Türkiyə və Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması investisiyalarının cəlb edilməsi baxımından əhəmiyyətlidir - AÇIQLAMA
İkiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr beynəlxalq iqtisadi əlaqələrin inkişafında xüsusilə mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu müqavilələr bir dövlətin sərmayəçilərinin digər dövlətdə fəaliyyətləri zamanı vergitutmanın prinsiplərini müəyyənləşdirməklə, həmin sərmayəçilərə əlverişli şəraitin yaradılması, bununla da xarici sərmayələrin cəlb edilməsi və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük önəm daşıyır. Azərbaycan müstəqillik dönəmindən bu günə kimi 56 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq saziş imzalayıb ki, bunlardan 54-nün tətbiqinə başlanılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Türkiyə və Azərbaycan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş 1994-cü ildə imzalanıb. Ötən dövr ərzində ölkələr arasında artan iqtisadi əlaqələr, beynəlxalq vergitutma tendensiyasında baş verən əsaslı dəyişikliklər, hər iki ölkə tərəfindən ikiqat vergitutmanın aradan qaldırılması haqqında Model Konvensiya layihələrinin yenidən hazırlanması yeni Saziş layihəsi üzrə danışıqların aparılmasını zəruri edib.

“Bununla bağlı, cari ilin 7-9 fevral tarixlərində Türkiyənin Ankara şəhərində Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Saziş layihəsi üzrə danışıqlar baş tutub. Danışıqların nəticəsi olaraq fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıblar. İmzalanmış yeni saziş həm Azərbaycan iqtisadiyyatına Türkiyə investisiyalarının cəlb edilməsi, həm də bir dövlətin müəssisələrinin və fiziki şəxslərinin digər dövlətdə iqtisadi fəaliyyətlə məşğul olduqları zaman onlar üçün əlverişli vergi mühitinin yaradılması baxımından əhəmiyyətli hesab edilir”, - deyə Dövlət Vergi Xidmətinin məlumatında bildirilir.

Son xəbərlər

ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir

Superliqaya ilk onlar vəsiqə qazandılar

Samoa sahillərində güclü zəlzələ olub

ABŞ Oman körfəzində İran yük gəmisini ələ keçirib

"Sumqayıt" 3 aydan sonra qələbə qazandı

GÜNÜMÜZDƏ ƏDƏBİYYATIN GƏNCLƏRƏ TƏSİRİ - FOTO

RUHUN QAYIDIŞI — BİR YOLÇULUĞUN YADDAŞI, ZAMANI VƏ HƏQİQƏTİ... - FOTO

Məşhur qazax şairi vəfat etdi

Müğənni Pünhan nişanlandı - FOTO

İran danışıqların ikinci mərhələsində iştirakdan imtina etdi

ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu

“Ərim atamı döyüb” - Foto

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salınıb

Qadın voleybolçuların Yüksək Liqasının qalibləri mükafatlandırılıb - FOTOLAR

Antalyada Fidanla Lavrovun görüşü oldu

O da "Kızılcık şerbeti"ndən gedir - FOTO

Aleksandar Vuçiç və İlham Əliyev Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb

Unutsaq, unudularıq - FOTOLAR

Aralıq dənizində zəlzələ oldu

"Tramp kimdir ki?.." - Pezeşkian

İkinci sinif şagirdi dünyasını dəyişdi - FOTO

Husilər Trampa xəbərdarlıq etdi

Gənc bəstəkar katib təyin olundu

Güclü yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Londonda sinaqoqa hücum edildi

9 nəfərdə telefon aşkarlandı - İmtahandan çıxarıldılar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Bu gün imtahan var

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930