Məhbəs arzularımın açarı Murov! Hürriyyətimin qala qapısı!  (esse)

Nigar İMAMVERDİQIZI( Qaybalıyeva),
“Yenilik-press” qəzetinin redaktor müavini


...Sədamı Vətənə, ana yurduna, darmadağın edilən, söndürülən ata ocağına yetirən, ey ucalardan-uca zirvə!
Kəlbəcərli günlərə yetmək üçün mütləq o ucalıqlara - zirvəyə qalxmalıyıq! İndi zirvə dediyim o yer bir zaman yoxuş idi. Ömrü uzun həsrət vüsalı quşqonmaza qoymuşdu. Nə əlimiz çatırdı, nə ünümüz yetirdi o ucalığa, ta ki, müsəlləh əsgərin qanıyla tarix yazdığı o günə qədər! Çərxi, deyəsən, bizə sarı çönmüşdü Fələyin! İllər boyu içimizdəki nisgilin, intizarın, həsrətin buz donu əriməyə başlamışdı. Yurda azadlığın toxumları səpilirdi. Televiziyalardan gələn xəbərlər üzümüzü güldürməyə başlamışdı.

...O gecə dan sökülüncə gözlərimə yuxu getməmişdi. Kəlbəcər vüsalının bircə addımlığında idik. Gözlərimə inanmırdım. İllər boyu xeyir-şərimizdə bir-birimizə “...növbəti dəfə Kəlbəcərdə görüşək” diləyi eləmişdik.
İllər bir-birinin üstünə qalaqlandıqca itkilərimiz də böyüdü, ağrı-acımız da, amma, ümidlərimiz nə payızda saralıd, nə qışda dondu. İlin bütün fəsillərində cücərdi... Haqqa qovuşanlarımız da özləri ilə bir udum ümid apardılar o dünyaya: “Bəlkə bir gün...”
Bəli, o gün elə bu gün idi: soyuq noyabr günü! Qanadları buz bağlamış, bağrından sırsıra asılmış arzularımızın üzərinə gün doğmuşdu – Kəlbəcər işğaldan azad olunmuşdu. Haçan könlüm belə şad olmuşdu, unutmaqda idim. Xəyalımın dumanlı aynasında kəlbəcərli günlərdən qalan, boyatlanmayan şirin xatirələr vardı. Bu, o dad idi...
Bütöv ürəyimlə sınıq şüşüləri toplayıb “evcik qurduğum” günlərdən biri idi. Atam Bakıya, tələbələrin imtahanına gəlmişdi. Dönüşdə isə mənə “gəlincik” almışdı. Körpə könlüm, bilirsiz necə sevinmişdi bu ətaya?! O gecə gözlərimi otağın tavanına zilləyib xəyallar qurmuşdum: “Bəlkə gəlincimiyi heç evciyə aparmayım?! Dolabın başında saxlayım ki, kiminsə əli yetməsin...”
Kəlbəcərimizin azadlığı xəbəri mənim üçün o gəlincik alınan gündəki məsum sevincimə bənzəyirdi. Elə Kəlbəcəri də qucaqlayıb dolabda gizlətmək istəyirdim ki, bir də yağı-düşmənin murdar əli dəyməsin. Bir də amansız ayrılıq aradan sədd çəkməsin. Göz yaşlarımız Araz kimi qarğışa gəlməsin.
...“Tanrı saatının xoş vaxtında yaratmışdı...” Kəlbəcəri. Kəlbəcərdə ikən bunu böyüklərimizdən tez-tez eşidərdik, fərqinə vara bilməsək də, mənasını anlamasaq da, axı, uşaq idik. Onda Kəlbəcərin ana vətən olduğunu təzə-təzə bilirdik, öyrənmək, onun isti qucağında boy atmaq üstəyirdik, təəsüf ki, nəsib olmadı...
Suyu dərman, torpağı ləl idi. Hündür dağların qoynunda bir cəvahirat gizlənmişdi Kəlbəcər adında. Bu adın mənası (toponimi) “qaya üstündə gəmi” demək imiş. Gəmi də qaya üstündə olmalı, İlahi?! Bu əzəmətdə bir fövqəl-bəşəri tumar var idi. Bazalt sütunlarıyla əhatələnmiş bu yerlər mistik diyarı xatırladırdı insana.
Kəlbəcər nağılımın işıq gələn tərəfi idi. Ayna sulu, “durna gözlü bulaqları”, zümrüd meşələri, minbir dərdin dərmanı olan alp çəmənlərinin çiçəkləri, zümzüməli Tərtəri, Tutqusu, istisuyu, qızılı, civəsi, alinuti... haqdan gələn bəxşeyiş idi. Bu yurdda daş olmaq da gözəl idi: qız-gəlinlər daha çox sevərdi, xınalı olardılar axı.
Uzaq yolların yolçularına səadət əl eləmişdi. Daha “Kəlbəcərə 80 km” yazılan səddi qırıb dağıtmışdı igidlərin şücaəti. Qaranlıq tunelin o başından süzülüb gələn işıq bir köçkün elin ümid işartısına çevrilmişdi.
Murovun qarlı-boranlı, ahlı-amanlı, qanlı-qadalı aşırımları həsrətə vida deyib, vüsala qucaq açmışdı.
Cahannaməm deyil sonluğu duvaqqappalı nağılım, VƏTƏN! Azadlığın mübarək! Əlim ki, sənə yetdi, daha nə qəm?!..
Ulusu qucağında yurd salacaq günləri səbirsizliklə, intizarla gözləyir Kəlbəcərin! Biz də ona yenidən qovuşmağa gün sayırıq. Kəlbəcərə ilk köçün yol başlamasına azacıq bir zaman dilimi qalıb 30 illik ayrılığa tab edən ürək, bir azcana da səbr elə, nə qaldı ki, görüş gününə.
Bu yerdə Kəlbəcərin həsrətini çəkərək, gözlərinin nurunu itirərək, əlləri doğma yurda uzanılı əzrayıla can verməyən, onunla yataqda döyüşən Sücaətimizin 30 ildə göz yaşlarımızla dil açan misraları Murovdan aşıb gələn bulud kimi xəyalımı durna qatarına döndərdi:
“...Bir gün gülə-gülə qyıdavaqdı,
Ağlaya-ağlaya köğçən Kəlbəcər”...
Bakı, 25 noyabr 2020-ci il



