Xəbərlər
15.02.2025, 21:16
İsveçdə yüzdən çox avtomobil toqquşub
İsveçin Uppsala şəhərində yüzdən çox avtomobilin iştirakı ilə iki böyük yol-nəqliyyat hadisəsi baş verib.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, qəzalar nəticəsində çoxlu sayda insan xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.
İlk toqquşma bir neçə avtomobilin iştirakı ilə səhər saatlarında baş verib. Bu qəzada 20-dən çox zərərçəkən xəstəxanaya çatdırılıb.
Daha sonra 95 avtomobilin iştirakı ilə böyük qəza baş verib. Hadisə yerinə təcili yardım xidmətləri, o cümlədən tibbi helikopterlər gəlib.
Hökumət sürücüləri yolların təhlükəli hissələrində maşın sürməkdən çəkinməyə çağırıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay