Türkiyənin xarici işlər naziri Hakan Fidan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “On the Record” proqramında tanınmış jurnalist Hedli Qembla eksklüziv müsahibə verib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, nazir İranın coğrafi baxımdan böyük və qonşu dövlət olduğunu xatırladaraq, orada baş verənləri Türkiyəni yaxından maraqlandırdığını vurğulayıb.

H. Fidan İranın sabitliyinin bütün region üçün həyati əhəmiyyət kəsb etdiyini qeyd edərək, həm Tehrana, həm də beynəlxalq birliyə problemləri güc tətbiqi ilə deyil, dialoq yolu ilə həll etməyi tövsiyə edib.

Nazir Vaşinqton administrasiyasının gündəmə gətirdiyi “yeni kinetik müdaxilə” ehtimalına toxunaraq, bunun həll yolu olmadığını bildirib:

“Dostlarımıza bunu etməməyi tövsiyə edirəm. Çünki onsuz da İrana çox böyük təzyiq tətbiq olunur. Sanksiyalar İran iqtisadiyyatına ciddi zərər verir və ölkədəki nümayişlər də bununla əlaqəlidir”.

İrandakı etirazlar və müxalifət barədə danışan Fidan qeyd edib ki, beynəlxalq sistemlə yaşanan problemlər səbəbindən Tehranın öz xalqına geniş iqtisadi imkanlar təqdim etməsi çətindir:

“İran müəyyən imkanlar əldə etmək üçün xarici və təhlükəsizlik siyasətində bəzi reformlara getməli olsa da, hakimiyyət dəyişikliyi ehtimalına inanmıram”.

Sonda Hakan Fidan İranın danışıqlara hazır olduğunu, lakin bunun üçün doğru yolun tapılmasının vacibliyini qeyd edib:

“İran özünü küncə sıxılmış hiss etsə, ən pis ssenariyə hazır olacaq. Əgər problemi həll etmək üçün tək bir səmimi niyyət varsa, deməli, ortada bunun üçün fürsət də mövcuddur”.

Son xəbərlər

Pentaqon Çinə qarşı təxminən 12 milyard dollar ayırmağı planlaşdırır

Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı

SEPAH həmin ölkələri hədələdi

Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb

Qorbaçov və Reyqanın görüşdüyü villa milyonlarla dollara satıldı (FOTO)

“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb

Sezon finalı tarixi açıqlandı

Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb

700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub

ABŞ-nin Vitse-prezidentinin Pakistana səfəri ləğv edilib

Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir

“Bu qədər futbolçunun haqqını yedi”

Türkiyəli güləşçi Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub

Çağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək

Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək

Maliyyə Nazirliyi 157 nəzarət obyektində pozuntular aşkarlayıb

Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatının ilk gününü 2 medalla bitiriblər

Kallas: Azərbaycan enerji və bağlantı sahəsində mühüm tərəfdaş olaraq qalır

İran Trampın 8 qadınla bağlı iddiasını təkzib etdi

"Oskar" mükafatlı rejissor vəfat etdi

O da "Fatih"in serialında rol alacaq

Dünyanın ən gözəl qadını... - FOTOLAR

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Meqanla şəkil çəkdirmək üçün bu qədər pul ödədilər

Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib

Nazir minimum əməkhaqqının artırılması üçün görülən işlərdən danışıb

Livan Prezidenti: İsraillə danışıqlar zəiflik əlaməti deyil

Çağrı Mərkəzi olmayan qurumların çağrı xidmətləri "108" Çağrı Mərkəzi ilə göstəriləcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930