Xəbərlər
1.08.2025, 23:45
QIZBƏS QƏBƏLƏ : MƏDƏN ATLARI - FOTO
MƏDƏN ATLARI
(1972-ci ilə qədər dünyada olan kömür mədınlərində kömür arabalarının daşınmasında mədən atlardan istifadə olunurmuş.)Yerin kor-qaranlıq dərinliyində.
Onlar da insantək bir işçi idi.
His qoxan,dar kömür mədənlərində,
Dolmuş arabanı dartıb-çəkirdi.
Qaranlıq dünyaya olaraq məhkum,
Onlar heç bilməzdi gün-işıq nədir.
Çiçəkli dağlardan qalmışdı məhrum,
Bu yazıq atlara bir işgəncədir.
Udmayıb illərlə təmiz havanı,
Gülşən yaylaqları görməzdi onlar.
Mədəndə çarəsiz neçə heyvanı,
Əsir eyləmişdi cahil insanlar.
Ancaq siz çox müti bilməyin dostlar,
O yorğun, zəhmətkeş mədən atını.
İnsantək anlaylb, bilirdi onlar,
Öz heyvan haqqını-hüquqlarını.
Çəkdirə bilməzdi onlara kimsə,
Artıq yüklənilmiş arabaları.
İşin öz zamanı vaxtı bitincə,
İşlətmək olmazmış həmin atları.
Azadlıq qazanır bir gün o atlar.
Çıxır yer üstünə Rubin adlı at.
Demək ki, dünyada ədalət də var,
Əzablarla dolu olsa da həyat.
Rubunin şəninə deyib alqışlar,
Ellər tamaşaya gəlirlər onu.
Nə gözəl,fərəhli bitdi a dostlar,
Bu gün hekayımin axırı-sonu.
Onlar da insantək bir işçi idi.
His qoxan,dar kömür mədənlərində,
Dolmuş arabanı dartıb-çəkirdi.
Qaranlıq dünyaya olaraq məhkum,
Onlar heç bilməzdi gün-işıq nədir.
Çiçəkli dağlardan qalmışdı məhrum,
Bu yazıq atlara bir işgəncədir.
Udmayıb illərlə təmiz havanı,
Gülşən yaylaqları görməzdi onlar.
Mədəndə çarəsiz neçə heyvanı,
Əsir eyləmişdi cahil insanlar.
Ancaq siz çox müti bilməyin dostlar,
O yorğun, zəhmətkeş mədən atını.
İnsantək anlaylb, bilirdi onlar,
Öz heyvan haqqını-hüquqlarını.
Çəkdirə bilməzdi onlara kimsə,
Artıq yüklənilmiş arabaları.
İşin öz zamanı vaxtı bitincə,
İşlətmək olmazmış həmin atları.
Azadlıq qazanır bir gün o atlar.
Çıxır yer üstünə Rubin adlı at.
Demək ki, dünyada ədalət də var,
Əzablarla dolu olsa da həyat.
Rubunin şəninə deyib alqışlar,
Ellər tamaşaya gəlirlər onu.
Nə gözəl,fərəhli bitdi a dostlar,
Bu gün hekayımin axırı-sonu.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











