Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başlandı: "Ekologiya postu" sökülür
Bakı-Quba yoluna daxil olan Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başlanılıb, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, bu yolda təmamilə maneəsiz hərəkət təşkil ediləcək: ""20 yanvar" körpüsündə hərəkətdə olan nəqliyyat vasitələri "Moskva" prospekti boyunca tunelə daxil olaraq heç bir maneə olmadan birbaşa Xırdalan tunelindən keçməklə Sumqayıt istiqamətinə hərəkət edə biləcəklər. Bundan başqa Biləcəri, Xırdalan və Binəqədi istiqamətindən gələn nəqliyyat vasitələri əlavə zolaqlar vasitəsilə yeni tikilən tunelə daxil ola biləcəklər. Yol hər iki istiqamətə genişləndiriləcək. Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolaq genişləndirilməsi nəticəsində ərazidə olan "Ekologiya postu" köçürüləcək. Həmçinin yol genişləndirilərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Atıcılıq Mərkəzinin yaxınlığından Xarici Dairəvi yolun altından keçməklə paytaxtın Şərifzadə küçəsinə çıxan yeni tunel tipli yol tikiləcək. Həmin tunel vasitəsilə nəqliyyat vasitələri Alatava istiqamətindən "20 Yanvar" dairəsinə və Şərifzadə küçəsi ilə şəhərin digər istiqamətinə hərəkət edəcəklər".

A.Nəcəfli bildirib ki, yeni layihəyə əsasən, həmçinin Xırdalan dairəsinin altından keçən tunel də genişləndiriləcək: "Həmin tuneldə hər iki istiqamətə yol zolaqları ikidən 4-ə çatdırılacaq. Burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar".

Son xəbərlər

"Anne yarısı"nda daha 7 aktyor - FOTO

ABŞ Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirir

Doğma Həməşəra səhifəsinə təşəkkür - FOTO

İsmayıllıda ağır qəza olub, 3 nəfər ölüb

"Facebook"un işində nasazlıq yarandı

Bütün gözlər onlara çevrilib

“Facebook” və “Instagram” çökdü

Sabahın hava proqnozu açıqlandı

İranda zəlzələ oldu

Messidən finalöncəsi emosional çağırış - Foto

Şəhid övladları Fransada - Fotolar

Şimşək çaxıb, leysan yağıb

Tramp İranın ABŞ ilə Anlaşma Memorandumunu dayandırmasından narahat deyil

BƏƏ Yaxın Şərqdəki gərginliyin dərhal dayandırılmasına çağırıb

DÇ-da üçüncü yer mübarizəsi - İngiltərə erkən qol vurdu

SÖZÜN KÖLGƏSİNDƏ YAŞAYAN ADAM - FOTO

46 yaşlı qadın qızdırmadan öldü

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

Azərbaycan 6 ayda 24 milyard 661 milyon dollar dəyərində ticarət əməliyyatı apardı

44 gün enerji saxlayan "ƏBƏDİ TELEFON" - "iPhone 16 Pro"nu geridə qoyacaq

Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı

Bakıda 33 dərəcə isti olub - FAKTİKİ HAVA

Netanyahu Nyu-Yorka getsə, həbs olunacaq

MİQ imtahanları yekunlaşdı - Apellyasiya müraciətləri bu tarixdə başlayır

“Buna həqiqətən dəyərdimi, Haluk?” - Mahsun Kırmızıgül

FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir

İrəvanda Fransa səfirliyinin Paşinyanın müavininin də iştirak etdiyi tədbirində əksər qonaqlar zəhərlənib

ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031