Şeyxülislam Beynəlxalq İnsan Qardaşlığı Gününə həsr olunmuş virtual tədbirdə çıxış edib
Fevralın 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının Beynəlxalq İnsan Qardaşlığı Günü ilə bağlı təşkil etdiyi virtual tədbirdə iştirak edib.

Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-a bildirilib ki, videokonfransın əvvəlində BMT-nin Baş katibi Antonio Quterreşin tədbir iştirakçılarına təbriki səsləndirilib.

BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun sədrliyi ilə keçirilən tədbirə onlayn qoşulan Şeyxülislam Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbir iştirakçılarına yetirib, konfransın işinə xeyir-dua verib. Bugünkü virtual görüşün dünyada sülhə, dinlər və sivilizasiyalararası dialoqun inkişafına töhfə verəcəyinə inandığını bildirib.

QMİ sədri 2019-cu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Roma Papası Fransisklə Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd əl-Tayyib arasında imzalanan “İnsan Qardaşlığı, Dünyada Sülh və Birgəyaşayış” sənədini tarixi hadisə kimi xarakterizə edib. Bildirib ki, bəşəriyyətə təhdid olan böhranların dərinləşməsi beynəlxalq hüququn prinsip və normalarına riayət olunmaması üzündən baş verir. Ümumbəşəri mənəvi prinsiplərin bərqərar olması naminə, ksenofobiya və nifrətə çağırış və digər təhdidlərin qarşısının alınması üçün tərəqqipərvər insanların həmrəyliyinə ciddi ehtiyac var. Bu gün demokratiya və söz azadlığı pərdəsi altında dini hisslərin, rəmz və müqəddəsliklərin təhqir olunmasının qarşısı alınmalı, bunun üçün zəruri addımlar atılmalıdır.

Allahşükür Paşazadə son zamanlar erməni təbliğatının ruporuna çevrilmiş bəzi dairələrin, beynəlxalq təşkilatların ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasına toxunaraq Azərbaycanda guya xristian məbədlərinin dağıdılması haqqında səslənən fikirlərin yalan, iftira olduğunu, heç bir fakta söykənmədiyini diqqətə çatdırıb. Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə aparılan böyük quruculuq işləri barədə danışıb, erməni vandalizminə məruz qalmış məscidlərlə yanaşı, kilsə və sinaqoqların təmir-bərpa olunduğunu bildirib.

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə toxunan Şeyxülislam bu tədbiri ölkəmizin tarixində mühüm hadisə kimi xarakterizə edərək vurğulayıb ki, seçkilər öz müstəqilliyini əldə etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun dünya birliyi tərəfindən tanınan bütün ərazilərində keçiriləcək.

Tədbirdə müxtəlif dövlətlərin BMT yanında daimi nümayəndələri, o cümlədən Səudiyyə Ərəbistanının təmsilçisi Əbdüləziz əl-Vasil, Mərakeşin daimi nümayəndəsi Ömər Qadiri, Ərəb Dövlətləri Liqasının nümayəndəsi Əbdülməcid Əbdülfəttah, Misirin nümayəndəsi Osama Əbdülxaliq, Pakistanın təmsilçisi Osman Jadun, Vatikan Dövlətinin nunsisi arxiyepiskop Qabriel Cordano, İspaniyanın daimi nümayəndəsi Hektor Hernandes, Kabo-Verdi Respublikasının təmsilçisi Tanya Romialdo və başqaları çıxış edərək fikirlərini bildiriblər.

Son xəbərlər

Bakıda daha iki ərazidə yollar təmir edilib

Parlament Azərbaycanla İƏT-in Təmiz Enerji Mərkəzi arasındakı sazişi müzakirə edəcək

Keçən il büdcəyə bərpa edilən vəsaitin həcmi məlum olub

FHN: Ötən həftə 179 yanğına çıxış olub, 46 nəfər xilas edilib - VİDEO

Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Sabah yağış yağacaq

Bakıda marketlərdən oğurluq edən 5 nəfər saxlanıldı

Baş məşqçi olub tarixə düşdü

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

Bayramlarını belə qeyd edirlər - Fotolar

“Bavariya” 54 illik rekordunu yenilədi

Londonda etiraz aksiyası zamanı 500-dən çox şəxs saxlanılıb

Hörmüz boğazını keçmək istəyən iki boş supertanker geri dönüb

"Öyle bir geçer zaman ki"nin aktyoru yeni serialda - FOTO

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb, bəzi yataqlarda işlər davam edir

Salyanda avtomobil aşıb, qadın sərnişin ölüb - YENİLƏNİB

FHN: Üç ton ərzaq və gündəlik tələbat malları Qubanın Qonaqkənd kəndinə çatdırılıb

Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava

“Qəbələ” “İmişli”yə, “Turan Tovuz” “Sumqayıt”a qarşı

İstanbulda əyləncə məkanlarına basqın - Məşhurlar saxlanıldı

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür

FHN bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib

Xəzər dənizində zəlzələ olub

VAQİF VÜQAR : Ruhunuzu öyrətməyin qəribliyə...

Pravoslav xristianları Pasxa bayramını qeyd edir

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930