Türkiyənin zəlzələ bölgəsində 75 min mənzilin tikintisi qarşıdan gələn iki ay ərzində tamamlanacaq
Türkiyədə baş vermiş zəlzələ bölgəsində inşa edilən 75 min mənzilin tikintisi qarşıdan gələn iki ay ərzində tamamlanacaq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətində ötən ilin fevral ayında baş verən zəlzələdən zərər çəkmiş şəxslərə yeni tikilən mənzillərin açarlarının verilməsi mərasimində çıxışı zamanı bildirib.

Ölkə başçısı qeyd edib ki, 11 vilayət, 124 rayon, 6929 kənd və məhəllə, eləcə də 14 milyon insana təsir edən bu zəlzələ zamanı dağılan 39 minə yaxın tikilidən 26 minində axtarış-xilasetmə işləri aparılıb. Bundan əlavə 200 mindən artıq tikili ağır zədə alıb.

Ölkəsinin əsrin fəlakəti adlandırılan bu faciəni əsrin həmrəyliyinə çevirməklə çətin günləri geridə qoyduğunu vurğulayan Ərdoğan yeraltı təkanlardan sonra aparılan axtarış-xilasetmə işləri və sonrakı dövrdə 11 vilayətin yenidən qurulması istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, aparılan araşdırmalar nəticəsində Hatayda 135 min 589-u yaşayış, 15 min 599-u iş yeri olmaqla ümumilikdə 150 minə yaxın tikilinin sahibi müəyyən edilib. Ümumilikdə zəlzələ bölgəsində müəyyən edilən haqq sahiblərinin sayı isə 390 nəfərdir. Bugünkü püşkatma mərasimində 6572-si vilayət və rayon mərkəzlərində, 703-ü isə kənd yerlərində olmaqla 7275 tikilinin açarları təslim edilir.

Xatırladaq ki, Azərbaycan ilə Türkiyə arasında imzalanan Sazişə əsasən, Azərbaycan Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərər çəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa edir.

Son xəbərlər

Parlament Azərbaycanla İƏT-in Təmiz Enerji Mərkəzi arasındakı sazişi müzakirə edəcək

Keçən il büdcəyə bərpa edilən vəsaitin həcmi məlum olub

FHN: Ötən həftə 179 yanğına çıxış olub, 46 nəfər xilas edilib - VİDEO

Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Sabah yağış yağacaq

Bakıda marketlərdən oğurluq edən 5 nəfər saxlanıldı

Baş məşqçi olub tarixə düşdü

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

Bayramlarını belə qeyd edirlər - Fotolar

“Bavariya” 54 illik rekordunu yenilədi

Londonda etiraz aksiyası zamanı 500-dən çox şəxs saxlanılıb

Hörmüz boğazını keçmək istəyən iki boş supertanker geri dönüb

"Öyle bir geçer zaman ki"nin aktyoru yeni serialda - FOTO

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəməri tam gücü ilə işə düşüb, bəzi yataqlarda işlər davam edir

Salyanda avtomobil aşıb, qadın sərnişin ölüb - YENİLƏNİB

FHN: Üç ton ərzaq və gündəlik tələbat malları Qubanın Qonaqkənd kəndinə çatdırılıb

Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava

“Qəbələ” “İmişli”yə, “Turan Tovuz” “Sumqayıt”a qarşı

İstanbulda əyləncə məkanlarına basqın - Məşhurlar saxlanıldı

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür

FHN bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Pakistan İran və ABŞ-a Hörmüzdə birgə patrul xidməti təklif edib

Xəzər dənizində zəlzələ olub

VAQİF VÜQAR : Ruhunuzu öyrətməyin qəribliyə...

Pravoslav xristianları Pasxa bayramını qeyd edir

Bu gün 53 minə yaxın şagird buraxılış imtahanı verəcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930