
Xəbərlər
4.11.2025, 17:25
Avropa Komissiyası: Gürcüstanın Aİ-yə daxil olması prosesi dayanıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi faktiki olaraq dayanıb.
Bu barədə Avropa Komissiyasının press-relizində bildirilib.
Avropa Komissiyası Gürcüstan hökumətini siyasi kursunu dəyişməyə və Aİ-yə qoşulma yoluna dönməyə çağırıb.
"Avropa Komissiyası Gürcüstanı yalnız nominal olaraq üzv ölkə hesab edir. 2024-cü ildən ölkədə vəziyyət kəskin şəkildə pisləşib, qanunun aliliyinin sürətlə sarsılması və fundamental hüquqlara ciddi məhdudiyyətlər ilə müşayiət olunan ciddi demokratik geriləmə müşahidə olunub" , - məlumatda deyilir.
Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










