Xəbərlər
17.05.2024, 22:40
Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib
Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, çempion "Qarabağ" bu mövsüm heç bir iddiası qalmayan "Turan Tovuz"u qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşan görüş Ağdam təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 19-cu dəqiqədə Olavio Juninyo açıb. Emmanuel Hakman 47-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. Luis Paçu 53-cü dəqiqədə Tovuz klubunu önə keçirib. Leandro Andrade 69-cu dəqiqədə "köhlən atlar"ın ikinci qoluna imza atıb. 75-ci dəqiqədə Mateus Silva "köhlən atlar"ı yenidən hesabda önə çıxarıb. 10 dəqiqə sonra Emmanuel Hakman dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 90-cu dəqiqədə özünün ikinci qoluna imza atan Leandro Anrade müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 82-yə çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Turan Tovuz" isə 45 xalla altıncı pillədə qalıb.
Qeyd edək ki, turun digər oyunları mayın 17-18-də keçiriləcək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay