İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏTİN MÜSTƏQİLLİYİ ƏBƏDİ VƏ SARSILMAZDIR - FOTOLAR
İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏTİN MÜSTƏQİLLİYİ ƏBƏDİ VƏ SARSILMAZDIR.


Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanın əksər göstəriciləri aşağı, həmçinin sənaye potensialı zəif olduğu üçün, ölkəmiz Sovet İttifaqında geridə qalmış kənd təsərrüfatı respublikası kimi tanınırdı. Azərbaycanı böhran vəziyyətdən çıxarmaq üçün xalqa əsl rəhbər ola biləcək şəxsiyyətə böyük ehtiyac duyulurdu. 14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi və digər maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün mümkün tədbirləri həyata keçirməyə başladı. Xalqın şanlı keçmişini, soykökünü qaytarmaq, milli adət-ənənələrini yaşatmaq, habelə zəngin mədəniyyətini, incəsənətini, eləcə də ana dilini inkişaf etdirmək üçün ölçüyəsığmaz işlər görən böyük şəxsiyyət ictimai şüurdakı qorxunu, tərəddüdü aradan qaldırmağa, cəmiyyəti bütün sahələr üzrə inkişafa ruhlandırmağa, azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşınında boğulmasının qarşısını qətiyyətlə almağa müvəffəq oldu.
İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏTİN MÜSTƏQİLLİYİ ƏBƏDİ VƏ SARSILMAZDIR - FOTOLAR

Bununla da, Heydər Əliyev xalqımızın milli mənlik şüurunun alovlanmasına təkan verməklə, məqsədyönlü tədbirlər, hərtərəfli islahatlar həyata keçirərək respublikamızı qısa müddətdə sürətlə inkişaf etdirdi və bütün bunların nəticəsində Azərbaycan geridə qalmış kənd təsərrüfatı respublikasından aqrar-sənaye respublikasına çevrilərək, bir çox cəhətdən özünü təmin edən və ümumittifaq büdcəsinə töhfələr verən iki respublikadan biri olmaqla Sovet İttifaqında ön sıraya keçərək öz layiqli yerini tutdu. Azərbaycan inkişaf edib yüksəldikcə, onun rəhbərinin nüfuzu da artırdı. Bu isə tarixi düşmənlərimiz olan erməniləri narahat edirdi. 1982-ci ildə ulu öndərimizin ittifaq rəhbərliyinin ən yüksək pillələrindən birinə–SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi və Mərkəzi Komitənin Siyasi Bürosuna üzv seçilməsi isə ermənilərin daha ciddi narahatlığına səbəb oldu. Yeni vəzifənin də öhdəsindən xüsusi peşəkarlıqla gələn müdrik rəhbər Heydər Əliyevin uğurları ölkə rəhbərliyinin yüksək eşalonunda əyləşənlərin də ona qarşı qısqanclıq hisslərini gücləndirir və bu ermənipərəst Qorbaçovun hakimiyyətə gəlişindən sonra daha qabarıq nəzərə çarpırdı. Yaranmış fürsətdən istifadə edən ermənilər onun vəzifədən uzaqlaşdırılması planını işə salaraq, bu prosesə dünyada məşhur olan erməni lobbisini də cəlb edir.
İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏTİN MÜSTƏQİLLİYİ ƏBƏDİ VƏ SARSILMAZDIR - FOTOLAR

