İllər heç vaxt insan ömründə izsiz ötüb keçmir. Hər bir zaman kəsiyi həm də dostların sınaq mərhələsidir. Yaş üstə yaş gəldikcə yeni dostlar qazanırsan və yaxud hansısa dostu “itirirsən”. Onsuz da sayı çox az olan əsil dostlar isə heç vaxt itirilmir. Əsl dostlar haqqında söhbət düşəndə həmişə müəllifini unutduğum bir şeiri xatırlayıram:

Qızıl demə parıldayan hər daşa,
Milyon tanış dönməz dosta-qardaşa.
Otağında dövlət daşa, var daşa,
Dostun yoxsa kasıblardan kasıbsan.

Çırpı deyil yığıb ocaq çatasan,
Ağac deyil kölgəsində yatasan.
Paltar deyil köhnələndə atasan,
Gündən-günə bahalaşan zərdi dost.

Dostluq özü dözməyəndə dözdü dost,
“Dostluq” adlı bir ocaqda közdü dost.
Hecalara bölünməyən sözdü dost,
Bölünsəydi dost deməzdik biz ona.


Təbii ki, söhbət əsl dostlardan gedir və mənim üçün belə dostlardan biri Ağayusif Abdulxalıq oğlu Ələkbərovdur. Gözəl baharın gözəl aylarından biri olan aprelin 12-də dünyaya göz açan dəyərli dostumu, həm də ən yaxın qohumumu (rəhmətlik anamın əmisi nəvəsidir) doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, səmərəli iş sahəsində məhsuldarlıq, fəaliyyətində uğurlar diləyirəm.
Ağayusif Ələkbərov həmişə, hər yerdə yeri görünən bir dostdur. Həyatın çətinliklərinə və problemlərinə baxmayaraq onun çöhrəsində həmişə gülüş görmək olur. Əsl insan odur ki, qarşılaşdığı çətinliklərə, yaşadığı problemlərə gülüşlə, yumorla cavab versin. Ağayusif müəllim də məhz belə insanlardandır. İşin ağırlığı onun üzərinə düşsə də və işlərinin çoxluğuna baxmayaraq hələ bir dəfə alnını turşutmayıb, sifətinin bircə cizgisi ilə də narazılığını hiss etdirməyib. İllərdir onu tanıdığmdan deyə bilərəm ki, Ağayusif Ələkbərov xoş ruzili iş adamıdır, zəhmətkeşdir, öz iş sahəsində fədakardır, öz işinin kamil bilicisidir, təşəbbüskardır. Tətbiq etdiyi yeniliklər istehsalatda öz səmərəsini verir.
Əslən İsmayıllı rayonunun Basqal qəsəbəsindən A.Ələkbərovun bioqrafıyasında bu qədim məkanın xüsusi yeri var. Heç bir tərəddüdsüz deyə bilərəm ki, onun nəinki Basqal, İsmayıllı, hətta Azərbaycanımız haqqında bilgiləri çox zəngindir. Bir də ona sevinirəm ki, Ağayusif müəllim təkcə mənim yox, onun xeyirxahlığını görmüş insanların dostudur.
Əziz dostumuz, bir daha ad günün mübarək! Sizə ailənizlə, övladlarınızla və bütün doğmalarınızla bərabər xoşbəxt illər nəsibin olsun!



























Son xəbərlər

I Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq

Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb

BİZİM TƏQVİM: 15 mayda baş vermiş tarixi hadisələr

Misir XİN rəhbəri: Fələstin problemi həll edilmədən Yaxın Şərq sabit olmayacaq

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

“Bolonya” “Milan”ı məğlub edərək İtaliya Kubokuna sahib çıxıb

Braziliya Prezidenti Ançelottinin yığmaya keçməsini tənqid etdi

ABŞ dövlət katibi Türkiyəyə GƏLDİ

Kral sarayda bunları qadağan edib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

KİV: Zelenski danışıqlar üçün Türkiyəyə gedib

Xatirələrdə yaşayan doktor Əflatun Bayramov - FOTO

Axtarışa verilən Hüseyndən açıqlama - FOTO

Putin İstanbula onları göndərir - RƏSMİ

40 gündür axtarılan Aytacın meyiti tapıldı

Konstitusiya Məhkəməsindən yeni qərar

"Qalatasaray" Türkiyə Kubokunun qalibi olub

Qarsda “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirilib

Cəlal Bərgüşadın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTOLAR

ABŞ və Qətər 1,2 trilyon dollarlıq saziş imzalayıb - YENİLƏNİB

Çempion olan "Sabah"ın baş məşqçisi: "Komanda üzvlərinə çəkdikləri əziyyətə görə təşəkkür edirəm"

Keçmiş prezidentə 15 il həbs cəzası verildi

İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri” başa çatıb - FOTOLAR

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi aşağı salınıb

Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - FOTO

BELA ZƏNGİBASARLI : ƏQİDƏMDƏN DÖNMƏRƏM - FOTO

Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün proqnozlar verir

AYNA: "Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031