Mehriban Əliyevaya - MÜRACİƏT
Azərbaycan Respublikasının I Vitse Prezidenti
Mehriban xanım Əliyevaya

Abşeron rayonu Polis İdarəsində (Heydər Əliyev prospekti 6)qeydiyyatda olan,
hal-hazırda Yasamal rayonu Nazim Hikmət küçəsi,bina 28 mənzil 13-də kirayə yaşayan anadangəlmə II qrup əlil Dadaşov Cəmil Zəbhulla oğlu tərəfindən

MÜRACİƏT

Çox hörmətli Mehriban xanım!
Mən Cəmil Zəbhulla oğlu Dadaşov 1961-ci ildə Şamaxı rayonunun Dəmirçi Sovetliyinin Zarat kəndində anadangəlmə əlil doğulmuşam. Sağ qolumun oynaqdan aşağı hissəsi yoxdur. II qrup əlil olmağıma baxmayaraq, uşaqlıqdan sol əlimlə yazmağı, oxumağı və müəyyən işləri görməyi öyrənmişəm. Gələcək həyatım acınacaqlı keçməsin deyə təhsil almışam. 15 ilə yaxın dövlət qulluğunda işləmişəm. Uşaqlıqdan mətbuata marağım olduğu üçün həmişə bu sahədə çalışmaqla, dövlətə və dövlətçiliyimizə xidmət etmək arzum olub. Artıq 22 ilə yaxındır ki, qəlbən bağlandığım mətbuatdayam. 2002-ci ildən indiyədək təsis etdiyim “Ədalət və Həqiqət” beynəlxalq ictimai-siyasi hüquq qəzetinin həm də baş yazarı olmaqla yanaşı “Turaztv.az”sayıtının da baş redaktoruyam. Vaxtilə ölkəmizə ləyaqətlə rəhbərlik etmiş ulu öndərin və sonra onun layiqli davamçısı - Cənab İlham Əliyevin apardığı siyasətin mahiyyətini, uğurlu dövlət quruculuğunu, daxili və xarici siyasi kursun ölkədə və beynəlxalq aləmdə tanıdılmasında həmişə əlimdən gələni əsirgəməmişəm. Bir mətbuat işçisi olaraq töhfələrimi bacardığım qədər xalqa çatdırmağa çalışmışam və bundan sonra da tutduğum müqəddəs yolu şərəflə, ləyaqətlə davam etdirəcəyəm. Məni bu yoldan heç bir qüvvə çəkindirə bilməz.
Hörmətli Mehriban xanım!
Ailəm mənim ən yaxın silahdaşımdır. Yaşayışımın acınaqcaqlı vəziyyətdə olmasından neçə ildir həyat yoldaşım ürək nevrozu diaqnozu ilə yataq xəstəsidir. Qızım Bakı Biznes və Kooperasiya kollecinin tələbəsidir, illik təhsil ödənişlərini ödəməkdə çox çətinlik çəkirəm. İşlədiyim bu uzun illər ərzində dəfələrlə aidiyyəti qurumlara müraciət etmişəm. Sizin ünvanınıza da özümün çətin durumumla,evsiz qalıb kirayədə yaşamağım, II qrup əlil olmağımla bağlı müraciətlər göndərmişəm. Mövcud yaşayışımla əlaqədar vəziyyət, normal yaşamağım üçün mənzilimin olmaması məni Azərbaycan vətəndaşı kimi çox narahat edir. Əlilliyə görə aldığım təqaüd ancaq kirayə puluna güclə çatır. Ailəmin dərmanlarını imkansızlığa görə ala bilmirəm.
Məktubumun əvvəlində qeyd etdiyim kimi, həmişə ölkəmizin mənafeyini öz mənafeyimdən üstün tutmuşam. Əqidəmlə, vicdanımla yaşamağı üstün saymışam. Artıq səhhətim günü-gündən pisləşir. İşim mənə güc gəlir. Ailəmin - övlad yanında başıaşağı, xəcalətli qalmışam. Uzun illər başqa-başqa mənzillərdə kirayədə qalmağım mənim özümü də bezdirib.Əlil kimi bu gün də fəaliyyətimi davam etdirirəm. Tək qolumla işləyirəm. Mövcud yaşayış şəraiti normal fəaliyyətimə mane olur, evsizliyə görə çox əziyyət çəkirəm. Normal əmək fəaliyyətinə başlamaq üçün evdə gözləntilərim olur. Odur ki, Sizdən sadaladığım problemləri, səhhətimi, sağlamlığımı nəzərə alıb mənzillə təmin olunmağıma köməklik göstərməyinizi xahiş edirəm.
Şahidiyəm ki, Sizin və cənab Prezidentimizin bütün sahələrdə atdığı humanist addımlar minlərlə ailəyə xoşbəxtlik gətirmişdir. Sizin və Prezidentin humanistliyiniz, nəcibliyiniz və xeyirxahlığınız, ali missiyaları daşımağınız hər bir dövlət qurumuna nümunədir. İstərdim ki, aidiyyəti qurumlar Sizin nümunənizdən faydalanıb, ibrət dərsi götürüb mənə köməklik etsinlər. İnanıram ki, məhz Sizin müdaxilənizdən sonra həmin qurumlar ailəmizə sevinc bəxş edəcək, Azərbaycanın əlil vətəndaşı olan Mənə - Cəmil Zəbhulla oğlu Dadaşova yardım əlini uzadacaq, ailəmin mənzillə təmin olunmağına lazımi köməklik göstərəcəklər.
Mən həmişə AZƏRBAYCANLI olmağımla fəxr etmişəm. Qürur duymuşam və duyuram ki, Sizin kimi humanist, demokratik, nəcib və xeyirxah, gündən-günə analoqu olmayan inkişafa imza atan bir İNSANın Prezident olduğu müstəqil Azərbaycanın, qüdrətli, heç vaxt əyilməz bir ölkənin vətəndaşıyam.
Azərbaycan xalqının ümidi Sizədir. İnam yerimiz məhz Sizsiniz, Bu inamla, ümidlə Sizdən çox şey gözləyirik. Bilirik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanı ancaq və ancaq Siz daha da irəliyə apara, başladığınız nəhəng işləri məhz Siz davam etdirə bilərsiniz. Və bu inamdayıq ki, Azərbaycan məhz Sizin səriştəniz və təcrübəniz sayəsində daha da çiçəklənəcək.
Sizə uğurlar diləyirik, Mehriban xanım!

