
Xəbərlər
31.01.2026, 11:15
PARLAQ BİR ULDUZSAN... - FOTO
Alıcan İsgəndərli.
Şair,publisist, pedaqoq bacım ZÖHRƏ QARA QIZI MƏHƏMMƏDOVAnın 75 illiyinə həsr edirəm.
Parlaq bir ulduzsan, göydən enmisən,
İllərin sevimli yazısan, şair.
Yazdığın kitablar nur saçır bu gün,
Özün kitablarda yazısan, şair.
Zöhrə ulduzutək gur işığın var,
Şeir aləminə yaraşığın var.
Mahnını oxuyan bir aşığın var,
Dostların şəkəri, duzusan, şair.
Haqqı söyləyənlər indi təklənib,
Tanrıdan imdada kömək bəklənib.
Nəğmən, mahnıların gözəl köklənib,
Məclislər bəzəyi, sazısan, şair.
Sən ,ey, ər qeyrətli,namuslu qadın,
Zirvədə səslənir pedaqoq adın.
Övlada, nəvəyə ötübdü dadın,
Elmin, şagirdlərin nazısan, şair.
Şeirə həsr etdin ayla ilini,
Dolaşdın birbəbir türklər elini.
Sevinclə dinlədin şirin dilini,
Sən türk dünyasının qızısan, şair.
İllərin sevimli yazısan, şair.
Yazdığın kitablar nur saçır bu gün,
Özün kitablarda yazısan, şair.
Zöhrə ulduzutək gur işığın var,
Şeir aləminə yaraşığın var.
Mahnını oxuyan bir aşığın var,
Dostların şəkəri, duzusan, şair.
Haqqı söyləyənlər indi təklənib,
Tanrıdan imdada kömək bəklənib.
Nəğmən, mahnıların gözəl köklənib,
Məclislər bəzəyi, sazısan, şair.
Sən ,ey, ər qeyrətli,namuslu qadın,
Zirvədə səslənir pedaqoq adın.
Övlada, nəvəyə ötübdü dadın,
Elmin, şagirdlərin nazısan, şair.
Şeirə həsr etdin ayla ilini,
Dolaşdın birbəbir türklər elini.
Sevinclə dinlədin şirin dilini,
Sən türk dünyasının qızısan, şair.
31.01.2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