Vətəni Azərbaycanda da vaxtilə dəstək olduğu bəzi qüvvələrin ona qarşı çıxması isə Heydər Əliyevi mənən sarsıtmaqla, digər tərəfdən ruhdan salırdı. Sadalanan səbəblərdən o, 1987-ci ilin oktyabrında vəzifədən istefa verməyə məcbur oldu. Bundan sonra, vətənin və xalqın məşəqqətli günləri başladı. Əvəlcə, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək ideyası meydana çıxdı ki, bu da xalqımızın soyqırımı ilə müşayiət olunan torpaqlarımızın işğal edilməsi ilə nəticələndi, bir müddət sonra isə “Qanlı yanvar” qırğını baş verdi. Sözsüz ki, o zaman Heydər Əliyev hakimiyyətdə olsaydı bu hadisələrin heç biri baş verməzdi. Məlumdur ki, o vaxta qədər Heydər Əliyevin yenidən fəal siyasətlə məşğul olmaq niyyəti yox idi. Buna baxmayaraq, ümummilli lider baş verənlərə biganə qala bilməzdi. Odur ki, “xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”-deyən Ulu öndər şəxsi həyatı da daxil olmaqla, hər bir təhlükəni gözaltına alaraq, heç nədən və heç kəsdən çəkinmədən 1990-cı ilin sərt qış günlərinin birində oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, respublikada “20 Yanvar” faciəsini törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən son dərəcə cəsarətli və qətiyyətli bəyanatla çıxış etməklə, hər zaman Azərbaycan xalqının yanında olduğunu bir daha sübut etdi. Bu, yeni tarixi epoxanın başlanğıcında Heydər Əliyevin müstəqillik uğrundakı mübarizəsinin eyhamı olmaqla çox böyük əhəmiyyət kəsb edirdi. Təbii olaraq bundan sonra ona qarşı təzyiqlər və təxribatlar kompaniyası geniş vüsət aldı və həmin kompaniya daxilində hətta onu həbs etmək belə istədilər. Bütün bunlara baxmayaraq, yenə doğma vətəninə qayıdan Heydər Əliyevə Bakıda yaşamağa imkan verilmədiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana qayıtdı və orada xalq onu, o, isə xalqını qorudu. Qeyd olunmalıdır ki, həmin vaxt ermənilərin məkirli niyyəti, həmçinin Naxçıvanın da işğalına yönəlsə də,Heydər Əliyev buna imkan vermədi və eyni zamanda müstəqilliyin əldə edilməsi üçün həlledici addımlar atmağa başladı.
İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏTİN MÜSTƏQİLLİYİ ƏBƏDİ VƏ SARSILMAZDIR - FOTOLAR

Məhz onun təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı elan edildi və Azərbaycanın Ali Məclisinə bu bayrağın dövlət bayrağı kimi qəbul edilməsi barədə vəsatət göndərildi. Bununla yanaşı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Göründüyü kimi, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol müdrik liderin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvandan başlamışdır. Hadisələrin məntiqi davamı olaraq, 1992-ci ilin noyabrında bilavasitə onun liderliyi ilə siyasi platforması Azərbaycanın parlaq gələcəyindən xəbər verən Yeni Azərbaycan Partiyası yaradıldı. Müxalifət partiyası kimi yaradılmış partiyanın siyasi arenaya gəlməsi Azərbaycanda bütün məsələlərin demokratik və sivil qaydada həll edilməsi üçün xüsusi əhəmiyyətə malik olan çox mühüm bir hadisə idi. Hazırda nəinki Azərbaycanda, eləcə də cənubi Qafqazda ən böyük partiya olan Yeni Azərbaycan Partiyası öz düzgün fəaliyyəti, bilavasitə xalqa və milli maraqlara xidməti sayəsində qısa zaman kəsiyində, 1993-cü ildə iqtidar partiyasına çevrildi.
İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏTİN MÜSTƏQİLLİYİ ƏBƏDİ VƏ SARSILMAZDIR - FOTOLAR

