Ermənistan rəsmilərinin sülh çağırışı: avantüra, boşboğazlıq - ŞƏRH


Etimad mühiti sülh üçün başlıca şərtdir. Belə şəraiti beynəlxalq vasitəçilər belə yarada bilmirlər. Çünki onların tərəflər arasında bu missiyanı həyata keçirmək cəhdi daha çox uğursuzluqla nəticələnib.

Vaxtilə dünyanın aparıcı dövlətləri Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı vasitəçilik etdi. Onlar tərəfləri bir-birinə yaxınlaşdırmaq, münaqişənin yaranmasına səbəb olan amilləri aradan qaldırmaq, etimad mühiti yaratmaq istəyirdilər. Lakin bunların heç biri baş vermədi. Azərbaycan torpaqları 30 ildən artıq Ermənistanın işğalı altında qaldı.

Rəsmi Bakı və İrəvan artıq vasitəçilərsiz, birbaşa ikitərəfli danışıqlar aparır. Sərhədlərin müəyyənləşməsi, normallaşma prosesi, sülh sazişinin imzalanması istiqamətində görüşlər keçirilir. Bununla belə, erməni tərəfi sülhün yaranması üçün şərtlərə əməl etmədən bəyanatlar verməklə qıcıq yaradır. Bu da barışın əldə edilməsindən daha çox onun baş tutmamasına xidmət edir.

Yanvarın 23-də Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərə müsahibəsində bildirib: “Biz sülh diləmirik, Azərbaycanla münasibətlərin tənzimlənməsi üçün gündəlikdə olan bütün məsələlərin dinc yolla həllini təklif edirik”.

Onun sözlərinə görə, regional kommunikasiyaların açılması ilə bağlı “Sülh kəsişməsi” layihəsi buna örnək ola bilər. Qriqoryan sülh sazişinə dair layihənin narazılıq yaradan bəndinə dair təklifləri rəsmi Bakıya göndərdiklərini, qarşı tərəfdən cavab gözlədiklərini də qeyd edib.
Ermənistan rəsmilərinin sülh çağırışı: avantüra, boşboğazlıq - ŞƏRH

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə jurnalistlərə açıqlamasında deyib ki, konstitusiyasında dəyişikliklərlə bağlı Ermənistandan əməli addımlar gözləyirik. Nazir qeyd edib ki, Azərbaycan ictimaiyyəti sülh sazişinin mətnindən başqa, digər ciddi və açıq məsələnin də olduğunu bilir: “Bu da Ermənistanın konstitusiyasında və bir sıra hüquqi normativ aktlarda Azərbaycana qarşı ərazi iddialarının mövcudluğudur. Bu yöndə Ermənistandan ciddi əməli addımlar gözləyirik. Bəyanatlar, sülhpərvər mesajları eşidirik, amma real addımlarda ciddi çatışmazlıq görünür”.

Nazir bildirib ki, sülh sazişi layihəsinin 17 bəndindən 15-i razılaşdırılıb.

Belə qənaətə gəlmək olar ki, əsas məsələ də o iki maddədir. Həmin maddələr hansılardır? Verilən açıqlamalara əsasən, bunlardan birinin Ermənistanın konstitusiyası, o birinin isə Zəngəzur yolunun açılması məsələsi olduğunu ehtimal etmək mümkündür.

Konstitusiyanın dəyişdirilməsi məsələsi rəsmi Bakı tərəfindən müxtəlif səviyyələrdə Ermənistan hakimiyyətinin, beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırılıb. Çünki həmin sənəddə Azərbaycana qarşı açıq-aşkar ərazi iddiaları irəli sürülür.

Ermənistan rəsmiləri isə sülh sazişinin imzalanmasına konstitusiyadakı məsələnin aid olmayacağını bildirir, özlərini daha ağıllı göstərməyə çalışırlar. Halbuki qəbul edilən istənilən səviyyəli qanunlar, sazişlər, müqavilələr, qərarlar konstitusiya ilə tənzimlənməli, ona əsaslanmalıdır. Əks halda qəbul edilən belə sənədlər ölkə qanunlarına zidd sayılır. İndiki hakimiyyət onu qanun pozuntusu saymaya bilər. Ancaq heç kim əbədi iqtidar olmur. Odur ki, Ermənistanın əsas qanununun dəyişməsi zəruridir.
Ermənistan rəsmilərinin sülh çağırışı: avantüra, boşboğazlıq - ŞƏRH

Ölkənin baş naziri Nikol Paşinyan, XİN başçısı Ararat Mirzoyan, Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sülh sazişi ilə bağlı verdikləri təkliflər, açıqlamalarla Ermənistan konstitusiyasını pozurlar. Bu hökumət əsas qanunu saymır? Çünki onunla bağlı yuxarıda qeyd etdiklərimiz azacıq hüquqi savadı, bilgisi olan hər kəsə məlumdur.

Ermənistan hakimiyyəti bununla vaxtı uzatmağa səy göstərir. Çünki o, konstitusiyanın dəyişməsinin prinsipial məsələ olduğunu bilir. Bu torpaqlar işğal altında olduğu illəri yada salır. Həmin dövrdə İrəvan BMT qətnamələrinə əməl etməməklə vaxtı uzadırdı. Onların taktikası vaxtı uzadaraq məsələni qarşı tərəfə unutdurmaq, yaxud əhəmiyyətsiz etməkdən ibarət idi. Ermənistan bu taktika ilə torpaqları ələ keçirməyə çalışırdı. Ona görə də beynəlxalq vasitəçilər bu vəziyyəti heç bir əməli addım atmadan seyr edirdi.

Rəsmi İrəvan konstitusiyanın dəyişməsi məsələsini də uzatmaqla konstitusion əsası olmayan bir sazişin bağlanmasına səy göstərir.

Yeri gəlmişkən, ABŞ-də Donald Tramp dördillik fasilədən sonra ikinci dəfə prezident seçilib. Onun üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməsi üçün konstitusiyaya düzəliş edilməsi təklifi irəli sürülüb. Mövcud əsas qanuna görə, eyni şəxs bu vəzifəni iki müddətdən artıq tuta bilməz (ardıcıl və ya fasilə ilə olmasından asılı olmayaraq). Bu düzəliş Konqres tərəfindən 1947-ci il martın 21-də qəbul, 1951-ci il fevralın 27-də lazımi sayda ştat tərəfindən ratifikasiya edilib.

Deməli, konstitusiyaya düzəliş və ya dəyişiklik etmək zamanın tələblərinə uyğun olaraq edilə bilər.
Ermənistan rəsmilərinin sülh çağırışı: avantüra, boşboğazlıq - ŞƏRH

Yaranmış şərait, Ermənistanın düşdüyü vəziyyət və əsassız iddialar onun əsas qanunda dəyişikliklər etməsini zəruriləşdirir. Rəsmi İrəvan bu barədə 2027-ci ildə referendum keçirəcəyini bildirir. Ermənistanın belə bir planı varsa, onda məsələni niyə gecikdirir? Görünür, Nikol Paşinyan konstitusiya məsələsindən seçkinin nəticələrinə təsir göstərmək üçün istifadə etmək niyyətindədir. O, yalan və xülyalarla tərbiyə olunmuş erməni cəmiyyətinin reallığı, həqiqəti qəbul etməyəcəyindən qorxur.

Bununla belə, rəsmi İrəvan Azərbaycana qarşı təbliğatını da davam etdirir.

Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-ci il yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasına daxil edib.

Kəşfiyyat xidməti Azərbaycanın Qərbi Azərbaycan və qərbi azərbaycanlılar, Ermənistanın silahlanması, bu ölkədə revanşizm və Zəngəzur yolu ifadələrini təhlükəli sayıb.
Ermənistan rəsmilərinin sülh çağırışı: avantüra, boşboğazlıq - ŞƏRH

Bu, rəsmi İrəvanın sülh sazişi imzalamaq, sərhədlərini müəyyənləşdirmək istədiyi bir dövlətə - Azərbaycana münasibətin göstəricisidir.

Ermənistan qərbi azərbaycanlıların, yəni vətəndaşlıqdan güc yolu ilə məhrum etdiyi 300 minə yaxın insanın pozulmuş hüququnu bərpa etmək istəmir. Bunu Azərbaycanın guya Ermənistana ərazi iddiası kimi təqdim etməyə çalışır. Bu icmanın tapdanan haqqını bərpa etməmək üçün o, repatriasiyaya dair qanunu da hələ qəbul etməyib.

Rəsmi İrəvan ziddiyyətli açıqlama ilə çıxış edir. Azərbaycana qarşı ərazi iddiası olan konstitusiyanı dəyişmədən sülh sazişi imzalamaq istəyir.

Konstitusiya dəyişmədən, 300 min vətəndaşın pozulan hüququ bərpa edilmədən rəsmi İrəvanın sülh sazişi, normallaşmaya dair açıqlamaları boşboğazlıq, yaxşı halda avantüradır. Odur ki, Armen Qriqoryan təmsil etdiyi komandanın başqa üzvləri kimi, bunların hər ikisi ilə məşğuldur.(Report)

Son xəbərlər

İşləyən anaların övladları ilə bağlı - Nazirdən açıqlama

Rusiyada zəlzələ baş verib

Yeni danışıqlar planlaşdırılır

Səni sevdiyimi niyə biləsən? - FOTO

Türkiyə Superliqası: "Fənərbağça" darmadağınla 2-ci pilləyə yüksəlib

“Müəllim” sözünü düzgün yaza bilməyənlərlə sağollaşmışıq” - Emin Əmrullayev

Beyaz ekranlara qayıdır

,,Dünyada Kişilər üçün ən ağır yük,Anayla Arvadın arasında çarəsiz qalmaqdır,, - FOTO

Yeni rekord qırdı

SINANMIŞ, TƏCRÜBƏLİ, DÖVLƏTƏ SADİQ, DEMOKRATİK PRİNSİPLİ XARAKTERƏ MALİK VƏTƏNDAŞ - FOTO

Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik? - Emin Əmrullayev

Qışda bu qidalar faydalıdır - Məsləhət

Soyuqdəymə və qripdən necə qorunmalı: ən sadə məsləhətlər

ELXAS COMƏRD : Düşsə dilə-dişə dad olan günlər - FOTO

Taleh Qaraşovun oğlu general oldu

"Kənd məktəbində bir uşağın xərci bir neçə nəfərin Bakıda özəl təhsilinə bərabərdir" - Nazir

Türkiyə Qara dəniz üzərində pilotsuz uçan aparatı zərərsizləşdirib

Türkiyə hava məkanını pozan PUA-nı vurdu

“Top indi Rusiyadadır” - Almaniya Kansleri

Bəylər Eyyubovun general qardaşı oğlu işdən çıxarıldı

“Gizir Xanı”ya şəhidlik statusu verildi

Trampı məhkəməyə verdilər

“Bahar” final edəcək

“Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” - Şamaxıda elmi simpozium - FOTOLAR

ABŞ-də tanınmış rejissor və xanımı qətlə yetirildi - Şübhəli oğludur

Anar Ələkbərov Xalq yazıçısını evində təbrik etdi

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri davam edir - Fotolar

Xaçmazın 27 kəndində qaz olmayacaq - Xəbərdarlıq

Bütün xəbərlər
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031