MƏĞRUR KİŞİ
Arif və aqil ziyalı Arif Həsənovun 70 illik yubileyinə


Özümü dərk edib yaxşını yamandan, xeyiri şərdən seçməyə başladığım andan eldə-obada həmişə böyüyə hörmət görmüşəm. “Allahsız yerdə otur, böyüksüz yerdə oturma” deyimi sanki mənim həyat devizimə çevrilib. Bircə kəlməsi qanlar yatıran, dəyərli məsləhətləri və xeyir-duaları ilə cavanların yoluna nur çiləyən el ağsaqqallara, hər kəlməsi alqışla başlayıb alqışla da bitən
ağbirçəklərə hər yerdə böyük sayğı göstərildiyinin, məclislərdə yuxarı başda əyləşdirildiklərinin şahidi olmuşam.


Həyatda rastlaşdığım, bəziləri ilə yaxından münasibətdə olub tez-tez ünsiyyət qurduğum, bu gün isə tarixə çevrilərək yaddaşlara hopan ağsaqqallar çox olub. Özü də onlar təkcə mənim yox, el-obada hər kəsin yaddaşında müdriklikləri, xeyirxahlıqları və alicənablıqları ilə əbədiləşiblər. Mən də onların xatirəsini həmişə əziz tutmuş, imkan olduqca onlardan bəziləri barədə bədii oçerklər yazmışam. Əslində bunu özümə bir mənəvi borc saymışam. Hesab etmişəm ki, xeyirxah əməlləri ilə yolumuza nur çiləyən, hər zaman bizi düzlüyə, sədaqətə, etibarlı olmağa, yurdu sevməyə, haqqı nahaqqa qurban verməməyə çağıran, daha doğrusu, bu keyfiyyətləri tərbiyə edən, bəzən hətta heç bir təhsilləri olmasa belə, həyat məktəbinin ən böyük müəllimləri olan bu insanlar üzərimizə həm də böyük məsuliyyət qoyublar. Bu məsuliyyətin tərkib hissəsinin biri də məhz onları unutmamaq, qədirlərini bilmək, tarixdən gələn varislik ənənəsini yaşatmaqdır. Və bu gün haqlı bir qürur hissi duyuram ki, nəşr olunmuş kitablarımın demək olar ki, çoxunda el ağsaqqallarına həsr etdiyim yazılarım özünə yer tapıb. Hər dəfə bu kitabları əlimə alıb yenidən nəzərdən keçirəndə hesab etmişəm ki, onların xeyir-duası bu gün də mənimlədir.

Bu sətirləri yazmazdan əvvəl İsmayıllı rayonunun Basqal kəndində dünyaya göz açmış, bu gün isə Suraxanı rayonunun Hövsan kəndində ömrünün 101-ci payızını qarşılayan Müseyib Bayramovla görüşdən qayıtmışam. Həmyerlim Hacı İlqar Hüseynovla onun 101 illik mənəvi dünyasına qısa səyahət etdik, keçmişimizi araşdırdıq, bu günümüzlə müəyyən müqayisələr apardıq. Müseyib dayının dadlı, duzlu söz-söhbətindən doymaq olmur. Həyat hadisələrini elə dolğun şərh edir, xatirələri elə çözələyir ki, onun 101 yaşını unudursan. Elə hesab edirsən ki, haradasa 60-70 yaşlı ağsaqqalla söhbət edirsən. Bəli, növbəti bazar günümü – istirahətimi Müseyib Bayramova həsr etdim və buna peşman da deyiləm.
Gəncəbasarın ağır ellərindən olan Tovuzda dünyaya göz açmış, bu gün isə gündən-günə çiçəklənən Bakıda yaşayan, ömrünün 70-ci baharına əlvida deyən, söz-söhbətlərindən doymaq bilmədiyim, əməlləri xeyirxahlıq və nəcibliklə dolu Arif Həsənov barədə yazıram. Həmişə savadı, təhsili ilə öyünən və bunu əməllərində sübut edən Arif müəllim özünün dediyinə görə, Bakı Dövlət Universitetinin Tarix fakültəsini qurtarıb, həmişə qrup yoldaşlarından seçilib, fərqlənib. Bütün bunlarla yanaşı, bacarığı, iti ağlı və dərin zəkası, ən başlıcası isə qoçaqlığı, qorxmazlığı, cəsarəti ilə tanınıb. O, həmişə şirin xatirələri danışdıqca heyranlığımı gizlətməmişəm.

