Azərbaycanda zəlzələ olacaq - Əhalinin nəzərinə - seysmoloq açıqladı
Son günlər Azərbaycanın müxtəlif ərazilərində hiss olunan zəlzələlər qeydə alınıb. Belə ki, ilk zəlzələ oktyabrın 15-də yerli vaxtla saat 19:03-də Biləsuvarda qeydə alınan yeraltı təkanların maqnitudası 3.6-ya bərabər olub.

Zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib.

Ardınca 16 oktyabrda Ağdaşda baş verən zəlzələ 3.1 bal gücündə olub, yerli vaxtla 08:47-də qeydə alınıb.

Hazırda seysmoloji vəziyyəti necə dəyərləndirmək olar? Yaxın zamanda zəlzələ gözlənilirmi? Ümumilikdə yaxın zamanlarda Azərbaycanda güclü zəlzələnin olma ehtimalı var?

Turaztv.az Referans.az-a istinadən xəbər verir ki, bu sualları AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, dosent Qulam Babayev News24.az-a açıqlamasında cavablandırıb:

"Son günlər Azərbaycanda , Cəlilabadda, Xəzər dənizində hiss olunan zəlzələlər baş verdi və ötən gün də daha bir zəlzələ baş vermişdir. Ümumiyyətlə bu ilin içində Azərbaycanda hiss olunan zəlzələlər baş verəcək və bu davam edir",

Mütəxəssis bildirib ki, güclü və dağıdıcı zəlzələlərin olması ehtimal olunmur, amma zəlzələrin olması mümkündür:

"Bir müddət idi ki, sakitlik hökm sürürdü, seysmoloji terminlə götürsək buna "Seysmik sükut" deyilir ki, bu da təhlükəli sayılır. Çünki həmin sükutdan sonra mütləq, hiss olunan zəlzələ olmalıdır və bu, qaçılmazdır. Amma təbii ki, yeri, gücü, zamanı, dərinliyi barədə geniş məlumat vermək olmur.

Seysmologiyanın bu baxımdan sirrli məqamları hələ də mövcuddur. Bir seysmoloq kimi qeyd edirəm, hesablarıma əsasən bu aktivlik il ərzində davam edəcək. Gördüyünüz kimi Türkiyədədə güclü zəlzələ baş verdi, Azərbaycanda da hiss olunan zəlzələnin olması mümkündür. Ancaq güclü dağıdıcı zəlzələlərin olmasını deməzdim, çünki digər bölgələrlə müqayisədə Azərbaycanın dərinlikdə baş verən proseslərin surəti o qədər də intensiv deyil. Sakit Okeanın bölgəsi, Yaponiya, Flippin, Çin, Koreya, Avropa adasında olan Türkiyə, İtaliya, Yunanıstanla müqayisədə Azərbaycan ərazisinin sürəti o qədər də intensiv deyil. Ona görə güclü və dağıdıcı zəlzələnin baş verməsini düşünmürəm. Amma hiss olunan zəlzələləri baş verməsi mümkündür. Çox güman ki, apardığım müşahidələrə əsasən 2025-ci ildə də aktivlik davam edə bilər".

Son xəbərlər

“ABŞ-nin müttəfiqləri İranı tərk etməlidir”

"Neftçi" "Xilasedici"ni üstələdi

Bayramov Hakan Fidanla telefonla danışdı

“20 Yanvar” istiqamətində avtomobil alışdı - Sıxlıq yarandı

Gürcüstanda qəzada yaralanan azərbaycanlı qız öldü - Foto

İranın səfiri etirazlara görə Fransa XİN-ə çağırıldı

İranda iğtişaşlar zamanı ölənlərin sayı 3 mini ötdü

Prezident Ağdərə sakinləri ilə görüşdü - Fotolar+Yenilənib

Bu ərazilərə qar yağır - Faktiki hava

Tramp iranlılara çağırış etdi - "Kömək yoldadır" (FOTO)

Prezidenti qonaq çağırdı

Bu yolda sürət həddi endirildi

Prezident İlham Əliyev: Ağdərənin gələcək inkişafı çox parlaq olacaq

Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub

MN-in sabiq idarə rəisinin cəzası azaldılıb

Dövlət xidmətinə rəis müavini təyin edildi

Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı ARTIRILDI

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

İşədüzəlmə vasitəçiləri üçün elektron reyestr istifadəyə verildi

Ölkə başçısı Çıldıranda görülmüş işlərlə tanış oldu

İlham Əliyev Ağdərədə vətəndaşın evində oldu - FOTOLAR

“O pullar Azərbaycana gətirilsə, iki bina tikdirəcəyəm” - Ağamusa Nağıyevin nəvəsi

İlham Əliyev Ağdərəyə getdi - Yenilənib

“Unibank”ın aktivləri 2 milyard manatı keçib

Oktay Kaynarca saxlanıldı

Bu il “Avroviziya”nın 2-ci yarımfinalında çıxış edəcəyik - Fotolar

“Teşkilat”ın aktyoru vəfat etdi - Fotolar

İran pulu “sıfır”a düşdü - Tarixi çöküş - Fotolar

Bütün xəbərlər
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031