ZƏNGİN TALEYİN İŞIĞINDA
VİDADİ BAYRAMOV – 70


İsmayıllıda “Qala” şadlıq sarayında gözəl insan, tanınmış mütəxəssis, istedadlı istehsalat təşkilatçısı, təəsübkeş eloğlumuz, saf və müdrik ziyalımız, qayğıkeş ailə başçısı və nümunəvi ata VİDADİ BAYRAMOVun 70 illik yubileyinə həsr olunmuş yubiley tədbiri keçirildi. 4-5 saat davam edən bu səmimi tədbirdə heç kim yorulmadı. Bütün məclis Vidadi müəllimin xarakteri ruhunda köklənmişdi. Çıxışlar olduqca səmimi, pafosdan uzaq, yubilyarın öz xarakterinə, boyuna ölçülüb- biçilmiş, həqiqəti əks etdirən və olduqca canayatımlı idi. Musiqi və rəqslər də məclisin ruhuyla tam ahəngdar olduğundan hamıya xoş ovqat bəxş elədi.

V.Bayramovun həyat və fəaliyyətindən bəhs edən slayd maraqlı və zəngin, çətin və mübarizə dolu birtaleyin qəhrəmanı obrazı yaratdı hamımızda. Bütün asan-çətin yolları əsl həyat yoldaşı adını şərəflə daşıyan və bü günki gənclərə örnək olacaq dəyərlər daşıyıcısı Dürdanə xanımla birgə ən xoşbəxt gününü yaşayırdı bu nümunəvi cütlük. Istedadıyla seçilən, sevilən, hər yerdə fərqlənən Elvin, Anar, Xasay, Şəfəq kimi övladları yetirmiş bu ailənin doğrudan da bu gün fəxr etməyə Haqqı var. Müqəddəs Kitabımız buyurur “Valideyib övlada 2 şey miras qoya bilər: təmiz ad və düzgün tərbiyə”. Bəli.. öz borcunu şərəflə yerinə yerirmiş Valideynlərin fərəh günü. Övladların qürur günü. Bax bu valideyn- övlad məhəbbəti və fərəhi məclisə xüsusi şirinlik və mehribanlıq qatdı, bu da Vidadisəvərlərin ruhuna tükəməz mənəvi qida bəxş etdi. Mən də bir daha dostluğumuzla fəzr etdim. Uzun illərin dostumuz- silahdaşımız Daşdəmir əjdəroölu ilə elə məclisin gedişində təəsüratlarımızı bölüşərək bu səmimi dost məclisindən məmnunluğumuzu bildirdik. Gecə səhərədək və sonrakı günlər də sözümüz- söhbətimiz bu unudulmaz dost məclisi oldu...

Bəli... Dəyərli dostumuz, gözəl insan, sadəliyi, səmimiyyəti, təvazökarlığı, mübarizliyi ilə seçilən və sevilən, ən etibarlı həyat yoldaşı, qayğıkeş ata, elimizin- obamızın fəxr olunası oğlu Vidadi Bayramovun 70 yaşı tamam olur. Xoşbəxtdir o kəs ki, arxaya boylananda yaşadığı ömrə görə qürur hissi keçirir. Vidadi m həmin xoşbəxt insanlardandır. Ən çətin günlərində belə üzündən təbəssüm və gülüş əksik olmayan dostumuzun tale yollarına bir baxış edək ən xoş ömür arzularıyla!

Vidadi Xasay oğlu Bayramov 15 mart 1955-ci ildə İsmayıllı rayonunun Sərdahar kəndində anadan olub.1972-ci ildə rayonun Tircan kənd orta məktəbini əla qiymətlərlə bitirərək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zoomühəndis fakültəsinə qəbul olunub.1978-ci ildə “Fərqlənmə” diplomu ilə bitirib. O, əmək fəaliyyətinə 1978-ci ildə İsmayılllı rayon Dövlət Damazlıq birliyində zootexnik kimi başlayıb. Bir il sonra Moskvada Ümumittifaq Heyvandarlıq institutunda təkmilləşmə kursunu bitirərək Damazlıq işləri üzrə Təlimatçı ixtisasına yiyələnib. 1979-cu ildən 1982-ci ilə qədər İsmayıllı rayon Partiya Komitəsinin göstərişi ilə “Oktyabr”Kolxozundakı Heyvandarlıq Kompleksinə müdir vəzifəsinə təyin olunub.

