Avropa Komissiyası təhlükəsiz mənşə ölkələrinin yeni siyahısını açıqlayıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, siyahıda yeddi ölkə - Banqladeş, Misir, Hindistan, Kolumbiya, Kosovo, Mərakeş və Tunis təhlükəsiz mənşə ölkələri kateqoriyasına daxil edilib. Bu ölkələrdən gələn sığınacaq müraciətlərinə gələcəkdə sürətləndirilmiş prosedur qaydasında – maksimum üç ay ərzində baxılması planlaşdırılır. Lakin hər bir müraciət fərdi qaydada qiymətləndirilməlidir və bu, əsas hüquqi prinsiplərdən biridir.

Təklif olunan siyahı Avropa İttifaqına (Aİ) üzv ölkələrin hamısında keçərli olacaq, lakin milli siyahıları əvəz etməyəcək. Eyni zamanda, Aİ üzvlüyünə namizəd ölkələrin də təhlükəsiz ölkə statusu alması nəzərdə tutulur. İstisnalar isə zorakılıqla müşayiət olunan regionlara, sanksiyalara məruz qalan ölkələrə və yüksək qəbul faizi olan dövlətlərə şamil ediləcək.

Avropa Ədalət Məhkəməsində isə təhlükəsiz ölkə meyarları ilə bağlı işə baxılır və qərarın yaxın aylarda açıqlanacağı gözlənilir. Yeni mexanizmin məqsədi miqrasiya və sığınacaq sistemində ümumavropa standartlarının tətbiqini sürətləndirməkdir.

Qeyd edək ki, son dövrlərdə qanunsuz miqrasiya ilə bağlı Avropada bir çox ölkədə daha sərt xarakter alan siyasi müzakirələr ictimaiyyət arasında narazılığın artmasına və sağ populist partiyaların nüfuz qazanmasına səbəb olub. İfrat sağçı partiyaların Avropa İttifaqı əleyhinə sərt açıqlamaları Aİ-nin qanunsuz miqrasiya ilə bağlı siyasəti sərtləşdirməsinə öz təsirini göstərir.

Son xəbərlər

Qripə yoluxanların sayı artıb - TƏBİB

Norveç Ukraynaya "NASAMS" HHM sistemləri üçün xeyli sayda raket verib

“Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar” - Tramp

Azərbaycanda startap ekosistemi: İnfrastruktur var, bəs nəticə? - TƏHLİL

“Atəşgah” Sığorta 30 ilə doğru

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub

Azərbaycan klublarının ÇL-də vurduğu qolların sayı 150-yə çatdı

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

“Üzeyir Hacıbəyli mükafatı”nın təqdimatı olub - FOTOLAR

Kreml: “Sülh Şurası”na ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılmasını tələb edəcək

Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər - Video

21 yaşlı oğlan küçədə infarktdan öldü - Foto

Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkarlanıb

Buraxılış və qəbul imtahanlarının vaxtları açıqlandı

Bakıda 5 nəfər dəm qazından öldü - Birinin 10 yaşı var - Yenilənib

Qrenlandiyanın hər sakininə 1 milyon dollar vəd edir - Bir şərtlə

“Azeri Light” bu gün neçəyə satılır?

Prezident “Qarabağ”ı belə təbrik etdi - “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq...”

Sosial müdafiəyə xüsusi ehtiyacı olanların təhsil haqqını dövlətin ödəyəcəyi hallar müəyyənləşir

Mən sehrbaz deyiləm - “Ayntraxt”ın baş məşqçisi

İlham Əliyev Hardi ilə görüşdü - FOTOLAR

Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib

Prezident “Qarabağ”ı belə təbrik etdi - “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq...”

4-4-lük gecədən geriyə qalanlar... - Fotolar

Bəhlul Mustafazadənin qolu tarixə düşüb

Sumqayıtda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Tramp Avropaya tarifləri dayandırdı

Bütün xəbərlər
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031