Azərbaycan Milli Xalça Muzeyində “İkinci həyat” adlı xalça üzərində rəsm sərgisinin açılış mərasimi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Arts Council Azerbaijan” və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, “European Crafts Alliance” və ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə reallaşan layihənin müəllifi Sona Quliyevadır.

Tədbirdə çıxış edən muzeyin direktoru Əminə Məlikova bildirib ki, sərgidə Azərbaycanın ayrı-ayrı regionlarına aid bədii, tarixi, elmi əhəmiyyət kəsb etməyən, zədələnmiş və ya istifadəyə yararsız xalçalar üzərində peşəkar rəssamların müxtəlif janrlarda çəkdiyi 30-dan artıq rəsm nümayiş olunur.

“Bu əsərlərdə 1980-2000-ci illərdə toxunmuş ənənəvi xalçalar rəssamların özünəməxsus yanaşma tərzi əsasında yeni bədii üslublarla sintez edilərək daha da zənginləşdirilib. Təsviri sənət nümunələrində Qarabağ motivləri və ölkəmizin rəmzi sayılan nar elementləri müasir interpretasiyada təqdim edilib. Layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində məsuliyyətli istehlak və istehsal (SDG 12), iqlim dəyişikliyi ilə mübarizə (SDG 13) prinsiplərinə uyğun həyata keçirilir”, - deyə Ə.Məlikova əlavə edib.

“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov layihənin məqsədindən söhbət açıb. O, diqqətə çatdırıb ki, Azərbaycan xalça sənətinin qorunması, onun müasir incəsənət kontekstində yenidən ifadə olunması, eyni zamanda, ekoloji şüurun inkişafı, təkrar istifadənin sənət vasitəsilə təşviqi əsas məsələdir. D.Məmmədov qeyd edib ki, qarşıya qoyulan əsas hədəf yerli rəssamlarla yanaşı, beynəlxalq sənət ictimaiyyətini bu yaradıcılıq prosesinə cəlb etmək, xalqımızın xalça sənətini dünyada daha geniş tanıtmaqdır.

Milli Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin müdiri Təranə Əliyeva sərgi ilə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Bu sərgidə iştirakım mənim üçün çox maraqlı və yaddaqalan təcrübə oldu. İlk dəfə olaraq, xalça üzərində rəsm əsəri işlədim. Əsərimdə milli zinət əşyalarımızdan biri olan piyalənzəng təsvir olunub. Bu sırğa növü xalqımızın qədim və zəngin mədəniyyətini əks etdirən unikal bəzək əşyalarındandır”.

Kətandan fərqli olaraq, xalça üzərində işləməyin çətin və fərqli bir proses olduğunu vurğulayan T.Əliyeva deyib: “Mən akril boyalardan istifadə etməklə xalçaya heç bir ziyan vurmadan əsərimi ərsəyə gətirdim. Xalçanın bəzi ornamentlərini saxlayaraq kompozisiyamı qurmağa çalışdım. Qeyd edim ki, biz əsasən restavrasiyaya yararsız xalçalar üzərində işləyirdik və bu xalçaların rəng baxımından daha əlverişli hissələrini qorumağa xüsusi diqqət yetirmişik”.

Tədbirin bədii hissəsində “Muğam” Televiziya Müsabiqəsinin qalibi, xanəndə Nisbət Sədrayeva səhnədə ifası ilə yer alıb. Onu tar və kamançada Rüstəm Müslümov və Elnur Salahov, balabanda Rəfail Əsgərov, nağarada isə Səyyar Teymurov müşayiət ediblər.

Həmçinin Respublika Uşaq-Gənclər və İnkişaf Mərkəzinin “Qavaldaş” qrupu da musiqi nömrəsini təqdim edib. Sərgi aprelin 27-dək davam edəcək.

Son xəbərlər

I Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq

Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb

BİZİM TƏQVİM: 15 mayda baş vermiş tarixi hadisələr

Misir XİN rəhbəri: Fələstin problemi həll edilmədən Yaxın Şərq sabit olmayacaq

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

“Bolonya” “Milan”ı məğlub edərək İtaliya Kubokuna sahib çıxıb

Braziliya Prezidenti Ançelottinin yığmaya keçməsini tənqid etdi

ABŞ dövlət katibi Türkiyəyə GƏLDİ

Kral sarayda bunları qadağan edib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

KİV: Zelenski danışıqlar üçün Türkiyəyə gedib

Xatirələrdə yaşayan doktor Əflatun Bayramov - FOTO

Axtarışa verilən Hüseyndən açıqlama - FOTO

Putin İstanbula onları göndərir - RƏSMİ

40 gündür axtarılan Aytacın meyiti tapıldı

Konstitusiya Məhkəməsindən yeni qərar

"Qalatasaray" Türkiyə Kubokunun qalibi olub

Qarsda “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirilib

Cəlal Bərgüşadın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTOLAR

ABŞ və Qətər 1,2 trilyon dollarlıq saziş imzalayıb - YENİLƏNİB

Çempion olan "Sabah"ın baş məşqçisi: "Komanda üzvlərinə çəkdikləri əziyyətə görə təşəkkür edirəm"

Keçmiş prezidentə 15 il həbs cəzası verildi

İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri” başa çatıb - FOTOLAR

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi aşağı salınıb

Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - FOTO

BELA ZƏNGİBASARLI : ƏQİDƏMDƏN DÖNMƏRƏM - FOTO

Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün proqnozlar verir

AYNA: "Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031