XEYRULLA AĞAYEV

Şərəfli ömrünü, çoxşaxəli yaradıcılığını xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlütoxluq mənəviyyat adamlarının səciyyəvi keyfiyyətidir. Düşünürəm ki, mənəviyyat, saflıq, sadəlik və əxlaqi dəyərlər insan dünyaya göz açanda onunla birlikdə doğulur.
Həyat sürətlə ötüb keçir, bir də gözünü açırsan ki, yaşadığın illər arxada qalıb, bir an kimi ötüb keçib. Əsas odur keçdiyin yola nəzər salanda qürurlanmağa, özünə təsəlli verib ruhunu pərvazlandırmağa nələrsə olsun. Bu mənada, haqqında ürək dolusu söz aça biləcəyim dəyərli ziyalımız, bütün mükafat və titullardan ucada dayanan keyfiyyətlərə malik ləyaqətli insan, təmənnasız qələm ustası Xeyrulla Ağayev yaddaşıma, ruhuma ağ yolun bəmbəyaz müdriklik təcəssümü kimi daxil olub.


Ömrünü və yaradıcılığını xalqının firavan həyatına, dövlətimizin çiçəklənməsinə həsr etmiş, könlü tox, büllur kimi saf qələmindən keçən düşüncələri ilə yolumuza işıq salan, halallıq və dürüstlük kimi dəyərləri öz şəxsiyyətində birləşdiriən, qəlbində böyük Azərbaycan ideallarını yaşadan Xeyrulla Ağayevin şəxsiyyəti, bütövlüyü və kamilliyi haqqında böyük bir dastan yazmaq olar.
Onunla ilk tanışlığımdan bu günədək bir məqamı kəşf etmişəm. Bu adam yorulmaq bilmir, istər işləməkdən, istərsə də ağıllı, məntqili danışmaqdan, ünsiyyətdə olduğu adamlarla şirin söhbətlərindən həmişə zövq alır. Mən onu görəndə saçları qara idi. İndi isə saçları ağarıb, bəyazlaşıb. Elə bil üzündən nur yağan Xeyrullanın gözlərinin dərinliyində bir elin, obanın nisgili dayanıb, hansısa dərd içini göynədir. Həmişə onunla doğma, əziz, hətta bir ağsaqqal kimi üzləşmiş, hörmət etmişəm. Aramızda səmimi zarafatlarımız da var. Heç zaman bir-birimizdən incimirik.
Onun gözlərindən ürəyinin dərinliyi, şirin ləhcəsindən ruhunun saflığı duyulur. İçində elə ağrılar var ki, hərdən onları bir damla yaşa çevirib özünü zorla saxlayır. Onun ruhani siması qəlbimə işıq, yaddaşıma ağ yolun yolçusu kimi daxil olub.

Bir həqiqəti etiraf edim ki, bu illər ərzində çoxlu həmyerlimizlə görüşlərimiz olub. Amma Xeyrulla Dəniz (bu ifadə onun özünə məxsusdur) qədər bizə doğmalaşan, müdrik məsləhətləri ilə yolumuza işıq saçan, qayğıkeşliyi və isti nəvazişi ilə qəlbimizi ovunduran, peşəkar yazıları ilə təmsil etdiyi İsmayıllının və Bakının müxtəlif tədbirlərinə rəng qatan, xüsusən də, sədaqətli dost olmağı bacaran elə bircə o özüdür...
Xeyrulla Ağayevin qələmə alqığı hər bir məqalə və bu məqalələrin toplusu olan kitablar bu günümüz və gələcəyimiz üçün ibrət, həyat dərsidir. Həm də İsmayıllının həyatı, çalışdığı sahənin rəngarəng tədbirləri onun qələmə aldığı çoxlu məqalə və oçerklərlə, kitablarla tarixi keçmişimizə şahidlik edir.
Onun bu illər ərzində qələmə aldığı kitablar həm “Neft daşları”nda, həm İsmayıllıda, ümumən Azərbaycanda bir “Vətən guşəsi”nə çevrilib. O, həm də qələminin mürəkkəbini zəhmətkeş insanların, ziyalıların ömrünə sərf edərək ölkəmizin tarixi aəlnaməsini gələcək nəsillərə ərmağan edən fədakar qələm ustasıdır.