Həyatının ən qaynar, enerjili vaxtı keçmiş SSRİ illərinə təsadüf edib. Özünün alın təri, halal zəhməti ilə həm ailələrinə dayaq olub, həm də övladlarını böyüdüb ərsəyə çatdırıb. Üzərinə düşən hər işə vicdanla, məsuliyyətlə yanaşıb. Bu səbəbdən də el-obada alnıaçıq olub, qürurla gəzib. Onu seviblər, hörmət ediblər. Çünki o, səhər işə gedib, axşam evə dönməklə işini bitmiş hesab etməyib. Elin xeyir-şərində fəal olub, kəndin daha da irəli getməsi, inkişafı işlərində çəkilib gendən seyrçi mövqeyində durmayıb. Bu mənada onun özünün həyata keçirdiyi və yaxından iştirak etdiyi işləri sadalamaqla qurtaran deyil. Qədirbilən Qovlar kəndinin sakinləri də, həmyerliləri gördüyü işləri, zəhməti bu gün də minnətdarlıqla xatırlayırlar.
Əlinin səxavəti, alnının təri, sözünün bütövlüyü, dosta sədaqəti, el-obasına dərin məhəbbəti ona böyük hörmət qazandırıb, həmişə başını uca edib. Dedi-qodudan uzaq olub, aravuranları, söz gəzdirənləri sevməyib. Yerində dediyi bircə kəlməsi bəzən qan tökülməsinin qarşısını alıb, küsülüləri barışdırıb.
Dediyinə görə, vaxtilə Gədəbəydə hüquq mühafizə orqanlarında da fədakarlıq göstərib, çalışdığı sahədə ad-san qazanıb və bu gün də gədəbəylilər onun xeyirxahlığından ağızdolusu danışırlar. Bakıda çalışdığı müxtəlif sahələrdən söz açmalı, yazmalı olsaq, bir kitab belə bəs etməz. Mən isə onu bir insan, ziyalı kimi xarakterizə etmək istəyirəm. Harada çalışmasından asılı olmayaraq daim işgüzarlığı və prinsipiallığı ilə seçilən A.Həsənov tabeliyində olanlara qarşı tələbkarlığı ilə yanaşı, həssaslığı, qayğıkeşliyi, səmimiliyi ilə də seçilmiş, xeyirxahlığı ilə yaddaşlara hopub. Onun çoxuna örnək ola biləcək natiqlik qabiliyyəti, elmi erudisiyası bu gün də dillərdə danışılır. Həmişə səliqəli geyindiyini, şux yeriməsini görmüşəm. Onun səliqə-səhmanı sanki haqdan gəlib. El-oba hörməti, ümumxalq məhəbbəti hər kişiyə nəsib olmur. Tək-tək adamlar hələ sağlığında ikən insanların könlündə özünə yuva qurur, ölməzlik statusu qazanırlar. Özü daim təvazökarlıq etsə də, bu, bir faktdır ki, o, belə nadir kişilərdəndir.