SSRİ-nin süqutu ilə əlaqədar yaranmış tarixi şəraiti düzgün qiymətləndirməklə, vəziyyətdən bəhrələnən xalqımız ötən əsrin sonlarında ikinci dəfə öz müstəqilliyinə qovuşsa da, AXC-Müsavat iqtidarı təmsilçilərinin ambisiyaları və səriştəsizlikləri çox qısa müddətdə müstəqilliyimizi uçurumun kənarına gətirib çıxartdı. Müstəqilliyimizin ilk illərində siyasi çəkişmələr ölkə həyatını iflic edir, müharibə aparan, işğala məruz qalan dövlətdə vahid komandanlığa tabe olan ordu olmadığından silahlı qüvvələr ayrı-ayrı şəxslərin əlində alətə çevrilir, iqtisadiyyat tənəzzülə uğrayır, respublikada vətəndaş həmrəyliyi pozulur, hətta ölkədə “qardaş qanı” axıdılır və vəziyyət ikinci dəfə qazanılan müstəqilliyin də tarixə qovuşması təhlükəsi həddinə çatır. Həmin dövrdə bir tərəfdən ölkədə yaranmış özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında yaranmış uçurum, digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı əsassız iddialarının reallaşdırılması ölkəmiz üçün ciddi çətinliklər yaradırdı. Nicatın yalnız onda olduğuna əmin olan Azərbaycan xalqı növbəti dəfə doğru seçim edərək öz sınanmış rəhbərinə üz tutaraq Heydər Əliyevin hakimiyyətə gəlməsini israrla tələb etdi. Azərbaycanını və xalqını canından çox sevən ulu öndər bu anda başqa seçim edə bilməzdi. Ona görə də o, heç bir təhlükəyə məhəl qoymadan xalqın çağırışını qəbul edərək, 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəlir və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilir. Bu böyük qayıdışından sonra ölkəni dərin böhrandan, əslində dövlətçiliyi süquta uğramaqdan və müstəqilliyi itirmək təhlükəsindən xilas etmək üçün qısa müddət ərzində Respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilir, vətəndaş müharibəsinin qarşısı alınır, separatçı meyillərə son qoyulur, ictimai-siyasi sabitlik bərqərar edilir ki, bütün bunlar hərtərəfli islahatların başlanmasına zəmin yaradır. İndi sağlam düşüncəli hər bir Azərbaycan vətəndaşı çox yaxşı dərk edir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən həmin zamanda Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, nəinki bugünki qüdrətli Azərbaycan olmazdı, ümumiyyətlə onun mövcudluğu şübhə altına düşə bilərdi.
İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏTİN MÜSTƏQİLLİYİ ƏBƏDİ VƏ SARSILMAZDIR - FOTOLAR

Fəxrlə deyə bilərik ki, müasir şəraitdə dövlət müstəqilliyimiz üçün vacib olan iqtisadi potensialımızın əsası Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində qoyulmuşdur. Dahi rəhbərin müəyyən etdiyi bütün sahələrdə islahatlar aparmaq yolu ilə ölkə iqtisadiyyatını inkişaf etdirmək və mövcud iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

CƏMİL ZƏBHULLA oğlu DADAŞOV
AJB-nin üzvü, şair-publisist

Son xəbərlər

"Cinayətkarlar süni intellektin imkanlarından istifadə edirlər" - Kamran Əliyev

Oyunu Fələstin azad olana qədər təxirə saldılar - FOTOLAR

Suriyada avtobusa silahlı hücum - 7 nəfər öldü

"Həməşəra" mətbu orqanı barədə bir açıqlama...

Toyda zəhərlənənlərin sayı 50-yə çatdı - YENİLƏNİB

“Zərurət yaranarsa, ABŞ ordusu oraya qayıdacaq”

Hacıməmməd Məmmədov : ÖMRÜNÜ MÜƏLLİM ADINA HƏSR EDƏN ZİYALI

İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”

Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir

Fövqəladə hallara qarşı vahid rabitə sistemi yaradılır - Bu vaxt hazır olacaq

Xizəkçi qar uçqunu nəticəsində öldü

Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

“Eşref” geri qayıdır - Amma təkdir

Daşdəmir ƏJDƏROĞLU : YARPAQ ÖMRÜ - FOTO

Ömrün yolunda qalan iz... - FOTO

Məmməd Qədir : Öztəsəllim - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikası

Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

ƏZİZƏ AĞAHÜSEYNQIZI : DURNAM - Qənirə Paşayevaya…

VƏTƏNƏ BAĞLI ÖMÜR

Adilə Aslanova : Qızlarçün bulaqlar qəribsəyibdi - FOTO

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031