Xəbərlər
14.12.2025, 22:13
Allah nur üzlü şəhidimizə rəhmət eləsin, məkanı cənnət olsun - FOTOLAR
Turaztv.az təqdim edir.
14.12.1956 – 14.12.2025
Dərin hüznlə yad edirik.
Şəhid Sərhəd Zöhrabbəyov 1956-cı ilin dekabr ayının 14-də Azərbaycan Respublikasının Qusar rayonunun Yasab kəndində ləzgi ailəsində anadan olmuşdur. Yasab kənd orta məktəbini bitirdikdən sonra 1979-cu ildə Gəncə Kənd Təsərrüfatı Akademiyasının aqronomiya şöbəsini bitirmişdir.
Əmək fəaliyyətinə Bərdə rayonunda başlamış, «Komsomol», «Kalinin», «Cəfər Cabbarlı» adına kolxozlarda baş aqronom, idarə heyətinin sədri, meşə-kənd təsərrüfatı idarəsinin müdiri vəzifələrində çalışmışdır.
Sərhəd Zöhrabbəyov son iş yerindən könüllü olaraq vətən çağırışına qoşulmuş, Bərdə hərbi batalyonunun qərargah rəisi olmuş, döyüşlərdə yüksək qəhrəmanlıq göstərmişdir. O, 24 avqust 1992-ci ildə Dranbom uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidimizin məzarı Qusar rayonunun Yasab kəndindədir.
Birinci dərəcəli idmançı, cəsur döyüşçü Sərhəd Zöhrabbəyovun ailəsi — həyat yoldaşı Etibar xanım, oğlu Zöhrab və qızı Reyhanə hazırda Bərdə şəhərində yaşayırlar.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 1994-cü il tarixli əmri ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Bərdə və Qusar rayonlarında küçələrdən biri onun adını daşıyır.
Allah nur üzlü şəhidimizə rəhmət eləsin, məkanı cənnət olsun.
Vaqif Məhəmməd Oğlu

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay