Səfir Mark Libbi: Azərbaycan uzun illər transmilli təhlükələrə qarşı ABŞ ilə birgə mübarizə aparıb
ABŞ-Azərbaycan münasibətlərində bir çox məsələlər prioritet hesab oluna bilər. Bunların arasında regional təhlükəsizlik, enerji sahələri ilə yanaşı, Azərbaycanda insan hüquqları, dini azadlıqlar kimi məsələlər də yer alır. Heç kim Azərbaycanda dini tolerantlığın olduğunu dana bilməz. Buradakı dini tolerantlıq haqqında həqiqətən də çox yaxşı fikirlər söyləmək olar. Azərbaycanda uzun illərdir yəhudilər, xristianlar və müsəlmanlar bir arada yaşayırlar.

Bu sözləri ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

Diplomat bildirib ki, ABŞ Komissiyasının Azərbaycan haqqında hesabatı rəsmi dövlət strukturunun hesabatı deyil. Rəsmi istinad kimi Beynəlxalq Dini Azadlıq Hesabatını (International Religious Freedom Report) nəzərə almaq olar. Biz belə mövzularda müzakirələr aparmaqdan məmnunuq və Azərbaycan dövlətini daha da çox təşviq etmək istəyərik. Rusiyanın Ukraynaya qarşı müharibəsi bəlkə də Avropanın və bütün dünyanın qarşılaşdığı ən böyük strateji çağırışdır.

Həmçinin ikitərəfli əlaqələr, Ermənistanla sülh danışıqları və Azərbaycanın COP29-a ev sahibliyi etməsi məsələləri önəmlidir. Bizim əməkdaşlıq üçün böyük potensialımız var. Bu o demək deyil ki, proses zamanı bəzi fikir ayrılıqlarımız olacaq.

“Bizim üçün fərqi yoxdur ki, Ermənistan ilə Azərbaycan arasında sülhün əldə edilməsində vasitəçi rolunu kim oynayacaq, əsas odur ki, sülh olsun. Bu vasitəçi Rusiya da ola bilər, ABŞ da, bizim üçün fərqi yoxdur”, - deyən səfir vurğulayıb ki, ABŞ olaraq biz gələcəkdə münasibətlərimizdə hansı məsələləri tənzimləyə biləcəyimiz üzərində fokuslanmışıq. ABŞ Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb. Biz BMT Təhlükəsizlik Şurasında da Azərbaycanın ərazi bütövlüyünə dair qətnamələrə səs vermişik.

“Azadlığa dəstək aktı”na 907-ci düzəlişlə bağlı fikirlərini bölüşən diplomat bu qərarın 30 il əvvəl qəbul olunduğunu diqqətə çatdıraraq deyib: “Mən şəxsən orada olmamışam və düşünürəm ki, Azərbaycanın hərbi yardım almağa ehtiyacı yoxdur. Bundan başqa, aramızda bir çox digər sahələrdə əməkdaşlıq layihələri var. Həmin layihələrlə müqayisə edildikdə 907-ci düzəliş çox xırda məsələ olaraq qalır. ABŞ və Azərbaycan olaraq biz ortaq maraqlarımız üzərində fokuslanmalıyıq və bu sahələrdə əməkdaşlığımızı daha da genişləndirməliyik. Ortaq maraqlara strateji maraqlarımız da daxildir. Bu o demək deyil ki, biz sabah bir-birimizi tənqid edə bilmərik. Mən də o fikirlə razıyam ki, azərbaycanlılarla ermənilərin bir arada yaşamamağı üçün heç bir səbəb yoxdur. Təbii ki, bu, çətin olacaq, ortada qanlı tarix var”.

Azərbaycan ilə bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olduqlarını söyləyən səfir qeyd edib ki, ölkə yaşıl enerjiyə keçidi tamamlaya bilər. Azərbaycanda enerji sahəsində şaxələndirmə mövcuddur, o cümlədən Mərkəzi Asiyadakı enerji mənbələri buradan Qərbə nəql oluna bilər.

COP29-un Azərbaycanın özünü bütün dünyaya tanıtması üçün nəhəng bir layihə olduğunu vurğulayan diplomat əlavə edib: “Təbii ki, logistik məsələlər də diqqət mərkəzində olmalıdır. Həmçinin diplomatik məsələlər də var. Azərbaycan tədbiri elə təşkil etməlidir ki, heç bir dövlət kənarda qalmasın. Amma Azərbaycanın bu cür tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə heç bir şübhəm yoxdur. COP29 Azərbaycanın öz liderlik xüsusiyyətlərini göstərmək fürsətidir. ABŞ olaraq bizim enerji sahəsinə böyük marağımız var. ABŞ-ın xarici siyasəti barədə onu deyə bilərəm ki, bizim Avropa ilə əməkdaşlığımız hər zaman prioritet məsələ olacaq”.

ABŞ-da keçiriləcək prezident seçkiləri məsələsinə toxunan səfir qeyd edib ki, nəticələrin necə olacağı, əgər Tramp qalib gələrsə nələrin baş verəcəyi barədə heç nə deyə bilmərəm.

Azərbaycanın uzun illər transmilli təhlükələrə qarşı ABŞ ilə birgə mübarizə apardığını diqqətə çatdıran Mark Libbi deyib: “Biz Ukraynaya humanitar yardım sahəsində Azərbaycan ilə də əməkdaşlıq etmək istəyərdik. Lakin gündəlikdə duran ən əsas məsələ Ermənistanla sülh sazişinin imzalanmasıdır”.

Bəzi ABŞ rəsmilərinin Azərbaycana qarşı səsləndirdikləri iddiaların onların şəxsi fikirləri olduğunu vurğulayan səfir əlavə edib: “Mən də Azərbaycanda ABŞ əleyhinə bir çox mənfi sözlər eşitmişəm, bəziləri ABŞ-ı çox pis şəkildə təqdim edirlər. Lakin bütün bunlar ölkələrin arasındakı münasibətlərdən xəbər verə bilməz. Bunlar sadəcə şəxsi fikirlərdir”.

Son xəbərlər

Parlament Azərbaycanla İƏT-in Təmiz Enerji Mərkəzi arasındakı sazişi müzakirə edəcək

Keçən il büdcəyə bərpa edilən vəsaitin həcmi məlum olub

FHN: Ötən həftə 179 yanğına çıxış olub, 46 nəfər xilas edilib - VİDEO

Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Sabah yağış yağacaq

Bakıda marketlərdən oğurluq edən 5 nəfər saxlanıldı

Baş məşqçi olub tarixə düşdü

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

Bayramlarını belə qeyd edirlər - Fotolar

“Bavariya” 54 illik rekordunu yenilədi

Londonda etiraz aksiyası zamanı 500-dən çox şəxs saxlanılıb

Hörmüz boğazını keçmək istəyən iki boş supertanker geri dönüb

"Öyle bir geçer zaman ki"nin aktyoru yeni serialda - FOTO

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb, bəzi yataqlarda işlər davam edir

Salyanda avtomobil aşıb, qadın sərnişin ölüb - YENİLƏNİB

FHN: Üç ton ərzaq və gündəlik tələbat malları Qubanın Qonaqkənd kəndinə çatdırılıb

Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava

“Qəbələ” “İmişli”yə, “Turan Tovuz” “Sumqayıt”a qarşı

İstanbulda əyləncə məkanlarına basqın - Məşhurlar saxlanıldı

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür

FHN bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib

Xəzər dənizində zəlzələ olub

VAQİF VÜQAR : Ruhunuzu öyrətməyin qəribliyə...

Pravoslav xristianları Pasxa bayramını qeyd edir

Bu gün 53 minə yaxın şagird buraxılış imtahanı verəcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930