Azərbaycanda inflyasiyanı artıracaq risklər - Açıqlandı


Azərbaycanda inflyasiyanın xarici fonu ümumilikdə sabitdir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumata görə, avqust-sentyabr aylarında illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (4±2%) daxilində olub. Belə ki, 2024-cü ilin avqust ayında 12 aylıq inflyasiya 3,5 %, ərzaq malları üzrə inflyasiya 3 %, qeyri-ərzaq malları üzrə 1,8 %, xidmətlər üzrə 5,6 % təşkil edib. İllik baza inflyasiya isə 2,4 % olub.

“Bu dövrdə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 8 ayında 2,8 %) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.

Uçot dərəcəsi ilə bağlı ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski hesab olunmaqdadır. Aparıcı iqtisadiyyatlarda monetar şərait sərt olaraq qalır.

Lakin dünyada inflyasiya təzyiqlərinin azalması şəraitində aparıcı ölkələrdə mərkəzi bankların faizləri tədricən azaldacağı ehtimalı yüksəlir. İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi, habelə büdcə xərclərinin artımı (cari ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 %) və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə məcmu tələbin izafi artımı aiddir. Son 1 ildə bank sisteminin kredit portfeli 19,5 %, o cümlədən biznes kredit portfeli isə 18,4 % artıb”, - rəsmi məlumatda qeyd olunub.

Son xəbərlər

Millətlər Liqası: Portuqaliya yığması Polşanı məğlub edib

ABŞ ballistik raketləri dəf etmək üçün İsrailə THAAD sistemi verəcək

Millətlər Liqası: Portuqaliya və İspaniyadan qələbə

Ərdoğanın bəyanatı təşviş yaratdı – Türkiyə müharibəyə qoşulur?

Keniyada icmalararası toqquşmalarda 18 nəfər həlak olub

Sevinc Yunuslu : “Həyat ağacım”.. - FOTO

Tramp bu şəxslərə ölüm cəzası verilməsini istəyir

Bakıda “Qərbi Azərbaycanın şirin inciləri" kitabının təqdimatı olub - FOTOLAR

Münhendən Antalyaya uçan təyyarənin eniş zamanı təkəri partladı

ABŞ-də ermənilər 54 milyon dollardan çox pulu mənimsəyiblər

Ürək xəstəliyini üzə baxaraq necə müəyyən etmək olar? - Doqquz xarici əlamət

Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış - Ölən və yaralananlar var

ABŞ Hərbi Hava Qüvvələri Suriyada İŞİD-ə zərbələr endirib

Gülafət Hacıqızı : "Düşünməkdən yorulmayın" - FOTO

Ermənistanda zəlzələ oldu

Yollarda duman olacaq - XƏBƏRDARLIQ

Leyla Abdullayeva Fransadakı tələbələri Azərbaycan həqiqətlərini çatdırmağa çağırıb - FOTOLAR

Sumqayıtda toy mərasimində ölüm qeydə alınıb

Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib

Ağsuda yeniyetməni ilan sancıb

Ruhun şad, məkanın cənnət olsun Şəhidim FOTO

TƏBİB sədri bu xanıma yüksək vəzifə verdi - FOTO

Toya gedən müğənninin maşını aşdı - Foto

Arvadını, 4 uşağını və özünü öldürdü - Türkiyədə ailə faciəsi

İlham Əliyev İspaniya Kralını təbrik edib

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031