Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Adı bir sıra qalmaqallarda hallanan Bakı Apellyasiya Məhkəməsinin keçmiş hakimi bu dəfə dələduzluqda ittiham olunur.

Turaztv.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunan Lətif Ədil oğlu Nəbiyev bir qadından biznes qurmaq üçün külli miqdarda pul almaqda ittiham olunur.

Bu barədə Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Rəfayıl Mahmudova 34-cü Polis Bölməsinə müraciət edib.
O bildirib ki, 2015-ci ilin fevral ayında Lətif Nəbiyev onun etibarından sui-istifadə edərək iş qurmaq adı ilə ondan 15 min manat alaraq qaytarmayıb.

Müraciətlər bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2009-cu ildə iş adamı Xanbəyi Zamanov Balaxanı qəsəbəsində məişət tullantıları zavodunun yaxınlığında "Azsamand” markalı avtomobilində "Naqan" tipli tapança ilə öldürülüb, sonra isə yandırılıb.
X. Zamanovun "Şakir” MTK-nın rəhbəri Şakir Hüseynovla uzunmüddətli məhkəmə çəkişməsi olub. Yasamal rayon Məhkəməsi X. Zamanovun xeyrinə qətnamə çıxarıb. Bakı Apellyasiya Məhkəməsində işə baxan hakim Lətif Nəbiyev birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib. Bundan sonra X.Zamanov və qardaşı Elmin 2008-ci ildə Məhkəmə-Hüquq Şurasına müraciət edərək mülki işə Apellyasiya Məhkəməsində baxılarkən məhkəmənin Lətif Nəbiyev tərəfindən korrupsiya hüquqpozmalarına yol verildiyi bildirilib. Məhkəmə Hüquq Şurasının qərarı ilə L.Nəbiyev intizam məsuliyyətinə cəlb edilib və ona töhmət verilib.

Sonra isə adı bu qətldə sifarişçi kimi hallandığı üçün vaxtından əvvəl hakimlik səlahiyyətlərinə xitam verilib.

Son xəbərlər

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb

22 yaşlı fitnesçi evində ölü tapıldı

İranda qəzada həlak olan konsulumuzla vida mərasimi keçirildi - Fotolar

Serenay Sarıkaya saxlanıldı

ÇAĞDAŞ POETİK NƏFƏS... - FOTO

Vaqif Vüqar : Əynimə geyinib buludlarını... - FOTO

Sabah yağış yağacaq, şimşək şaxacaq - PROQNOZ

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO

66 yaşlı Nazpəridən İstanbul - Fotosessiyası

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

Qəbulun II cəhdinə qeydiyyat başlayır

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Azərbaycanda apreldə əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

İyunda bu bürclərin yeni şansları olacaq

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Attal prezidentliyə rəsmən namizəd oldu

Makron Lukaşenkoya zəng vurub, ona xəbərdarlıq etdi

İmişlidə qəza oldu - Ölənlər və yaralananlar var

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazırdır

QIZBƏS QƏBƏLƏ : BİR BAHAR AXŞAMINDA - FOTO

Şəhidlik zirvəsinə ucalan Quliyev Şəhriyar Nəsib oğlunun, may ayının 25- də cənnətdəki mövlud günüdü - FOTO

Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı

Türkiyə bu ölkəyə ordunu yenidən qurmağa kömək edəcək

Azərbaycan yeni beynəlxalq təşəbbüslər irəli sürən mühüm dövlətlərdən birinə çevrilib ŞƏRH

Füzuli sakinini ildırım vurub öldürdü

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031