsahibəni təqdim edir.

- Əbu-Dabidə Prezident İlham Əliyevə və Baş nazir Nikol Paşinyana təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu, BƏƏ-nin vasitəçi və ya barışıq modeli kimi rolu barədə nə deyir?

- Bu mükafatın əhəmiyyəti simvolik jest çərçivəsindən xeyli kənara çıxır. Mənim fikrimcə, onun təqdim edilməsi münaqişələrin beynəlxalq idarə olunması fəlsəfəsində mühüm transformasiyanı əks etdirir. Bu, məhdudlaşdırmaya əsaslanan ənənəvi yanaşmalardan dayanıqlı barışıq modellərinə keçidin göstəricisidir.

Azərbaycan və Ermənistan liderlərinin mükafata birlikdə layiq görülməsi aydın mesaj verir: tarixən mübahisəli regionlarda möhkəm sülh yalnız atəşkəs razılaşmaları ilə deyil, ilk növbədə, qarşılıqlı etimadın bərpası və uzunmüddətli siyasi narrativlərin yenidən formalaşdırılması ilə mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan postmünaqişə mərhələsində praqmatik və gələcəyə yönəlmiş yanaşma nümayiş etdirir. Ölkə sabitliyə, yenidənqurmaya və regional iqtisadi inteqrasiyaya xüsusi önəm verir. Bu strateji xətt əsl sülhün yalnız siyasi razılaşmalarla deyil, eyni zamanda, davamlı iqtisadi əməkdaşlıq mexanizmləri ilə ölçüldüyünü göstərir. Bu cür təşəbbüslərin təşkili və dəstəklənməsində Birləşmiş Ərəb Əmirliklərinin rolu xüsusilə diqqətəlayiqdir. BƏƏ-nin fəaliyyəti ölkənin ənənəvi vasitəçilik missiyasından çıxaraq, konsensus diplomatiyasının formalaşdırılması üçün qlobal platformaya çevrildiyini nümayiş etdirir.

Əmirlik modeli iqtisadi potensialı, siyasi neytrallığı və müxtəlif beynəlxalq aktorlarla etimada əsaslanan əməkdaşlığı birləşdirir. Məhz bu amillər mürəkkəb münaqişələrin həllində belə təşəbbüslərin artan nüfuzunu və əhəmiyyətini təmin edir.

- Bu mükafat Azərbaycan və Ermənistan arasında qarşılıqlı münasibətlərdə real irəliləyişi nə dərəcədə əks etdirir? Hansı amillər bu addımı mümkün edib?

- Bu mükafat Azərbaycan və Ermənistan arasında münaqişənin idarə edilməsindən sülhün idarə edilməsinə mühüm keçidi əks etdirir. Postmünaqişə şəraitlərində real irəliləyiş nadir hallarda yalnız formal razılaşmalarla ölçülür. Bu, siyasi rəhbərliyin atəşkəsi xüsusilə də iqtisadi və infrastruktur sahələrində tədricən əməkdaşlıq çərçivələrinə çevirmək qabiliyyəti ilə qiymətləndirilir. Son hadisələr regionun məhz bu istiqamətdə hərəkət etməyə başladığını göstərir.

Azərbaycan xüsusilə nəqliyyat dəhlizləri, infrastrukturun bərpası və transsərhəd iqtisadi inteqrasiya sahələrində regional sabitliyi inkişaf təşəbbüsləri ilə əlaqələndirməyə ardıcıl hazır olduğunu nümayiş etdirir. Bu, rifahı sülhün ən dayanıqlı təminatı kimi qəbul edən strateji baxışı əks etdirir.

- Bu mükafat BƏƏ-nin beynəlxalq vasitəçi statusunu dəyişirmi?

- Mənim fikrimcə, bu mükafat BƏƏ-nin vasitəçi diplomatiya sahəsində yeni qlobal aktor kimi mövqeyini dəyişdirməkdən daha çox möhkəmləndirir. Son on ildə BƏƏ ənənəvi diplomatik vasitəçilik çərçivəsindən kənara çıxaraq investisiyalar, bərpa sahəsində tərəfdaşlıqlar və inkişafda uzunmüddətli iştirak elementlərini birləşdirən, institusionallaşdırılmış sülh dəstəyi mexanizmlərinə əsaslanan unikal yanaşma formalaşdırıb.

- Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın hazırkı səviyyəsini və onun regional strategiyaya təsirini necə qiymətləndirirsiniz?

- Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər bərpaolunan enerji, texnologiyalar, infrastrukturun inkişafı, investisiyalar və texnoloji innovasiyalar sahələrində genişlənən əməkdaşlıqla xarakterizə olunan çoxşaxəli strateji tərəfdaşlığa çevrilib. Bu münasibətlər iqtisadi diversifikasiyaya, regional bağlantılara və inkişafa əsaslanan, uzunmüddətli sabitliyə yönəlmiş ümumi strateji konsepsiyanı əks etdirir.

- Müdafiə və infrastruktur sahələrində Azərbaycanla BƏƏ arasında əməkdaşlığın dərinləşməsi regional qüvvələr balansına necə təsir göstərə bilər?

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müdafiə texnologiyaları və infrastrukturun inkişafı sahəsində əməkdaşlığın dərinləşməsi ənənəvi hərbi qruplaşma kontekstində deyil, daha geniş sabitləşdirmə strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Müasir regional sabitlik getdikcə daha çox iqtisadi inkişafın, texnoloji modernləşmənin və müdafiə potensialının gücləndirilməsinin qarşılıqlı vəhdətindən asılı olur. Bu yanaşma eskalasiyaya yol açmadan çəkindirmə imkanlarını artıran, eyni zamanda, dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına xidmət edən balanslı strateji potensialın yaradılmasını hədəfləyir.

- Birləşmiş Ərəb Əmirliklərinin müasir qlobal diplomatik arenadakı rolunu və yeni beynəlxalq qarşılıqlı fəaliyyət modellərinin formalaşmasına təsirini necə görürsünüz?

-Son 10 ildə Birləşmiş Ərəb Əmirliklərinin diplomatik inkişaf trayektoriyası əsasən iqtisadi diplomatiyadan daha kompleks və çoxşaxəli strateji diplomatiya modelinə aydın keçidi nümayiş etdirir. Bu yanaşma vasitəçilik təşəbbüslərini, inkişaf sahəsində tərəfdaşlıqları, humanitar əməkdaşlığı və investisiyalara əsaslanan uzunmüddətli sabitləşdirmə strategiyalarını özündə birləşdirir. Nəticə etibarilə, BƏƏ getdikcə özünü yalnız regional və qlobal iqtisadi mərkəz kimi deyil, eyni zamanda, dayanıqlı beynəlxalq həllərin formalaşdırılmasında fəal rol oynayan mühüm aktor kimi daha inamla mövqeləndirir.

Son xəbərlər

DYP-nin şöbə rəisi: Ölümlə nəticələnən yol qəzalarının yarısı piyadavurma hallarıdır

Fərhad Əsgərov: işıqsız hücrələrdə təlaşla çırpınan dürüst insan - FOTO

Müəllifi: Natella Nur - İLAXIR ÇƏRŞƏNBƏSİ - FOTO

QIZBƏS QƏBƏLƏ : SƏKSƏKƏ - ALLAH BU YUXUNU XEYİRƏ CALA - FOTO

Sabah 17 dərəcə isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : YURDUMA BAHAR GƏLİR - FOTO

Qadın hərbçilər üçün MAXE müddətinin 3 ildən 6 ayadək azaldılması son oxunuşda qəbul edilib

Milli Məclisin növbəti plenar iclası başlayıb

Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var

DİN və FHN Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

Bakının bir sıra yollarında tıxac yaranıb

ABŞ İranla müharibəyə nə qədər pul xərcləyib?

İran bu Avropa ölkəsinə xəbərdarlıq etdi

İran Hörmüzü bu şərtlərlə açacaq

Dediklərinizə diqqət edin - Dinləyirlər

Tramp Starmeri müşavirlərindən həddən artıq asılı olmaqda tənqid edib

Berlin hava limanında bütün uçuşlar ləğv edilir

"Putin ABŞ-dən və ordumdan qorxur" - Tramp

Xameneinin səhhəti ilə bağlı rəsmi açıqlama

Bu gün ilaxır çərşənbə – Torpaq çərşənbəsidir

Adı kimi əziz və hörmətli rəfiqəmə ad günü təbriki... - FOTOLAR

Yeni işi bəlli oldu

Sonuncu Qədr gecəsidir

Litva Ukrayna Dəstək Fonduna 10 milyon avro ianə edəcək

“Hazırda biz “kağız pələng”lə məşğuluq” - Tramp

Mobil telefonlar sağlamlıq üçün zərərlidirmi, xərçənglə əlaqəsi varmı?

İnsanların çoxu liftdə bunu hər gün edir - təhlükəli səhvlər

Bakının bu prospektində yenilik - Yaxın günlərdə...

Bütün xəbərlər
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031