Prof.Dr. Rüfət Lətif oğlu Hüseynzadə,
Əməkdar müəllim.


ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İDARƏÇİLİYİNDƏ LİDERLİK

Hər bir işin keyfiyyəti onun düzgün idarəedilməsindən başlayır. Düzgün idarə etmə olmadan heş bir işin keyfoyyəti və səmərəsi olmaz. İstehsalatın, sənayenin, fəaliyyətimzin bütün sahələrində idarəetmə vardır. İdarəetmə prosesinin düzgün, pedaqoji, psixoloji əsasalar üzərində qurulması ilk
növbədə kollektivdə əlverişli psixoloji mühitin yaranmasını təmin edir, bütün fəaliyyət sahələrində keyfiyyətin yüksəldilməsinə, uğurlu nəticələrin əldə olunmasına zəmanət verir. Bu cəhətdən idarəetmə bir sinergetik elm olaraq pedaqoji, psixioloji, sosial, fəlsəfi,iqtisadi, erqonomik və digər elmlərin kompleks birliyini özündə ehtiva edir. Bu mürəkkəb və məsuliyyətli idarəetmə elmindən istifadə etmək idarəedicidən yüksək səriştəlilik, təşkilatçılıq, çeviklik, iradi keyfiyyətlər, insanlara humanist və pozitiv yanaşmaq, emosional təsir etmək, yüksək ünsiyyət mədəniyyəti və peşəkarlıq tələb edir.
Ən mürəkkəb, məsuliyyətli və çətin sahələrdən biri təhsilin idarə edilməsidir ki, bu sahəyə dair müxtəsər metodik vəsait yazılmışdır, orada ulu öndər Heydər Əliyevin idarəçilik fəaliyyəti, liderlik keyfiyyətləri, insanlara yanaşma tərzi, ünsiyyət və nitq mədəniyyəti haqqında geniş və ətraflı məlumat
verilmişdir.

Bu günlərdə prof. Rüfət Hüseynzadə və Lalə Əzimovanın birlikdə hazırladıqları“Təhsilin idarə edilməsi” adlı metodik vəsaiti ADPU - nun nəşriyyatında nəşr edilmişdir.( BAKI: ADPU, 2025, 191 səh). Metodik vəsitin redaktoru Prof. Ləzifə Qasımova,rəyçiləri prof. Akif Abbasov, prof. Məcid İsmixanov, dos. Nəzakət İsmayılovadır.Metodik vəsaitdə təhsilin idarə edilməsinin metodoloji məsələləri, elmi – pedaqoji əsasları, idarəetmənin səciyyəvi xüsusiyyətləri, onun funksiyaları və prinsipləri,məzmunu, forma və metodları təhlil edilmiş, “menecment”, “menecer”, “idarəçi,“rəhbər”, “lider” anlayışları ətraflı şərh edilmişdir. Metodik vəsaitdə təhsilin idarə edilməsində kollegial orqanların fəaliyyətinə - xüsusilə məktəb rəhbərlərinin, elmi şura,məktəb şurası, metodik şuralar, valideyn şurası, sinif rəhbərləri, məktəb uşaqlar birliyi,özünüidarə orqanlarının fəaliyyətinə geniş yer verilmişdir.
Vəsaitdə Ulu öndər Heydər Əliyevin idarəçilik fəaliyyətinə, idarəetmə mədəniyyətinə,liderlik məharətinə xüsusi yer verilmiş, onun yüksək səviyyədə təşkilatçılıq və konstruktiv bacarığından, insanlara yol göstərmək, istiqamət vermək, hörmət və tələbkarlıq etmək, qayğı, diqqət və rəhbərlik etmək, müxtəlif təbəqəli, yaş dərəcəli insanlarla, müxtəlif peşə sahibləri ilə ünsiyyət qurmaq, ünsiyyəti lazımi istiqamətə yönəltmək, təhrik etmək, emosional təsir göstərmək, nümunəvi ünsiyyət qurmaq və çox yüksək səviyyəli nitq mədəniyyətindən geniş məlumat verilir. Vəsaitdə xalqımızn ümummilli Lideri Heydər Əliyevin dünya siyasətində liderlik rolundan, onun xarizmatik liderlik xüsusiyyətlərindən, dahi bir şəxsiyyət olmasından ətraflı danışılır.
Ulu Öndərin anadan olmasının 102- ci ildönümü qarşısında kitabda yer almış onun idarəçilik və liderlik xüsusiyyətlərinə bir daha diqqət yetirmək, onlardan nümunə götürüb faydalanmaq çox əhəmiyyətli olardı:

