Şagirdi döydüyü deyilən müdir istefa verdi

Xaçmaz rayonunda şagirdi döydüyü iddia edilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev işdən çıxıb.

R.Hacıyev bu gün vəzifəsindən istefa verməsi barədə özü paylaşım edib. O, bunu çox yorulması və estafeti digərlərinə ötürmək istəyi ilə əlaqələndirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Rüfət Hacıyevin Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə 9-cu sinif şagirdini döyməsi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü oğlanı döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.

Daxili İşlər Nazirliyindən isə məsələnin araşdırıldığı bildirilib.

Qeyd edək ki, bir neçə ay əvvəl R.Hacıyev barəsində Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.

Son xəbərlər

İran İraqdan üzr istəməlidir - XİN başçısı

Dövlət qurumlarına edilən zənglərin əksəriyyəti cavablandırılıb - SORĞU

Türkiyə Fəhlə Partiyasının 3 böyük şəhərdə namizədi yoxdur - CHP dəstəklənəcək?

Kamil bu ölkələrə gedə bilməyəcək

Bakıda tıxac olan yolların SİYAHISI

Günün havası - Duman olacaq, yağış və qar yağacaq...

Kamil Zeynallı Bakıya qayıdıb

Günün qoroskopu: Yaxınlarınızla münaqişə yaratmayın

Polad Ömərov ABŞ-yə ekstradisiya olundu

Suya düşən telefonu düyüdə qurutmaq zərərli imiş

Möhkəm təməllərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri ŞƏRH

“Braqa”nın futbolçusu: Sabahkı matçda 2:4 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq

Fərid, şəhid dayınla fəxr et!.. - FOTO

“Braqa”nın baş məşqçisi: Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq

Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidentini təbrik edib

Makron Ermənistana hərbi kömək vəd edib

Venesuelada mədənin çökməsi nəticəsində 2 nəfər ölüb

Ərəb Parlamentinin sədri: Azərbaycanda prezident seçkilərindəki seçici fəallığı digər ölkələrə nümunədir

Milli Məclisin sədri Tailand, Bəhreyn, Tacikistan və Oman parlamentlərinin sədrləri ilə görüşüb - FOTO

Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd edilib

BP-nin regional prezidenti Qəri Counz Baş nazir Əli Əsədovu təbrik edib

Bu hərbçilər ehtiyata buraxılır - SƏRƏNCAM

53 nömrəli məktəbdəki hadisə nəzarətdədir - BŞTİ

Kamil Zeynallı azadlıqda! - Bu gün Bakıya qayıdır

Konstitusiya Məhkəməsinin sədrini kim TƏYİN EDİR...

Kamil Ermənistana ekstradisiya oluna bilər? - Hüquqşünas ŞƏRH ETDİ

Ermənistan DİN Kamil Zeynallının axtarışa verildiyini TƏSDİQLƏDİ

Sosial yardımlar bu tarixdə tam VERİLƏCƏK

Bütün xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829