65 illik yubiley yaşına yazdığım “Kamil, mətin insan” adlı məqalədən bir sitat: “Doğrudan da fikirləşəndə adam hiss edir ki, bir yaşamlıq ömür payı həyatın şirinliyinə görə insan üçün çox azdır, lakin nə etmək olar, təbiətin bu hədiyyəsi ilə kifayətlənməkdən başqa hələlik özgə əlacımız yoxdur. Biz olsa-olsa yalnız fiziki və mənəvi inkişafımızı düzgün istiqamətləndirib bizə verilən ömür payını bir qədər uzada bilərik. Lakin bütün bunlar öz yerində, indi keçək məsələnin o biri tərəfinə. Ömür var çox qısa olub, xatirələrdə yaşayır, əbədiyyətə qovuşub. Ən azından ömrümüzdən ötən illərdə Xeyrulla Ağayevlə belə qısa ömürlərin şahidi olmuşuq. Nə qədər şərikli dost, sirdaş itirmişik. Ömür də var uzun olub tarixin heç bir səhifəsinə düşməyib. Amma Xeyrulla Ağayevin yaşadığı şərəfli və mənalı ömür ən azından İsmayıllının tarixinə düşəcək. Çünki onu İsmayıllıda çox istəyirlər, xətrini əziz tuturlar, nə vaxt harada görürlərsə, böyük sevgi və hörmətlə yanaşırlar. Kimə İsmayıllı ilə bağlı tutarlı bilgi lazım olursa, Xeyrullaya müraciət edir. Ona görə onu nahaq yerə “İsmayıllının ensiklopediyası” adlandırmayıblar”.
Və:
Heç kəsin qiymətin itirmir zaman,
Əbədi yaşayır qurub yaradan.
Sənə illər qədər uzun görünsün,
Ömründən sərfəsiz keçən bircə an.

Xeyrulla müəllim ismayıllılıları qələmi ilə doğma yurda – Hacıhətəmliyə bağlayan, onları xoşbəxtliyimiz naminə daha böyük işlər görməyə həvəsləndirən peşəkar jurnalistlərimizdən biridir.
Xeyrulla Ağayev mənəvi keyfiyyətləri ilə seçilən, şərəfli ömrünü fədakarlıqla vətəninin rifahına həsr edən, işıqlı qələm ustası olmaqla yanaşı, həm də nümunəvi ailə başçısıdır. O, övladlarını alnının təri, qələminin mürəkkəbi ilə yoğrulmuş halal çörəyi ilə böyüdüb.
Hazırda Xeyrulla Dəniz ömrünün ən məhsuldar çağına, həyatının 67-ci baharına qədəm qoyur. Qəlbində Vətən, yurd sevgisini daşıyır, eyni zamanda böyük ruhla, məhsuldar enerji və ona şan-şöhrət gətirən uzun illərin dostu - qələmi ilə qol-boyun gedir. Ötən illər ərzində elə bir bayram olmayıb ki, bir-birimizə xoş arzularımızı bildirməyək.
Osman Sarıvəllinin bu şeirini həmişə bizə misal çəkən Xeyrullanın özünə indi bu misraları xatırladıram:
Söz şairin ürəyində,
Zor binanın dirəyində,
Güc pələngin biləyində,
Pəhləvanın dizindədir.

Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir.

Əzizim Xeyrulla!
Uca Allahdan söz sənin ürəyində, göz açdığın Hacıhətəmlidən aldığın enerji biləyində, qoynunda böyüdüyün dağların gücü dizindədir. Günahsız insan kimi 100 yaşda da əsasız o dağlarda yaşayıb yaratmağın isə haqqındır.
Bu səni tanıyan, səninlə dostluq edən “5 qardaş”ın sadiq üzvləri Təranə xanımın, Bəhruzun, Yusifin, bu sətirlərin müəllifinin, bir sözlə, səni sevənlərin, xətrini əziz tutanların ümdə arzularıdır.
Dərin sevgi və ehtiramla;
Daşdəmir ƏJDƏROĞLU











Son xəbərlər

Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb

BİZİM TƏQVİM: 15 mayda baş vermiş tarixi hadisələr

Misir XİN rəhbəri: Fələstin problemi həll edilmədən Yaxın Şərq sabit olmayacaq

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

“Bolonya” “Milan”ı məğlub edərək İtaliya Kubokuna sahib çıxıb

Braziliya Prezidenti Ançelottinin yığmaya keçməsini tənqid etdi

ABŞ dövlət katibi Türkiyəyə GƏLDİ

Kral sarayda bunları qadağan edib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

KİV: Zelenski danışıqlar üçün Türkiyəyə gedib

Xatirələrdə yaşayan doktor Əflatun Bayramov - FOTO

Axtarışa verilən Hüseyndən açıqlama - FOTO

Putin İstanbula onları göndərir - RƏSMİ

40 gündür axtarılan Aytacın meyiti tapıldı

Konstitusiya Məhkəməsindən yeni qərar

"Qalatasaray" Türkiyə Kubokunun qalibi olub

Qarsda “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirilib

Cəlal Bərgüşadın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTOLAR

ABŞ və Qətər 1,2 trilyon dollarlıq saziş imzalayıb - YENİLƏNİB

Çempion olan "Sabah"ın baş məşqçisi: "Komanda üzvlərinə çəkdikləri əziyyətə görə təşəkkür edirəm"

Keçmiş prezidentə 15 il həbs cəzası verildi

İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri” başa çatıb - FOTOLAR

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi aşağı salınıb

Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - FOTO

BELA ZƏNGİBASARLI : ƏQİDƏMDƏN DÖNMƏRƏM - FOTO

Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün proqnozlar verir

AYNA: "Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib"

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031