Yanvarın 11-i Dünya Qoruqlar və Milli Parklar Günüdür.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim günü 1997-ci ildən etibarən Ümumdünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə Dünya Qoruqlar və Milli Parklar Günü kimi qeyd olunur.

Bu günün keçirilməsində məqsəd biomüxtəlifliyin, təbii ekosistemlərin qorunmasında və planetin rifahının təmin edilməsində milli parklar və qoruqlar kimi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyətini vurğulamaqdır.

Qeyd edək ki, hazırda Azərbaycanda 913342,17 hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 12-si milli park, 9-u dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,55, ayrılıqda milli parklar 5,30, dövlət təbiət qoruqları 1,19, dövlət təbiət yasaqlıqları isə 4, 05 faizini təşkil edir.

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3 min 500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir. İlk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğu, ilk milli park isə 2003-cü ildə yaradılmış akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkıdır. Son olaraq 2025-ci il iyulun 14-də İlisu və Axar-Baxar milli parkları yaradılıb.

Xüsusi mühafizə olunan təbiət ərazilərindən Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Laçın, Qubadlı, Daşaltı, Arazboyu dövlət təbiət yasaqlıqları işğaldan azad edilmiş ərazilərdə yerləşir. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə həmin təbiət ərazilərinə ciddi ziyan vurulub. Lakin torpaqlarımız işğaldan azad ediləndən sonra həmin ərazilərdə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin də bərpası istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, bu gün ölkə ərazisindəki bütün milli parklarda “Açıq qapı” günü elan olunub. “Açıq qapı” günündə ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.

Son xəbərlər

Konfrans Liqası: “Trabzonspor” qələbə qazanıb, "Ayaks" məğlub olub

Eyni serialda rol alacaqlar

✍ Sevil Azadqızı : MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRICI TƏSİRİ

“Ona zəng etdim, qan tökülməsi dayandı” - Netanyahu

Sel suları Alişanın evini də basdı - Foto

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏN KİMƏM? - FOTO

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib - FOTOLAR

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031