Xəbərlər
17.04.2025, 19:22
Ukraynanın yüksəksəviyyəli nümayəndə heyəti Qərb rəsmiləri ilə danışıqlar aparmaq üçün Parisdədir
Ukraynanın yüksəksəviyyəli nümayəndə heyəti Qərb rəsmiləri ilə danışıqlar aparmaq məqsədilə Fransanın paytaxtı Parisə səfər edib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin hazırda Fransada olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) təmsilçiləri ilə görüşləri planlaşdırılır. Bu sırada ABŞ-ın Dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Vitkoff da var.
Nümayəndə heyətinin Fransa, Almaniya və Böyük Britaniyanın təmsilçiləri ilə ikitərəfli və çoxtərəfli görüşləri də nəzərdə tutulur.
Görüşlərin Ukraynada davamlı sülhün bərqərar edilməsinə yönəlmiş məsləhətləşmələrin bir hissəsi olduğu bildirilir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay