Vəhdət Partiyasının şöbə müdiri İlham Şahverdiyev

Prezident İlham Əliyevin verdiyi müsahibə ölkəmizdə və regionda baş verən proseslərə aydın baxış ortaya qoyur. Əminliklə demək olar ki, bu müsahibə Azərbaycanın bu gün harada olduğunu və hara doğru getdiyini aydın şəkildə göstərir.

Prezident həm daxili, həm də xarici siyasətlə bağlı mühüm məsələlərə toxunaraq görülən işlər və qarşıda duran məqsədlər haqqında ətraflı məlumat verdi.

Qürurverici haldır ki, Prezident İlham Əliyevin apardığı siyasət beynəlxalq aləmdə də müsbət qiymətləndirilir. Bir çox ölkələrin dövlət başçıları və siyasi dairələri Azərbaycanın balanslı və düşünülmüş siyasətini təqdir edirlər.

Azərbaycan heç bir tərəfin maraqlarına alət olmadan, yalnız öz milli maraqlarına əsaslanan siyasət yürüdür. Bu yanaşma ölkəmizi etibarlı tərəfdaş kimi tanıdır.

Müsahibədə iqtisadi məsələlərə xüsusi yer ayrılıb. Prezident bildirib ki, Azərbaycanın maliyyə ehtiyatları xarici borcumuzdan dəfələrlə çoxdur. Xarici borcun ÜDM-də payı isə tarixdə ən aşağı səviyyədədir.

Bu, ölkəmizin iqtisadi baxımdan tam müstəqil olduğunu göstərir. Dövlət sosial sahəyə, müdafiəyə və Qarabağın bərpasına ayrılan vəsaiti azaltmır. Əksinə, bu sahələr daim diqqət mərkəzində saxlanılır.

Prezident müsahibəsində hərbi məsələlərə də toxunub. O qeyd edib ki, Azərbaycanın müdafiə qabiliyyəti ildən-ilə gücləndirilir, yerli hərbi sənaye inkişaf edir və ordumuz müasir texnika ilə təmin olunur. Bu isə ölkəmizin təhlükəsizliyinin etibarlı şəkildə qorunmasına xidmət edir.

Xarici siyasət sahəsində əsas mövzulardan biri də sülh məsələsi olub. Azərbaycan və Ermənistan arasında ABŞ-da əldə olunmuş razılaşma Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasına töhfə verir.

Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan güclü, müstəqil və gələcəyə inamla baxan dövlətdir. Aparılan siyasət ölkənin inkişafına, xalqın rifahına və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.

Son xəbərlər

Rəsul Rza zirvəsi... - FOTO

Sabah Bakıda 25 dərəcə isti olacaq

Sabah bütün pensiyalar tam ödəniləcək

ABŞ daha bir ölkə ilə müharibəyə hazırlaşır

Onlara 271 min reabilitasiya vasitəsi verildi

Xankəndi, Ağdərə və Xocalıda 21 689 hektar ərazi minalardan təmizlənib

Şuşa-Xankəndi kanat yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ AÇIQLAMA

Doktorant olmaq istəyənlər üçün sənəd qəbulu başladı

Viral olan görüntüsünün sirrini açıqladı - Fotolar

“Çukur”dan sonra yolları yenidən kəsişdi

İllərdir gizlətdiyi xəstəliyini açıqladı

Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edəcək

Azərbaycan neftinin qiyməti 118 dolları keçib

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib

Kuba Prezidenti ABŞ-nin yeni sanksiyalarını cinayət adlandırıb

Pentaqon ABŞ-Kanada müdafiə şurasının fəaliyyətini dayandırır

WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

Ata qızını öz məzarını qazmağa məcbur edib və öldürüb

ABŞ Rusiya neftinin tədarükünü iyunun 17-dək sanksiya siyahısından çıxarıb

Türkiyədə silahlı hücum: həm həyat yoldaşını, həm də küçədəki adamları öldürdü

İlon Mask “OpenAI”yə qarşı məhkəməni uduzdu

Şakira İspaniya hökumətinə qalib gəldi - 70 milyon dollarını qaytaracaq

Onların gözü yüksəklərdədir... - Rekordlarını təzələdilər

Əzizə Ağahüseynqızı : Vətəndi, obadı, eldi yasəmən - FOTO

Azərbaycan pavilyonu “Urban Expo” sərgisində fəaliyyətə başladı

“İqlim və mənzil dayanıqlığı: gender perspektivindən baxış” adlı tədbir keçirildi - FOTOLAR

İranla danışıqlarda güzəştə hazır deyiləm - Tramp

Prezident 15 əsr əvvəl çəkilmiş kanalizasiya sistemini nümunə göstərdi

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031