Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib
Sentyabrın 18-də “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası (“RASIT”)” qeyri-hökumət təşkilatı ilə Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) və Təhsil İnsitutunun nümayəndələri arasında onlayn görüş keçirilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanın qadın və qızların maarifləndirilməsi istiqamətindəki səylərini, eləcə də qadın və qızların elm və təhsil sahəsində aparıcı mövqe tutduğunu nəzərə alaraq, “RASIT” tərəfindən Azərbaycan 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib.

Görüşdə “RASIT”in icraçı direktoru şahzadə Nisreen əl-Haşimi, Mavritaniya İslam Respublikasının sabiq prezidenti Ameena Gurib-Fakim, Təhsil İnstitutunun (Tİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, EATDA-nın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov və digərləri iştirak edib. Görüşdə Azərbaycanın “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” mövzusuna həsr edilmiş loqo da təqdim olunub.

Qeyd edək ki, sözügedən müddət ərzində ölkəmizdə “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” kimi elm sahəsində çalışan qadın və qızların elmi tədqiqat bacarıqlarının artırılması üçün layihələrin həyata keçirilməsi, elm sahəsində olan müxtəlif tədqiqat qrant və təqaüdləri barədə universitet tələbələrinin məlumatlandırılması və eləcə də regionlarda təhsil alan qızların elm sahəsinə yönləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Mənzil qərargahı Amerika Birləşmiş Ştatlarında yerləşən “RASIT”-in fəaliyyətində Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi, sosial-iqtisadi inkişaf və təhsil imkanlarının artırılması kimi məsələlər əsas yer tutur.

Son xəbərlər

İran və Pakistan liderləri Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar

Pakistanın Baş naziri İran prezidenti ilə ABŞ-İran danışıqlarını müzakirə edib

Tramp: İranla sazişin konsepsiyası hazırdır

ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir

Superliqaya ilk onlar vəsiqə qazandılar

Samoa sahillərində güclü zəlzələ olub

ABŞ Oman körfəzində İran yük gəmisini ələ keçirib

"Sumqayıt" 3 aydan sonra qələbə qazandı

GÜNÜMÜZDƏ ƏDƏBİYYATIN GƏNCLƏRƏ TƏSİRİ - FOTO

RUHUN QAYIDIŞI — BİR YOLÇULUĞUN YADDAŞI, ZAMANI VƏ HƏQİQƏTİ... - FOTO

Məşhur qazax şairi vəfat etdi

Müğənni Pünhan nişanlandı - FOTO

İran danışıqların ikinci mərhələsində iştirakdan imtina etdi

ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu

“Ərim atamı döyüb” - Foto

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salınıb

Qadın voleybolçuların Yüksək Liqasının qalibləri mükafatlandırılıb - FOTOLAR

Antalyada Fidanla Lavrovun görüşü oldu

O da "Kızılcık şerbeti"ndən gedir - FOTO

Aleksandar Vuçiç və İlham Əliyev Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb

Unutsaq, unudularıq - FOTOLAR

Aralıq dənizində zəlzələ oldu

"Tramp kimdir ki?.." - Pezeşkian

İkinci sinif şagirdi dünyasını dəyişdi - FOTO

Husilər Trampa xəbərdarlıq etdi

Gənc bəstəkar katib təyin olundu

Güclü yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Londonda sinaqoqa hücum edildi

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930