Yanvarın 22-də Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini Radmila Şekerinskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanla NATO arasında 30 ildən artıq müddətdə davam edən əməkdaşlıq vurğulanaraq, Alyansın beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında oynadığı rol yüksək qiymətləndirilib.

Söhbət zamanı, tərəflər arasında mövcud davamlı və məzmunlu siyasi dialoqun əhəmiyyəti vurğulanaraq, bildirilib ki, Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfərləri, NATO-nun sabiq Baş katibi Yens Stoltenberqin 2024-cü ildə Azərbaycana səfəri, aparılan danışıqlar və müntəzəm təmaslar tərəfdaşlığa yeni dinamika gətirib və bu addımlar siyasi dialoqun intensivliyinin göstəricisi kimi qiymətləndirilib. Azərbaycanın NATO üçün etibarlı və öhdəliklərinə sadiq tərəfdaş olduğu qeyd edilərək, ölkəmizin Alyansın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyəti, regional nəqliyyat-logistika mərkəzi kimi əhəmiyyəti vurğulanıb. Görüşdə daha sonra Azərbaycanın Alyansın enerji təhlükəsizliyinə verdiyi töhfə diqqətə çatdırılaraq, bildirilib ki, ölkəmiz hazırda NATO üzvü olan 10 dövlətə və 2 tərəfdaş ölkəyə təbii qaz tədarük edir ki, bu da enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə xüsusi əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, məhz Azərbaycan sülh təşəbbüsü ilə çıxış edib, Vaşinqton Sammitindən sonra Ermənistanla əməkdaşlığın irəlilədilməsi üzrə ardıcıl və praktik addımlar atıb. NATO Baş katibinin müavini Radmila Şekerinska Alyansın Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini və tərəflər arasındakı sıx siyasi dialoqu yüksək qiymətləndirdiyini bildirərək, bu münasibətlərin yeni Tərəfdaşlıq Proqramı çərçivəsində daha da dərinləşəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanın NATO ilə əməkdaşlığa və Alyansın üzv ölkələrinin enerji təhlükəsizliyinin təminin olunması istiqamətində verdiyi mühüm töhfələrə görə təşəkkürünü çatdırıb və tərəfdaşlığın gələcəkdə də uğurla davam edəcəyini vurğulayıb. Baş katibin müavini Azərbaycan və Ermənistan arasında sülh və münasibətlərin normallaşdırılması üzrə proses ilə bağlı təbriklərini çatdırıb. Söhbətdə Milli Məclislə NATO Parlament Assambleyası arasında əlaqələrin əhəmiyyəti qeyd olunub, gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.


Son xəbərlər

Konfrans Liqası: “Trabzonspor” qələbə qazanıb, "Ayaks" məğlub olub

Eyni serialda rol alacaqlar

✍ Sevil Azadqızı : MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRICI TƏSİRİ

“Ona zəng etdim, qan tökülməsi dayandı” - Netanyahu

Sel suları Alişanın evini də basdı - Foto

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏN KİMƏM? - FOTO

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib - FOTOLAR

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031