“Dayandırın bu təhlükəli oyunları!” - Dağıntılar arasında xəbərdarlıq

“Bu dağıntılar təbii ki, bir müddətdən sonra söküləcək, bunların yerində yeni binalar inşa ediləcək. Ancaq bu mənzərə heç vaxt bizim yadımızdan çıxmamalıdır. Çünki bu işlərdə təkcə Ermənistan günahkar deyil”.

Bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.

Prezident əlavə edib: “Çünki bu işlərdə təkcə Ermənistan günahkar deyil. Əlbəttə, Ermənistan əsas günahkardır. Amma o günahı bölüşənlər onların arxasında o vaxt da, bu gün də duranlardır. Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik! Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları!

Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni, dediyim kimi şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz”.

Son xəbərlər

Eltisini evin mətbəxində əməliyyat edibmiş...

“Uzak Şehir”də yeni sima

Latviya təmsilçilərinin rusca danışması qınağa səbəb oldu

“Kann” ilk dəfə bu səbəbdən aktyorun qırmızı xalçaya çıxmasına qadağa qoydu

Dostunun ölümündən sarsılaraq öz saçını kəsdi

Fransa İranı Beynəlxalq Məhkəməyə verdi

Zelenski Sandu ilə bu məsələləri müzakirə etdi

AKP rəsmisi: Tramp Ərdoğanla müntəzəm danışığa önəm verir

Rusiya və Ukrayna arasında dialoq kanalları açıq qalmalıdır - Ərdoğan

Bakıda “Azerbaijan Fashion Week 2025” başlayır

Ronaldo İspaniya klubunu ala bilər

Döyülərək öldürülən Elgünün imtahan nəticələri açıqlandı - FOTO

Suriyanın Dünya Bankına olan borcunu bu ölkələr ödədi

İmamoğlu və digərlərinin həbs müddəti uzadıldı

Castin Biber o iddialarla bağlı ilk dəfə açıqlama verdi

Rusiyalı xizəksürən Azərbaycan yığmasında

Türkiyə isveçli jurnalisti azadlığa buraxdı

Hakan Fidan: Türkiyə Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün səylərini davam etdirəcək

CNN: İstanbul danışıqları gözləniləndən daha müsbət nəticə verib

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

ABŞ-də 11 məhbus həbsxanadan qaçıb

Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb

"Bir zamanlar İstanbul" izləyicilərinə pis XƏBƏR

“Umico” kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: Komissiyasız alış-veriş imkanı

508 və 521 nömrəli marşrutların hərəkət istiqaməti dəyişdirilir

Rauf Hacıyevin 103 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib - FOTOLAR

Türkiyədə onlarla şagird dönərdən zəhərlənib

Ərdoğan: Türkiyə terrorla mübarizəyə iki trilyon dollar xərcləyib

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031