Hər dəfə ağsaqqal haqqında yazını qələmə alarkən məşhur Çin filosofu, eramızdan əvvəl VI əsrdə yaşamış Lao Tsizin sözləri yadıma düşür: “Kim adamları tanıyırsa, arifdir. Özünü tanıyırsa, aqildir. Adamlara qalib gəlirsə, güclüdür. Özünə qalib gəlirsə, qüdrətlidir. Biliyi çoxdursa, dövlətlidir. İnadkardırsa, iradəsi var. Təbiətini dəyişirsə, uzunömürlüdür. Öləndən sonra unudulmursa, deməli, ölməzdir”.
Bəli, haqqında həvəslə və maraqla yazdığım Arif müəllim də həqiqətən arifdir, aqildir. Böyük iradə sahibi olduğundan həyatda hər şeyə qalib gələ bilib. Çünki qüdrətlidir. Elə bu səbəblərdəndir ki, ölməzliyi bu həyatda qazanıb, Lao Tsizin demiş, ölməzdir. Ölməzdir ona görə ki, o, sözün əsl mənasında, müəllimdir.
Qədim yunan şairi Homerin “İliada” poemasında əsərin qəhrəmanlarını tərənnüm edən fikirlər arasında belə birisi diqqəti çəkir: “Nə vaxtsa onların müasirləri barədə danışanda deyəcəklər ki, bu adam Axillesin dövründə, Hektorun zəmanəsində yaşayıb”...
Tarix üçün bir insan ömrü dəryada bir damcı qədər kiçik zaman kəsiyidir. Ancaq doğrudan da elə insanlar var ki, adları tarixin səhifələrinə qızıl hərflərlə düşür və bəzən həmin səhifənin sərhlövhəsinə çevrilir. Dolayısı ilə, müasirlərinin də adlarını tez tapmaq, asan tapmaq üçün orientirə çevrilir, yol göstərən mayak olur. Düşünürəm ki, müəllimlərin məhz belə qəhrəmana çevrilmək üçün şansları daha böyükdür. Çünki onların saldıqları iz həmişə canlıdır, daim mütəhərrikdir. Arif müəllim də həm də müəllim kimi xalqa xidmət edib, balalarımızın savadlanması üçün gözünün nurunu, qəlbinin istisini əsirgəməyib. Həyatda qoyduğu izlər bu gün də müqəddəsdir. Həmin ləpirlər yetirmələrinin addımları ilə daha da dərinləşir, aydınlaşır. Arif müəllim şanslıdır ona görə ki, missiyası başqalarına yol göstərmək olub. Cəmiyyət ona öz müasirlərini inandırmaq, təlim-tərbiyə etmək, öyrətmək səlahiyyəti verib.

Belə bir şansdan yetərincə yararlanıb adını bir elin “Şərəf kitabı”na qızıl hərflərlə yazdıran şəxslərdən biri də məhz bu cür keyfiyyətləri ilə hələ sağlığında yaddaşlara hopan Arif müəllimdir. Əsl müəllim dedikdə isə ixtisası üzrə yüksək elmi-nəzəri hazırlığı olan, öyrətmə ustalığı ilə fərqlənən, geniş dunyagörüşü, mədəni və intellektual səviyyəsi, ziyalılığı, ədalətliliyi və obyektivliyi, ləyaqəti, mənəvi saflığı, vətəndaş təəssübkeşliyi, vətənpərvərlik ruhu ilə nümunə olan, cəmiyyətdə nüfuzu olan, həmkarlarının, şagirdlərinin rəğbətini qazanan yetkin gənclərin meydana çıxmasına öz nəticələri ilə nail olan, şagirdinə insanlığı öyrədən, həyatı sevdirən, onu vətəndaş amallarına çatdıran müəllim başa düşülür.
Sevinirəm ki, yetirmələrinin şöhrəti hər tərəfə yayılan, xoş soraqları ölkəmizin hüdudlarından cox-çox kənarlardan gələn Arif müəllimin müasiri olmaq xoşbəxtliyi, onun barəsində söz
demək qisməti mənə də nəsib oldu. Tanıdığım dövrdən indiyədək onun qayğısını mən də daim öz üzərimdə hiss etmişəm, məsləhətlərindən faydalanmışam...

