Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Sərəncamda vurğulanır ki, Konstitusiyanın bəyan etdiyi əsas məqsədlərdən biri olan dövlətimizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası artıq təmin olunub. 2025-ci ilin Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu, həmçinin Vətən müharibəsində Zəfərimizin 5-ci ildönümünə təsadüf etməsi bu ili dövlətçilik tariximizdə xüsusi mərhələyə çevirir.

Bu kontekstdə Prezident Kitabxanası “Konstitusiya və Suverenlik İli” çərçivəsində öz töhfəsini vermək məqsədilə ötən ilin sonlarından “Konstitusiya və Suverenliyin Zəfəri” adlı yeni elektron informasiya resursunun hazırlanmasına başlayıb və layihəni Azərbaycan, ingilis və rus dillərində tamamlayaraq ictimaiyyətin istifadəsinə təqdim edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, resurs tədqiqatçılar, eləcə də müasir siyasi-tarixi proseslərlə maraqlanan geniş oxucu auditoriyası üçün etibarlı, sistemləşdirilmiş və əlçatan mənbə kimi nəzərdə tutulub.

Prezident Kitabxanasının hazırladığı “Konstitusiya və Suverenliyin Zəfəri” elektron informasiya resursu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə həyata keçirdiyi fəaliyyətini sistemli şəkildə və xronoloji ardıcıllıqla əks etdirir. Resurda toplanmış rəsmi sənədlər və informasiya materialları bir neçə etibarlı mənbədən seçilərək vahid elektron platformada cəmlənmişdir. Layihənin əsas məqsədi Prezident İlham Əliyevin 27 sentyabr 2020-ci ildən 20 sentyabr 2023-cü ilədək Zəfər tariximizin formalaşmasında və suverenliyimizin tam təmin edilməsində gördüyü işləri və atdığı addımları, habelə onun daxili və xarici siyasətdə verdiyi qərarları geniş ictimaiyyətə dolğun, ardıcıl və sistemli informasiya şəklində təqdim etməkdir.

İnformasiya resursunun strukturu hadisələrin gedişinə və məzmununa uyğun olaraq üç əsas dövr üzrə qurulub: “İşğala son qoyulması” (26 sentyabr 2020 – 11 dekabr 2022), “Ərazi bütövlüyümüzün bərpası” (12 dekabr 2022 – 18 sentyabr 2023), “Suverenliyimizin tam təmin edilməsi” (19–20 sentyabr 2023 – 12 iyun 2024).

Hər bir dövrə aid materiallar zaman ardıcıllığı baxımından 9 alt bölmədə təqdim olunur və hər bölmə üçün ayrıca “Xülasə” hazırlanıb. Bu struktur istifadəçilərə həm ümumi tarixi mənzərəni izləmək, həm də konkret tarix və hadisələr üzrə dəqiq məlumat əldə etmək imkanı verir, resursu tədqiqat, tədris və maarifləndirmə baxımından funksional və praktik bir alətə çevirir.

“Konstitusiya və Suverenliyin Zəfəri” elektron informasiya resursuna bu link - https://sovereignty.preslib.az/az

vasitəsilə daxil olmaq mümkündür.

Prezident Kitabxanasının təqdim etdiyi bu elektron resurs müasir dövlətçilik tariximizin əsas mərhələlərini sənədləşdirərək Azərbaycan Konstitusiyası, ölkənin ərazi bütövlüyü və suverenliyi ilə bağlı materialların öyrənilməsi üçün etibarlı istinad mənbəyi rolunu oynayır.

Son xəbərlər

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31