Yüksək idarəçilik məharətini və mədəniyyətini Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev nümunəsində, onun liderlik fəaliyyətində görə bilirik. O bütöv bir Azərbaycan xalqının lideri olmaqla bərabər, dünya siyasət aləmində də lider olmuşdur. Heydər Əliyev -böyük siyasi lider daim öz iradəsi, cəsarəti, çevik və rasional qərarları ilə ən çətin situasiyalarda belə çıxış yolunu tapan parlaq şəxsiyyəyt olmuşdur. O məntiqli və məharətli çıxışları, nitqləri,adi söhbətləri ilə insanlara qüvvətli pozitiv təsir etməyi bacarmış, insanlar arasında ayrı seçkiliyə yol verməmiş, onların tələbat və ehtiyaclarına diqqət və qayğı ilə yanaşmışdır.
XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət, dünya şöhrətli siyasi xadim, xalqımızın ümumilli lideri Heydər Əliyev dövlətçilik konsepsiyasında üç ali dəyəri önə çıxarmışdır: 1.Ədalət dəyəri; 2.Müdriklik dəyəri; 3.Həqiqət dəyəri. Bu dəyərlərin yerinə yetirilməsində gücün siyasətə təsirini deyil, ağlın və müdrikliyin gücə qarşı təsirini qoymuşdur ki, o özünün parlaq zəkası, müdrik ağlı sayəsində hər cür gücə qalib gəlmişdir. Güc hər şeyi sındırsa da, ağıl gücü sındırır. .
Heydər Əliyevin uzaqgörənliyi, hadisələri qabaqlaması, intusiyası, öngörümü, cəsarəti,iradəsi və xüsusi fəhmi ilə əsil liderlik keyfiyyətlərini özündə birləşdirmişdir. Heydər Əliyev millətin gələcəyini düşünən lider olaraq bütün həyatını fəaliyyətini canından artıq sevdiyi Azərbaycanın tərəqqisinə, inkişafına, yüksəlişinə həsr etmişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, Azərbaycançılıq ideologiyasının
banisi, milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Heydər Əliyev böyük, tarixi hadisələrə imza atmışdır ki, onun titank, hərtərəfli geniş siyasi fəaliyyəti tükənməzdir.
Heydər Əliyevin liderliyi, hər bir işdə birinci olması onun yalnız siyasi fəaliyyətindən başlamamışdır. O hələ kiçik yaşlarından, məktəbli həyatından, uşaqlıq və yeniyetməlik dövründən, gənclik həyatından lider olmuş və əsası da elə oradan başlamışdır.Bəli ulu öndər Heydər Əliyevin anadangəlmə fitri istedadı, liderliyə məxsus xüsusi qabiliyyətləri olmuşdur. Heydər Əliyevin yeniyetməlik və gənclik dostları öz söhbətlərində,yazılarında bildirirlər ki, gənc Heydər Əliyev yeniyetməlik və gənclik illərində də çox ağıllı,tədbirli, təfəkkürlü, savadlı, istedadlı, səliqəli, mehriban və həmişə haqq və ədalətin tərəfində olan, qamətli, fiziki cəhətdən görkəmli bir oğlan idi. Kəndə gələndə bütün kənd cavanları onun başına toplaşar onunla söhbət edərdilər. Onda insanları asanlıqla öz ətrafına toplamaq, onları idarə etmək, onlara rəhbərlik etmək bacarığı çox yüksək idi.
O təhsilində, həmçinin müxtəlif fəaliyyət növlərində yalnız birinci olmuşdur. Heydər Əliyev Naxçıvanda orta məktəbi “Əla” qiymətlərlə bitirmiş və Naxçıvan Pedaqoji Texnikumuna daxil olmuşdur. Burada o mükəmməl pedaqoji təhsil almış, ilk olaraq müəllimlik peşəsinə yiyələnmiş və müəllim haqqında bu gün bir aforizmə çevrilmiş dahiyənə fikrini
demişdir: “Mən Yer üzündə müəllim adından yüksək bir ad tanımıram”. Onun bütün fənlərdən aldığı qiymətlər yalnız “Əla” qiymətlər olmuşdur. Ayrıca olaraq əxlaqdan aldığı qiymət də “Əla” dır.Pedaqoji texnikumda təhsil aldığı illərdə Heydər Əliyev rəssamlıqla məşğul olmuş,musiqi ilə məşğul olmuş, teatr tamaşalarına kollektiv baxışlar təşkil etmiş və özü də aktyor kimi çıxış edərək tamaşalar göstərmişdir. O vaxtlar Pionerlər evinə getmiş tar dərnəyində tar çalmış, idmanla, üzgüçülüklə məşğul olmuş, daim mütaliə etmiş, kitablar oxumuşdur. Bütün bu işlərdə Heydər Əliyev hər zaman öndə olmuş, birinci olmuş, uğurlu olmuş və həyatda həmişə fəal mövqe tutmuşdur.
Heydər Əliyevin çıxışları, nitqləri həmişə öz zənginliyi, məna dolğunluğu ilə, pozitiv,emosional təsiri ilə seçilirdi. O, özünün əzəmətli görkəmi, baxışı, səsinin ahəngi ilə auditoriyanın diqqətini özünə cəlb edirdi. Dahi natiq insanlarla ünsiyyətə girir, sual verib,cavab alırdı. Bu dahi şəxsiyyətin nitqindəki məna ardıcıllığı və məntiqilik bütün çıxışlarındaözünü göstərirdi.
Heydər Əliyev çıxış edərkən bütün varlığı və inamı ilə danışır və hamı ona diqqətlə qulaq asırdı.
Heydər Əliyevin Naxçıvan Pedaqoji Texnikumunda təhsil illərindəki fəaliyyətini xatırlayan “İstiqlal” ordenli, Əməkdar Müəllim, dos.Lətif Hüseynzadə o illəri xatırlayaraq yazırdı ki, “Heydər Əliyev sinifdə dərs danışarkən sinfə tam sükut köçürdü. Onun məntiqli danışığı, işlətdiyi sözlər, ifadələr fərqli və çox diqqətçəkici idi...”.
Heç şübhəsiz Heydər Əliyevin bu natiqlik qabiliyyəti, liderlik qabiliyyəti onun hərtərəfli hazırlığından, təhsil illərindəki uğurlu təhsilindən, mütaliəçi olmaısndan irəli gəlmiş və sonrakı fəaliyyətində də daha təkmil şəkildə özünü göstərmişdir. Ulu Öndər, milli liderimiz daha sonra Leninqradda (Sankt-Peterburq) DTK məktəbində təhsil aldığı illərdə, daha sonra da Bakı Dövlət Universitetindən məzun olduğu zaman onun təhsil haqqında sənədlərində yalnız “Əla” qiymətlər olmuşdur.O bütün fəaliyyət növlərində ən fəal, ən qabaqcıl olmuş, daim yoldaşlarına kömək etmiş, qayğısına qalmış birinciliyi, liderliyi heç zaman əldən verməmişdir.
Onun bütün fəaliyyəti – uşaqlıq, yeniyetməlik, gənclik həyatı və siyasi fəaliyyəti gəncnəslimizə nümunə olmaldıır. Liderliyi ondan öyrənməli, onun liderlik məktəbini öyrənmək lazmdır.
Hazırda ölkəmiz iqtisadiyyatın inkişafı sahəsində, hərbi texnika sahəsində lider ölkələr sırasındadır. Ölkəmiz 44 günlük Vətən müharibəsində ölkə başçısının komandanlığı, müdrik siyasəti, “Dəmir yumruq” hərbi əməliyyatı ilə işğal olunmuş torpaqlarımız azad edildi,xalqımız tarixi Zəfər qazandı.
Əsgərlərimiz qəhrəmanlıq və şücaət göstərmiş, ordumuz hərb tarixində görünməmiş qələbələr qazandı, ən yeni hərbi texnika nümayiş etdirdi, düşmənə hərb tarixində ağır zərbələr vurdu, xüsusi hazırlıq görmüş əsgərlərimiz əlbə-yaxa döyüşlərdə, çətin şəraitdə qələbə çaldılar. Bütün bunlar hazırda bir çox ölkələrdə Azərbaycanın hərb üsul-idarəsi, qələbə əzmkarlığı,hərbi texnikası öyrənilməkdədir.Bütün bu uğurların müəllifi xalqımızın yeni əsrdə, yeni lideri Heydər Əliyevin liderlik siyasi məktəbinin layiqli davamçısı İlham Əliyevdir. Prezident İlham Əliyev mili ruhlu, xəlqi xislətli, qətiyyətli, iradəli, cəsarətli, pozitiv təsirli, praqmatik dünya siyasətçisidir. Böyük Türk şairi Ziya Paşanın dediyi kimi:
Ayinəsi işdir kişinin, lafa baxılmaz,
Şəxsin görünür, rütbeyi əqli əsərində

