Prezident və xanımı Şuşada məscid açılışında - Fotolar+Yenilənib

Mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və “PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verib.

Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub.

Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub. İkimərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək.

Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilib. İşğal dövründə dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir.

Dövlət başçısına və birinci xanıma “Daşaltı kəndinin yenidən qurulması layihəsi” çərçivəsində görüləcək işlər barədə də məlumat verildi. Bu layihə yerli memarlıq irsinə sadiqlik, ekoloji davamlılıq və müasir turizm infrastrukturu ilə kənd həyatını birləşdirir. Ümumi sahəsi 65 hektara yaxın olan Daşaltı kəndində 80 otaqlı 5 mərtəbəli hotel binası, kotteclər, ticarət və ictimai obyektlər, o cümlədən, informasiya mərkəzi, sərgi binası, emalatxana inşa ediləcək. Layihəyə əsasən təbiət və tarixlə vəhdət təşkil edən, geniş turizm imkanları olan kənd məkanının yaradılması nəzərdə tutulur.

Daşaltı kəndinin rekreasiya zonası təbiətə minimal müdaxilə prinsipi ilə layihələndirilib və təbiətsevərlərin ətraf mühitlə daha sıx əlaqə qurmasına imkan yaradacaq. Layihə müxtəlif yaş qrupları və maraqlara uyğun fəaliyyətləri özündə birləşdirir, həmçinin funksionallıq, sakitlik və macəra arasında tarazlıq yaradaraq, nadir istirahət təcrübəsi təqdim edir.










Son xəbərlər

Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb

BİZİM TƏQVİM: 15 mayda baş vermiş tarixi hadisələr

Misir XİN rəhbəri: Fələstin problemi həll edilmədən Yaxın Şərq sabit olmayacaq

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

“Bolonya” “Milan”ı məğlub edərək İtaliya Kubokuna sahib çıxıb

Braziliya Prezidenti Ançelottinin yığmaya keçməsini tənqid etdi

ABŞ dövlət katibi Türkiyəyə GƏLDİ

Kral sarayda bunları qadağan edib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

KİV: Zelenski danışıqlar üçün Türkiyəyə gedib

Xatirələrdə yaşayan doktor Əflatun Bayramov - FOTO

Axtarışa verilən Hüseyndən açıqlama - FOTO

Putin İstanbula onları göndərir - RƏSMİ

40 gündür axtarılan Aytacın meyiti tapıldı

Konstitusiya Məhkəməsindən yeni qərar

"Qalatasaray" Türkiyə Kubokunun qalibi olub

Qarsda “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirilib

Cəlal Bərgüşadın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTOLAR

ABŞ və Qətər 1,2 trilyon dollarlıq saziş imzalayıb - YENİLƏNİB

Çempion olan "Sabah"ın baş məşqçisi: "Komanda üzvlərinə çəkdikləri əziyyətə görə təşəkkür edirəm"

Keçmiş prezidentə 15 il həbs cəzası verildi

İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri” başa çatıb - FOTOLAR

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi aşağı salınıb

Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - FOTO

BELA ZƏNGİBASARLI : ƏQİDƏMDƏN DÖNMƏRƏM - FOTO

Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün proqnozlar verir

AYNA: "Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib"

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031