Təsərrüfatda əldə etdiyi yüksək nəticələrə görə “Şərəf nişanı” ordeni ilə təltif olunub.1982-ci ildə İsmayıllı rayon Partiya Komitəsinə təlimatçı və az sonra rayon Partiya Komitəsinin Kənd Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib.1993-cü ilə
qədər İsmayıllı Rayon Partiya Komitəsi və daha sonra Rayon İcra Hakimiyyətində işləyib. 1993-1994-cü illərdə İsmayıllı rayon Kənd Təsərrüfatı və ərzaq idarəsində zootexnik, 1994-1999-cu illərdə isə İsmayıllı rayon Dövlət Damazlıq idarəsinin rəisi vəzifəsində işləyib.

V.Bayramov 2000-2003-cü illərdə Bakı şəhərində Avtonəqliyyat Dövlət Konserni Mənzil İstismar idarəsində 3 saylı MİS-in rəisi, 2004-2007-ci illərdə isə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Minadan zərər çəkənlərin Assosiasiyası” layihəsində menecer vəzifəsində çalışıb.
V.Bayramov 15 mart 2007-ci ildən 2017-ci ilə qədər Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlıq şöbəsinin baş məsləhətçi vəzifəsində işləyib.O, kənd təsərrüfatı sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan K/T və Qida sənayesi işçiləri Həmkarlar İttifaqı Federasiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur.Ailəlidir. 4 övladı və 7 nəvəsi vardır. Qızı Şəfəq Bayramlı İsmayıllı şəhər 1 saylı tam orta məkətbində riyaziyyat müəllimi,oğlanları - Elmin Bayramlı Azəybaycan Beynəlxalq Bankında Korporativ biznes departamentinin rəhbəri, Anar Bayramov SAT Group şirkətinin həm-təsisçisi, Xasay
Bayramov isə UPS şirkətində kommersiya direktoru vəzifəsində çalışırlar.

Tərcümeyi-halından bəlli olduğu kimi, mart ayının 15-də Vidadi müəllimin 70 yaşı tamamlanır. Bu münasibətlə onu yaxınları, dostları və keçmiş iş yoldaşları adından ürəkdən təbrik edir, ona həyatın ən şirin neməti olanm can sağlığı və işlərində yeni yeni uğurlar arzulayırıq! Ömrün müdriklik çağında sağlamlıq, xoşbəxtlik, qürur və fərəh dolu xoş illər arzulayırıq nəvə-nəticə sevincli!..



XEYRULLA AĞAYEV
Yazıçı-jurnalist,Vidadi Bayramovun dostu

Son xəbərlər

Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxunub

MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycan nefti 6 dollara yaxın bahalaşıb

Bu ölkələr İranın Azərbaycana dron hücumlarını pislədi - YENİLƏNİB

Diddinin həbs müddəti uzadıldı

Tanınmış jurnalist dünyasını dəyişdi

Brent bahalaşdı

İsraildən Livanla bağlı xəbərdarlıq

Messi karyerasında 178-ci dubluna imza atdı

Avstriyalı nazir İranın Azərbaycana qarşı dron hücumlarını qətiyyətlə pisləyib

Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür

Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı

BEYDULLA GƏRAYLI : Dərdli ürəyinin köməyi Rasim! - FOTO

MƏNALI ÖMÜRLƏ HƏLƏ ÇOX YAŞA - FOTOLAR

Türkiyə və Macarıstanın baş qərargah rəisləri İranın Azərbaycana dron hücumunu beynəlxalq hüquqa zidd adlandırıb

Tramp onu vəzifəsindən kənarlaşdırdı

Lilpar Cəmşidqızı : Mart ayının 7- də unudulmaz Dədə Ələsgərin vəfatının 100 ili tamam olur

Ərdoğan İranı mehriban qonşuluğa çağırdı

Əzəli, Əbədi Azərbaycanam! - FOTOLAR

Pakistan Baş naziri Azərbaycana qarşı son hücumlarla bağlı narahatlığını ifadə edib

BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib

Ərdoğan: İranın raket insidenti ilə bağlı lazımi xəbərdarlıq etdik

228 milyon uşağı bu tale gözləyir

Mirziyoyev Prezidentə zəng etdi

Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi - FOTOLAR

Dron hücumunda yaralananların kimliyi AÇIQLANDI

Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı

Avropa İttifaqı rəsmisi İranın Naxçıvana dron hücumunu pislədi

Bütün xəbərlər
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031