Hörmətlə: Cəmil Zəbhulla oğlu DADAŞOV

05.03.2020

Telefon: (055) 340 50 63
(070) 340 50 63

Son xəbərlər

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb

22 yaşlı fitnesçi evində ölü tapıldı

İranda qəzada həlak olan konsulumuzla vida mərasimi keçirildi - Fotolar

Serenay Sarıkaya saxlanıldı

ÇAĞDAŞ POETİK NƏFƏS... - FOTO

Vaqif Vüqar : Əynimə geyinib buludlarını... - FOTO

Sabah yağış yağacaq, şimşək şaxacaq - PROQNOZ

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO

66 yaşlı Nazpəridən İstanbul - Fotosessiyası

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

Qəbulun II cəhdinə qeydiyyat başlayır

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Azərbaycanda apreldə əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

İyunda bu bürclərin yeni şansları olacaq

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Attal prezidentliyə rəsmən namizəd oldu

Makron Lukaşenkoya zəng vurub, ona xəbərdarlıq etdi

İmişlidə qəza oldu - Ölənlər və yaralananlar var

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazırdır

QIZBƏS QƏBƏLƏ : BİR BAHAR AXŞAMINDA - FOTO

Şəhidlik zirvəsinə ucalan Quliyev Şəhriyar Nəsib oğlunun, may ayının 25- də cənnətdəki mövlud günüdü - FOTO

Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031