Məhbəs arzularımın açarı Murov! Hürriyyətimin qala qapısı!  (esse)Nigar İMAMVERDİQIZI( Qaybalıyeva),
“Yenilik-press” qəzetinin redaktor müavini


BİR QƏRİNƏ YOL GÖZLƏYƏN QƏBİR...
(esse)


De dərdimi ozana,
Çərxi tərsə yazana.
Otuz il bax yollara,
Gələcəyəm, söz, ana!


Ömrünün baharında qəfil bir selləmə yağış yağmışdı. Səadətini yuyub aparmışdı. Gəlinklik libasını əynindən dünən çıxarmışdı: o şux qamətinə anam kəfən geyinmişdi. Yurd yerində daş olanım, ilahim, nə tez daşa dönmüşdü?!.
Anamın laylası yarımçıq, arzuları gözündə qalmışdı. Rüzigar o il sərt gəlmişdi...

Anam cahanın özü boyda muradıyla dünyadan köç etmişdi. Nə üç fidanını doyunca qoxlaya bilmişdi, nə özü dünyadan doymuşdu.
Sən demə, qarşıda hələ taleyin amansız minbir tələsi varmış...
Qanlı-qadalı müharibə illərində hamı isti ocağından üz tutmuşdi arana sarı. Bir el pərən-pərən olmuşdu. Bayquş ulayırdı o axar-baxarlı yayalaq yerində. Anam dağlarda qalmışdı...
Tanrı qismətinə əbədi yurd deyə doğma vətənini yazmışdı. Dağların ən uca yerində - zirvədə sükuta qərq olmuş bir məzar vardı. Elə hey yol gözləyirdi bu məzar. Başdaşı bağrı qan lalələr, baş çəkəni gözü nəmli buluddan arabir boy göstərən küsgün Günəş olmuşdu...

Son xəbərlər

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930