… İllər keçəcək, 70 80 olacaq, 80 90 olacaq, 90 100 olacaq, qalanını isə özü bilər. Və mən inanıram ki, onun haqqında bu illərdə hələ çox danışılacaq, çox yazılacaq. Elə bu inamla da mən bu yazını hələlik burada bitirir və onun dostları Cəmilin, Vidadinin, Rahibin, Emilin, Pünhanın, Elimxanın adından deyirəm: “Əziz Arif müəllim, biz sizi, xətrinizi çox istəyirik. Sizə cansağlığı arzulayırıq. Arzumuz budur ki, nəvələrinizin iştirak etdiyiniz toylarına bizi də dəvət edəsiniz və illər sonra bir də o məclislərdə görüşək, sizə gözaydınlığı verək. Məncə, sizin üçün hazırda bundan böyük arzu ola bilməz!”
Və 75-də, 80-də… görüşmək diləyilə…


Aman Allah, gül açacaq daş bu gün,
Əziz dostum, yubileyin mübarək!
Ümidlərin çiçək açır bax, bu gün,
Yerin, göyün, asimanın mübarək!


Sözü baldı, dili baldı, ay Allah,
Hər kəlməsi xoş xəyaldı, ay Allah!
Axtarıram, Arif müəllim hardadı,
Tac qoyası ay sultanım, mübarək!

Mən həsrətin əzabını görmüşəm,
Mən ağrıdan qəlbə çələng hörmüşəm.
Yubileyə hədiyyə ilə gəlmişəm,
Arif müəllim, yubileyin mübarək!


Ay Daşdəmir, həsrət bitər, nə yaxşı,
Bağçanızda güllər bitər, nə yaxşı.
Arzularım sənə yetər, nə yaxşı,
Xoş diləklim, əziz dostum, sən də de:
Bu şad günüm, yubileyim mübarək,
70 yaşım, 70 ilim mübarək!

Son xəbərlər

Sabah yağış yağacaq

Bakıda marketlərdən oğurluq edən 5 nəfər saxlanıldı

Baş məşqçi olub tarixə düşdü

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

Bayramlarını belə qeyd edirlər - Fotolar

“Bavariya” 54 illik rekordunu yenilədi

Londonda etiraz aksiyası zamanı 500-dən çox şəxs saxlanılıb

Hörmüz boğazını keçmək istəyən iki boş supertanker geri dönüb

"Öyle bir geçer zaman ki"nin aktyoru yeni serialda - FOTO

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb, bəzi yataqlarda işlər davam edir

Salyanda avtomobil aşıb, qadın sərnişin ölüb - YENİLƏNİB

FHN: Üç ton ərzaq və gündəlik tələbat malları Qubanın Qonaqkənd kəndinə çatdırılıb

Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava

“Qəbələ” “İmişli”yə, “Turan Tovuz” “Sumqayıt”a qarşı

İstanbulda əyləncə məkanlarına basqın - Məşhurlar saxlanıldı

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür

FHN bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib

Xəzər dənizində zəlzələ olub

VAQİF VÜQAR : Ruhunuzu öyrətməyin qəribliyə...

Pravoslav xristianları Pasxa bayramını qeyd edir

Bu gün 53 minə yaxın şagird buraxılış imtahanı verəcək

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Yer kürəsində qəribə proses başlayıb - Yuxusuzluq və qulaqlarda cingilti yaradır

Dağıstanda iki kəndin sakinlərinə bənd uçması təhlükəsi səbəbilə kəndləri boşaltmaq tövsiyə olunub

Gürcüstandan olan soydaşımız Şimali Makedoniyada keçirilən turnirdə qızıl medal qazanıb

SÖZ VƏ SƏMİMİYYƏT ADAMI -Pünhan İSMAYILLI - 60 - FOTOLAR

Halımızı idarə edənlər...

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930