O bir neçə dildə sərbəst danışır, nitq söyləyir, xarici jurnalistlərə müsahibələr verir,eyhamlı, təxribatçı suallara tutarlı cavablar verir, bəzən zarafatla, bəzən yumorla tərəfkeşlik edən jurnalistə də yerini göstərir. O, özünün dediyi kimi, nəyin, nə vaxt edəcəyini, nə zaman
deyəcəyini yaxşı bilir. Budur Liderlik, budur, birinci olmaq.
Beləliklə, Ulu öndərizmiz, milli liderimiz, XX əsrin dünya lideri Heydər Əliyevin və XXI əsr Azərbaycan Respiblikasının Prezidenti, müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin liderliyi haqqında müxtəsər məlumat verərək, liderliyi onlardan öyrənməli,onlardan nümunə götürməliyik.

Tel .051 330 24 30
Emayl: prof.rufat@mail.ru

Son xəbərlər

Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb

BİZİM TƏQVİM: 15 mayda baş vermiş tarixi hadisələr

Misir XİN rəhbəri: Fələstin problemi həll edilmədən Yaxın Şərq sabit olmayacaq

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

“Bolonya” “Milan”ı məğlub edərək İtaliya Kubokuna sahib çıxıb

Braziliya Prezidenti Ançelottinin yığmaya keçməsini tənqid etdi

ABŞ dövlət katibi Türkiyəyə GƏLDİ

Kral sarayda bunları qadağan edib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

KİV: Zelenski danışıqlar üçün Türkiyəyə gedib

Xatirələrdə yaşayan doktor Əflatun Bayramov - FOTO

Axtarışa verilən Hüseyndən açıqlama - FOTO

Putin İstanbula onları göndərir - RƏSMİ

40 gündür axtarılan Aytacın meyiti tapıldı

Konstitusiya Məhkəməsindən yeni qərar

"Qalatasaray" Türkiyə Kubokunun qalibi olub

Qarsda “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirilib

Cəlal Bərgüşadın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTOLAR

ABŞ və Qətər 1,2 trilyon dollarlıq saziş imzalayıb - YENİLƏNİB

Çempion olan "Sabah"ın baş məşqçisi: "Komanda üzvlərinə çəkdikləri əziyyətə görə təşəkkür edirəm"

Keçmiş prezidentə 15 il həbs cəzası verildi

İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri” başa çatıb - FOTOLAR

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi aşağı salınıb

Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - FOTO

BELA ZƏNGİBASARLI : ƏQİDƏMDƏN DÖNMƏRƏM - FOTO

Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün proqnozlar verir

AYNA: "Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib"

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031