Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, söhbət zamanı Marta Kosun ötən il Azərbaycana, o cümlədən Qarabağa səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı. Marta Kos işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin onda dərin təəssürat hissi yaratdığını bildirdi.

Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Eyni zamanda, enerji, regional nəqliyyat bağlantıları, humanitar minatəmizləmə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunuldu.

Marta Kos Avropa İttifaqının Azərbaycanın humanitar minatəmizləmə sahəsində fəaliyyətinə, həmçinin Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazır olduğunu qeyd etdi.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu vurğulandı və bu istiqamətdə fikir mübadiləsi aparıldı.

Son xəbərlər

Pentaqon İrandakı qızlar məktəbinə edilən hücumla bağlı məlumat təqdim edəcək

SORĞU: 2027-ci il prezident seçkiləri – fransızlar kimə səs verə bilər?

BƏƏ-li həmkarı Ceyhun Bayramova zəng etdi

"Get, başqa yerdə..." - Millət vəkilindən türkiyəli deputata

Səfir aparıcının bu sualından yayındı

“Səni hər zaman güldürəcəyəm...” - FOTOLAR

Putin Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib

Peşə liseyinin müəllimi vəfat etdi

Ağ Ev İranın “qeyd-şərtsiz təslim olma” tələbinin detallarını açıqladı

QIZBƏS QƏBƏLƏ : Kormusan, gözün görmür bu boyda həqiqəti ? - FOTO

ƏFŞAN YUSİFQIZI : Beynimdə bir mövzu var, nə şeir olur, nə hekayə, çırpınır hələki....

Cüdoçumuz Qran-Pri qalibi oldu

ABŞ İrana qarşı əməliyyatın 4-6 həftə davam edəcəyini ehtimal edir

İki Azərbaycan diplomatı İrandan təxliyə edildi - Foto

Şəhid analarının iştirakı ilə iftar süfrəsi təşkil olunub - FOTOLAR

Azərbaycanda məhkəmə hakimi vəfat etdi

Kolumbiya Azərbaycanla həmrəylik ifadə etdi

MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq

Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi

Gözlənilməz təhlükə: Mavi işıq dərini sürətlə qocaldır

Açıq-saçıq və qanunsuz paylaşımlara qarşı ciddi nəzarət BAŞLAYIB

Trampla görüşü qalmaqala səbəb oldu

Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı

Qadınlar ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər - FOTOLAR

Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı

Trampdan İrana sərt xəbərdarlıq - “Yanlız bir şərtlə”

Lüks avtomobili və bahalı çantası ilə gündəm oldu - Fotolar

SEVİNC YUNUSLU : Mənim tək ağlada bilməzsən heç kimi - FOTO

Bütün xəbərlər
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031