Kəndi yandırdılar, mal-heyvanı qırdılar... - Meşəli sakinləri DANIŞIR

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçaturyan növbəti dəfə hakim qarşısına çıxmağa hazırlaşır.

Meşəli kəndində baş verən soyqırımı erməni silahlı birləşmələri tərəfindən 1989-cu ildən 1992-ci ilədək Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayətlərin bir epizodudur.

Həmin hadisə ilə əlaqədar cinayət işi başlanaraq ilkin istintaq hərəkətləri aparılsa da, döyüş şəraitinə görə onu başa çatdırmaq mümkün olmayıb. Lakin istintaq sonralar uğurla davam etdirilib və müəyyən olunub ki, Xaçaturyan Vaqif Çerkezoviç qanunsuz erməni silahlı birləşməsinin digər üzvləri ilə birlikdə Xocalı rayonunun Meşəli kəndində əhaliyə qarşı silahlı basqın edərək 25 nəfəri qətlə yetirib, 14 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirib, 358 nəfər şəxsi heç bir qanuni əsas olmadan yaşayış yerindən didərgin salıb.
Kəndi yandırdılar, mal-heyvanı qırdılar... - Meşəli sakinləri DANIŞIR

Meşəli kəndinin sakinləri Modern.az-a faciənin həmin gecədən və məhkəməyə verikləri ifadədən danışıblar.

Əkbər Mehrəliyev həyat yoldaşı ilə birlikdə məhkəmə prosesində iştirak etdiyini deyib.

“O zaman biz Xaçaturyanı üzbəüz görə bilmədik, amma onu görənlər olub. Bəlkə də mikrofonla danışan o idi. “Birinci polk qabağa, ikinci polk period, üçüncü polk period”, - mikrofonla belə səslər verirdilər.

Səhər tezdən atışmanın səsinə durduq, saat 6 olardı. Onlar mikrofonla səsləndilər ki, “kənddən çıxın”, biz onlara dedik ki, kənddən çıxan deyilik. Kəndin qırağı ilə təpələr var idi, oradan durub pulemyotları kəndə doğru qurmuşdular. Camaatda quş tüfəngi var idi, bir az atışdılar.

Mən kəndin baş tərəfində olurdum, bir neçə insana kömək etdim. Dayımoğlu bizim evdəki yaralıları aparırdı. Gedəndə onu güllələdilər. Bizi kənddən çıxarmışdılar, yenidən kömək gəldi, kəndi aldıq. 40 gün kəndi saxladıq. İşıqlar sönüb, kənd yanıb, 1-2 ev qalıb... Daha sonra çıxdıq kənddən. Kəndi yandırdılar, mal-heyvanı qırdılar”.

Səfa Kazımov atasını itirdiyi həmin gündən danışıb.

“Məhkəmədə də oldum, ifadə də verdim. O zamanlar kənd işğal olunanda, insanlar çıxarılanda orada çoxları “Vaqifin dəstəsi” deyirdi. Səhər saat 7-8 radələri idi. Mən atışma səsinə yuxudan oyandım. Kənddən çıxmırdıq, düşünürdük ki, yenə atıb qayıdacaqlar. Evdə atam, anam, bacım, mən idik. Məndən böyük qardaşım digər bacımgildə idi. Atam bizə dedi ki, siz çıxın, gedin, mən qızımgilə gedirəm, onları da götürüb çıxaracam kənddən. Biz getdik. Kənddən hamı gəldi, bizimkilərdən heç kim gəlmədi. Ailəmizdən anam idi ancaq yanımda. Anama dedim ki, mən geri qayıdıram. Mən məktəbin yanına gələndə gördüm ki, kimsə qışqırır. Hərəkət etmək olmurdu, birtəhər məktəbə yaxınlaşdım. Gördüm ki, atamı vurublar, ölüb. Ondan bir az uzaqda qardaşım ağacın arxasında uzanmışdı. Mən elə bildim ki, onu da vurublar. Məni oradan apardılar. Daha sonra bildim ki, qardaşım sağdır. Məktəbi ermənilər mühasirəyə alıb, danışırdılar, gəzirdilər. Biz bütün səsləri eşidirdik. Biz bir neçə saat zirzəmidə qaldıq”.

Son xəbərlər

İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək

Şənbə günü havanın temperaturu 22 dərəcəyədək yüksələcək

Azərbaycanda vəkillrəin sayı AÇIQLANDI

Hikmət Mirzəyevə ağır itki

Nuridə Allahyarova “Yeni Klinika”dan AYRILDI

Təhsil Tələbə Krediti Fondunda ciddi nöqsanlar AŞKARLANDI

Xankəndiyə gələn diplomatik korpus nümayəndələri Qarabağ Universitetində olublar - YENİLƏNİB

Hesablama Palatası: Kür-Araz ovalığında şorlaşmış torpaqlar artıb

Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb

İtaliyada kanat kabeli qırılıb, ölənlər var

HƏMAS girovların azad olunması ilə bağlı danışıqlara hazır olduğunu bəyan etdi

Tramp İtaliyaya gedəcək

Ərdoğan Ali Koçu qəbul etdi - Foto

Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub - FOTO

Polşa Gürcüstanın hüquq-mühafizə orqanlarının 8 nümayəndəsinin girişinə qadağa qoyub

Başlıbel qətliamından 32 il ötür

Finalçılar bəlli OLDU

"Sahipsizler"də yeni sima - FOTO

Serialı üçün 10 kiloqram ARIQLADI

Leyla Əliyeva Milli Onkologiya Mərkəzində olub - FOTOLAR

Çavuşoğlunun atası vəfat etdi

Tramp əmindir ki, ABŞ 90 gün ərzində Aİ ilə ticarət sazişi bağlayacaq

"Bavariya" cənubi koreyalı futbolçusunu satmağı planlaşdırır

ABŞ-də universitetdə atışma zamanı 5 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB

Seldə ölən 59 yaşlı neftçinin FOTOSU

Yüksək Liqa: “Azərreyl” və “Abşeron” finala yüksəlib - FOTO

Milli Xalça Muzeyində “İkinci həyat” sərgisinin açılış mərasimi keçirilib

Lukaşenko Ermənistandakı səfiri vəzifəsindən azad etdi

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930